Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2793/2024 11.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Әrizəçi Әrizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Әrizəçi Әrizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Әrizəçi ərizəsi məhkəməyə daxil olmuş və o, həmin ərizəsində məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, ərizəsinin təmin olunmasını xahiş etmşidir. Әrizəçi ərizəsini belə əsaslandırmışdır ki, onun X3 03 sentyabr 2005-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, *9 ildir ki, kvadroplegik spastik serebral iflicdən əziyyət çəkən, birinci dərəcəli əlil X3na baxır. Hal-hazırda oğlu ünvan 1 ünvanda onunla birgə yaşayır. X3 anadan olandan ağır xəstədir, ** aylığında ağır ensefalit keçiribdir, buna görə 2 №-li Qarayev xəstəxanasında uzun müddət müalicə alıbdır. X9, 5 №-li xəstəxanada, X** dəfələrlə müalicə alıbdır. Psixo-fıziki inkişafı çox geridir, ətrafla olan hərəkəti yox səviyyəsindədir, gözləri çox zəif görür, ünsiyyət qura bilmədiyinə, deyilənləri anlamadığına görə gözünün görmə səviyyəsini müəyyən etmək mümkün olmamışdır. Әqli inkişaf etməyibdir, nitqi və intellekti yoxdur, sərbəst otura-dura bilmir, yalnız kömək olduqda oturadura bilir, qolundan tutmaqla çox gərginliklə və olduqca ehtiyatla gəzdirmək mümkün olur, hərəkətlərinin mənasını qətiyyən başa düşmür, danışa bilmir, deyilənlərə reaksiya vermir, həyati tələbatlarını belə qətiyyən təmin etmək iqtidarında deyil və s., olduqca dözülməz bir vəziyyətdə saxlayıram. ** aylığından uşaq serebral iflic diaqnozu ilə müalicə olunur. Lakin müalicələrin heç bir müsbət təsiri olmamışdır. X3 xəstəliyi nəticəsində hərəkətlərinin mənasmı başa düşmür və özünü ümumiyyətlə idarə edə bilmir. Onu gecə-gündüz bir dəqiqə belə tək qoymaq mümkün deyil. Gündən-günə vəziyyəti daha da kəskinləşir, ona qulluq etmək dözülməz haldır. K.Y.Fərəcova adına X* X5 xx.xx.2022-ci il tarixli 38*9 №-li Epikrizinə əsasən diaqnoz olaraq “Әsas xəstəlik: G80.0 Kvadroplegik serebral iflic. Әsas xəstəliyin ağırlaşması: G82.4 Spastik tetraparez” müəyyən edilmişdir. X2 əziyyət çəkdiyi “Kvadroplegik serebral iflic, Spastik tetraparez, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Kənar şəxslərin köməyinə ehtiyacı var» diaqnozunu təsdiq edən Azərbaycan Respublikası Әmək və Әhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Tibbi Sosial Ekspert Komissiyalarının arayışları. Azərbaycan Respublikası Әmək və Әhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatına əsasən övladım X*2 birinci dərəcəli əlildir, orqanizmin funksiyalarının pozulması faizi: *00%-dir, kvadroplegik spastik serebral iflic diaqnozu müəyyən edilibdir, əlillik müddəti müddətsizdir, əmək qabiliyyətinin itirilmə faizi: - qeyd edilibdir, əmək qabiliyyətsizdir. X2 üzərində qəyyumluq təyin edilməsi barədə müraciətinə Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının müavini, RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Könül Axundovanın 04.*2.2023-cü il tarixli 5-20/2-M-267- 099/2023 nömrəli cavab məktubunda qeyd edilir ki, “xx.xx.2005-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməsi ilə bağlı ərizəyə Suraxanı RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyasında baxılmışdır. Bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3*7-ci və 32*-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məqsədəuyğun hesab edilmişdir. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materialları Suraxanı rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X*2 xx.xx.2005-ci ildə doğulmuş və valideynləri X*3 ilə Әrizəçidır. K.Y.Fərəcov adına X*nan X5 xx.xx.2022-ci il tarixli epikrizindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X*2 xx.xx.2022-ci il tarixdə G80.0 Kvadroplegik spastik serebral iflic diaqnozu ilə müalicə olunmuş, əsas xəstəliyin ağırlaşması «G82.4 Spastik tetraparez». Әmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışından görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X*2 ümumi xəstəlikdən birinci dərəcəli əlildir. Suraxanı Rayon İcra Hakimiyyətinin 04.*2.2023-cü il tarixli Әrizəçi ünvanladığı məktubundan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X*2 üzərində qəyyum təyin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X*4 *6.07.2024-cü il tarixli 2059 saylı ambulator məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, X8 AĞİR ӘQLİ GERİLİK UŞAQ SEREBRAL İFLİCİ NӘTİCӘSİNDӘ (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar - körpəlikdən nevroloji əlamətlərin qeyd edilməsi, psixi inkişafda xeyli geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, Uşaq nevroloji Xəstəxanasında, X*6 müalicədə olması, sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - kobud nevroloji əlamətlərin qeyd olunması, ünsiyyətə çətin daxil olması, söz ehtiyatının son dərəcə kasadlığı, maraq dairəsinin məhdudluğu, emosional reaksiyalarının qeyriadekvatlığı, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlir ki, X*2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: X8 ağır əqli gerilik uşaq serebral iflici nəticəsində aşkar olunur. X*2 onda qeyd olunan əqli gerilik ağır dərəcədə təzahür edir. X*2 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X*2 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X7 hazırkı psixi vəziyyətinə görə məhkəmə iclasında iş üzrə izahat vermək iqtidarında deyil. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*7.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 3*7.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 32*.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə müəyyən edir ki, xx.xx.2005-ci il təvəllüdlü X*2 Әrizəçi oğludur. Әrizəçinin oğlu xx.xx.2005-ci il təvəllüdlü X8 ağır əqli gerilik uşaq serebral iflici nəticəsində aşkar olunur. X*2 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhkəmənin gəldiyi nəticə Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və xx.xx.2005-ci il təvəllüdlü X*2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Әrizə təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X*2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən * ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2793/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2793/2024
11.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver