Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2797/2021 08.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 06.06.1966-cı il təvəllüdlü Bakı şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi onunla əsaslandırılmışdır ki, 06.06.1966-cı ildə Bakı şəhərində anadan olmuş X9 ərizəçinin doğma bacısıdır. X2 anadan gəlmə 1 qrup əlildir və o, müstəqil olaraq özünü idarə edə bilmir. Onun daimi köməyə ehtiyacı vardır. Bacısı ruhi xəstə olduğundan öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərinin idarə edə bilməməsi nəticəsində bir sıra hüquqlarından məhrum olmuşdur. Belə ki, bacısının 1 qrup əlilliyi ilə əlaqədar bir sıra xüsusi imtiyazları vardır ki, bu imtiyazlardan istifadə edərək öz həyatını normal səviyyədə yaşamalı olmasını belə dərk etmir. Bununla əlaqədar ərizəçi onun bir sıra şəxsi işlərini görməyə məcbur olur ki, onun öz hərəkətlərini dərk etməməsinə baxmayaraq, fəaliyyət qabiliyyətli olması onun bəzi hüquqlarını həyata keçirilməsində ərizəçiyə maneçilik törədir. Ona görə də ərizəçi bacısı X10 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi ərizəçiyə onun üzərində qəyyum təyin edilməsi üçün lazımdır ki, bununla bağlı ərizəçi bacısının bir sıra hüquqlarının həyata keçirilməsində ona kömək edə bilsin. Bununla əlaqədar Ərizəçi Yadulla qızı 06.06.1966-cı ildə Bakı şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Orconikidze rayonu VVADQ şöbəsi tərəfindən verilmiş AЗ seriyalı ******* saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X11 06 iyun 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum aktların qeydə alınması haqqında kitabında 06 dekabr 1966-cı il tarixdə 1693 sayla qeydə alınmışdır. Ata qrafasında Yədulla Abad oğlu, ana qrafasında Minəvvər Sadıq qızı göstərilmişdir. Bakı şəhəri Orconikidze rayonu VVAQ şöbəsi tərəfindən verilmiş AЗ seriyalı 497444 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X7 xx xxxxxxxx 1963-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum aktların qeydə alınması haqqında kitabında 06 dekabr 1966-cı il tarixdə 1693 sayla qeydə alınmışdır. Ata qrafasında Yədulla Abad oğlu, ana qrafasında Minəvvər Sadıq qızı göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 16719624 №-li şəxsiyyət vəsiqəsinin surətinə əsasən X14 qızı 06.06.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan SSR-in Sosial Təminat Nazirliyinin tibb-əmək ekspert komissiyası tərəfindən verilmiş 10 dekabr 1986-cı il tarixli arayışa əsasən X9 İ-ci qrup əlillik dərəcəsi müəyyən edilmiş, əlilliyi müddətsiz kimi müəyyən edilmişdir. Əmək qabiliyyitli deyil, kənar qulluğunda ehtiyacı var. Azərbaycan SSR Bakı şəhəri, Orconikidze rayonun sosial təminat şöbəsi tərəfindən verilmiş 06.06.1966-cı il təvəllüdlü X8 İ-ci qrup əlilliyinə görə 10 fevral 1986-cı ildən görə ömürlük olaraq dövlət pensiyası təyin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən verilmiş məktuba əsasən Ərizəçi 06.06.1966-cı il təvəllüdlü X2 üzərində qəyyum təyin edilməsi haqqında ərizəsinə Suraxanı RİH yanında Qəyyumluq və Himayə Komissiyasında baxılması ilə əlaqədar ərizəçiyə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin 05 iyun 2021-ci il tarixli,1675 saylı ambulator məhkəməpsixiatrik ekspertizasının rəyinə əsasən X6 ağır dərəcəli əqli gerilik aşkar olunur. Bunu anamnestik məlumatlar erkən yaşlarından psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, xəstəliyi ilə əlaqədarİ İ qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər – ünsiyətə çətin daxil olması, sualları başa düşə bilməməsi, söz ehtiyatının kasadlığı, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyriadekvatılığı, davranış pozuntuları aşkar etməsi, yaddaşı və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinir ki, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, X9 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayana şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Məhkəmə iclasında vətəndaş X5 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 06 iyun 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, Nərimanov küçəsi, dalan 4, ev 5 ünvanında qeydiyyatda olan və yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X9 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-2797/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2797/2021
08.07.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver