Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-28/2023 25.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Suraxanı rayon MKTB-nin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Suraxanı rayon MKTB Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyətində olan Suraxanı rayonu, Hövsan qəsəbəsi 20 saylı binanın zirzəmisində özbaşına apardığı konstruksiya dəyişikliyini bərpa edərək, binanın əsas yük götürən təməl divarında qanunsuz açdığı qapını bağlayaraq zirzəmini layihədə nəzərdə tutulmuş vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi 20 saylı bina Suraxanı rayon Mənzil Kommunal - Təsərrüfatı Birliyinin balansındadır. Sözügedən binaya baxış keçirilən zaman məlum olmuşdur ki, Cavabdeh binanın zirzəmisində özbaşına konstruksiya dəyişikliyi edərək, otaqlar arasındakı qapı yerlərinin altını 50 sm, kənarlarını 40 sm enində sökərək genişləndirmiş, qapı yerlərinin üstünü zirzəminin örtük panelinə qədər sökmüş, binanın əsas yük götürən təməl divarını 160 sm kəsərək zirzəmiyə qapı açmışdır. Bu da yaşayış binasına ciddi təhlükə yaradaraq, sakinlərin haqlı narazılığına səbəb olmuşdur. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, Cavabdeh özbaşına apardığı konstruksiya dəyişikliyini bərpa edərək, zirzəmini layihədə nəzərdə tutulan vəziyyətə gətirməkdən imtina edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. - İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Dövlət təsisatının balansında olan daşınmaz dövlət əmlakı”nın 01 yanvar 2020-ci il tarixinə olan siyahısından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, H.Quliyev küçəsində yerləşən, 1984-cü il tarixdə istismara verilən, 5 mərtəbədən ibarət ümumi sahəsi 5608 kv.m olan, yaşayış təyinatlı, balans dəyəri 2.192.65, qalıq dəyəri 2145.75 olan 20 saylı bina Dövlət təsisatının balansında olan daşınmaz dövlət əmlakının siyahısına daxildir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, H.Quliyev küçəsində yerləşən 20 saylı binanın Cavabdeh tərəfindən özəlləşdirilmiş zirzəmiyə baxış keçirilən zaman göstərilənlər müəyyən edilmişdir: zirzəmidə 10 ədəd otaqda torpaq 50 sm dərinlikdə qazılaraq bünövrəyə ciddi ziyan vurulmuşdur. Otaqlar arasında olan qapı yerlərinin altı 50 sm, kənarları isə 40 sm sökülərək genişləndirilmişdir. Bundan başqa bütün qapı yerlərinin üstü zirzəminin örtük panelinə qədər sökülmüşdür. 1 otağın isə bir tərəfi kərpiclə hörülmüşdür. Əlavə olaraq göstərilən ünvanda binanın fasad hissəsindən özbaşına olaraq qeyi-qanuni binanın əsas yük götürən təməl bloklarını 160 sm kəsərək zirzəmiyə yeni qapı açmışdır. Bu da yaşayış binasına ciddi təhlükə yaradaraq, həmçinin sakinlərin ciddi narazılığına səbəb olmuşdur. Cavabdeh dəfələrlə ciddi xəbərdarlıq edilməsinə baxmayaraq zirzəmidə təmir işlərini davam etdirir. İş materiallarında olan Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2018-ci il, Seriya RX olan AR DƏDRX-nin Çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşən 20 saylı binanın 178.kv. metrdən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan AR Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5293 saylı rəyindən görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşən 20 saylı binanın zirzəmisində konstruksiya dəyişikliklərinin binanın layihəsinə uyğun aparılmadığı müəyyən edilmişdir. Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşən 20 saylı binanın zirzəmisində layihəsində nəzərdə tutulmuş vəziyyətə gətirilməsi üçün binanın fasad hissəsində açılan giriş-çıxış qapısı bağlanılmalı və daxilində sökülmüş arakəsmə divarlarının yenidən layihəyə uyğun şəkildə bərpa olunmalı olduğu qeyd olunmuşdur. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılmasına heç bir əsas görmür. Beləliklə,işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, iddiaçı qurum cavabdehin binanın zirzəmi hissəsində qanunsuz olaraq etdiyi konstruktiv dəyişikliklərin aradan qaldırılmasını xahiş edir. Cavabdeh tərəf isə öz növbəsində hazırki iddia tələbini əsassız hesab edir. Mülki Məcəllənin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Mənzil Məcəlləsinin: 24.1-ci maddəsinə görə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 25.1-ci maddəsinə görə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 25.1.3-cü maddəsinə görə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyrimümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; 25.1.6-cı maddəsinə görə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda. 27.1-ci maddəsinə görə Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. 27.2-ci maddəsinə görə, razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: 27.2.1-ci maddəsinə görə bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; 27.2.2-ci maddəsinə görə bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. 27.3-ci maddəsinə görə Bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir. 27.4-ci maddəsinə görə Razılaşdırmanı həyata keçirən orqanın bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələbi ilə razılaşmayan yenidən qurulmanı və (və ya) yenidən planlaşdırılmanı həyata keçirən şəxs həmin tələbdən məhkəmə qaydasında şikayət verə bilər. 27.5-ci maddəsinə görə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş «Şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»-nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişiklik edilməsi razılaşdırıldıqdan və bu məqsədlə işlənmiş layihə-smeta sənədləri Bakı şəhər Baş Memarlıq və Şəhərsalma idarəsi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılması və müvafiq qaydada tikinti işlərinin icrasına başlanmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Kərı̇ mov Çı̇ ngı̇ z Əlı̇ oğlunun üzərinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 20 saylı binanın zirzəmisində özbaşına olaraq apardığı konstruktiv dəyişikliyin bərpa edilməsi və binanın əsas yük götürən təməl divarında qanunsuz açdığı qapını bağlayaraq zirzəminin layihədə nəzərdə tutulmuş vəziyyətə gətirilməsi vəzifəsi qoyulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iş üzrə iki dəfə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri olan 200 manat dövlət rüsumu (hər biri 100 manat olmaqla) cavabdeh Kərı̇ mov Çı̇ ngı̇ z Əlı̇ oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Kərı̇ mov Çı̇ ngı̇ z Əlı̇ oğlunun üzərinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 20 saylı binanın zirzəmisində özbaşına olaraq apardığı konstruktiv dəyişikliyin bərpa edilməsi və binanın əsas yük götürən təməl divarında qanunsuz açdığı qapını bağlayaraq zirzəminin layihədə nəzərdə tutulmuş vəziyyətə gətirilməsi vəzifəsi qoyulsun. İş üzrə ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İş üzrə iki dəfə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri olan 200 manat dövlət rüsumu (hər biri 100 manat olmaqla) cavabdeh Kərı̇ mov Çı̇ ngı̇ z Əlı̇ oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-28/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-28/2023
25.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver