Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2809/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Abdı̇ yev Fərhad Azər oğlu və Abdı̇ yev Rəşad Azər oğluna qarşı lizinq müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində yaranmış 6016,49 ABŞ dolları əsas məbləğdən gecikmə, 2565 ABŞ doları lizing mükafatı borcu, 159 ABŞ dolları dəbbə, 426,81 ABŞ dolları sığorta borcu və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 2604M/14/B saylı X9 Müqaviləsinə əsasən "xxxx" Lizinq Şirkəti QSC təsviri bu müqavilədə göstərilən 2004-cü il buraxılışlı **-AH-*** dövlət qeydiyyat nişanlı “Range Rover” markalı minik avtomobilini öz mülkiyyətinə əldə edərək, onu Cavabdeh1 müvəqqəti istifadəsinə vermişdir. Bununla da Cavabdeh1 4000 ABŞ dolları avans olmaqla 25000 ABŞ dolları məbləğində borcu illik 21 faiz olmaqla, 36 ay müddətində "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlər Lizing Müqaviləsinə 1 saylı Əlavədə Lizinq ödənişləri cədvəli üzrə mütəmadi hər ay ödəməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmişlər və bununla da öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişlər.
Tərəflərin izahatları
3. Cavabdehlər Abdı̇ yev Fərhad Azər oğlu və Abdı̇ yev Rəşad Azər oğluna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
İş materialları
5. xx.xx.2014-cü il tarixli 2604M/14/B nömrəli X8 Müqaviləsindən görünür ki, "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 tərəfindən seçilmiş və onun ərizəsinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Cavabdeh1 müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, öhdəsinə götürür. Lizinq müddəti 36 ay təşkil edir. Lizinq alan müqavilənin tərkib hissəsi olan Qrafikə müvafiq olaraq ödənişləri həyata keçirməyi öhdəsinə götürür. Müqavilənin qiyməti 25 000 ABŞ dolları təşkil edir. 6.xx.xx.2014-cü il tarixli 2604M/14/B nömrəli X1 cədvəldən görünür ki, lizinq obyekti “Range Rover” markalı, buraxılış ili 2004, Ban № SALME1147A177647 olan qara rəngli minik avtomobilidir. 7.xx.xx.2014-cü il tarixli Lizinq müqaviləsinə Əlavə № 1, lizinq ödənişləri cədvəlindən görünür ki, müştəri Cavabdeh1 hər ay 791,18 ABŞ dolları ödəməli idi. 8.xx.xx.2014-cü il tarixli, Zaminlik müqaviləsindən görünür ki, X7, X9 müqaviləsi üzrə Lizinq alanın öhdəliklərini icra etmədiyi bütün hallarda, həmin müqavilədə qeyd olunmuş öhdəliklərin tamamilə icrasını öz üzərinə götürmüşdür.
9. xx.xx.2014-cü il tarixli 2604M/14/B nömrəli X9 Müqaviləsinə Əlavə №2-dən xx.xx.2014-cü il tarixli Təhvil-Təslim aktından görünür ki, "xxxx" Lizinq Şirkəti QSC 2004cü il buraxılışlı, “Range Rover” markalı, ümumi dəyəri 25 000 (iyirmi beş min) ABŞ dolları olan nəqliyyat vasitəsini Cavabdeh1 təqdim edir, Cavabdeh1 isə qeyd olunan lizinq obyektini lizinqə qəbul edir.
10. xx.xx.2016-cı il tarixli təhvil-təslim aktından görünür ki, “Range Rover” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobil Lizinq verənin əməkdaşı tərəfindən təhvil alınmışdır.
11. Suraxanı Rayon Məhkəməsinin 2(010)-3353/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, "xxxx" Lizinq Şirkəti QSC-nin iddiasına əsasən lizinq obyekti olan “Range Rover” markalı, buraxılış ili 2004, Ban № SALME1147A177647 olan qara rəngli minik avtomobilinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsindən alınaraq "xxxx" Lizinq Şirkəti QSC-nə qaytarılmalıdır.
12. "xxxx" Lizinq Şirkəti QSC-nin “borc məbləğinə dair” xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixə lizinq obyekti ehtiyyata götürülən zaman 9748,79 ABŞ dolları əsas, 6016,49 ABŞ dolları əsas məbləğdən gecikmə, 2565 ABŞ dolları lizinq mükafatı, 159 ABŞ dolları dəbbə puluu və 426,81 ABŞ dolları sığorta borcu olmaqla, cəmi 18916,09 ABŞ dolları borcu olmuşdur.
13. xx.xx.2018-ci il tarixli DK-0093 nömrəli "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi "xxxx" MMC tərəfindən Cavabdeh1 və Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, onların müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikləri üçün şirkətə borcları yaranmışdır. Həmin borc 6016,49 ABŞ dolları əsas məbləğdən gecikmə, 2565 ABŞ dolları lizinq mükafatı, 159 ABŞ dolları dəbbə və 426,81 ABŞ dolları sığorta borcu yaranmışdır. Öhdəlikləri yerinə yetirmədiklərinə görə yaranmış borcu 3 (üç) iş günü ərzində ödəmədikləri halda onlara qarşı iddia irəli sürülərək məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişlər.
14. “Direkt Kredi MMC” (Kreditor) ilə "xxxx" ASC (Yeni Kreditor) arasında bağlanmış “Tələbin güzəşt edilməsi” haqqında xx.xx.2022-ci il tarixli müqavilə əsasında Kreditor Yeni Kreditora 1 saylı Əlavədə təsdiq edilən tələbləri güzəşt etmişdir.
15. xx.xx.2022-ci il tarixli müqaviləyə 1 saylı Əlavədən görünür ki, güzəşt edilən tələblər içərisində borclu Cavabdeh1 Kreditora borclu olduğu borc məbləği də mövcuddur.
16. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 2604M/14/B nömrəli X9 Müqaviləsinə əsasən 10 avqust 2016-cı il tarixə ödənilməli olan borc məbləği əsas gecikmə borc üzrə 5072.82 ABŞ dolları, lizinq mükafatı üzrə 1874.01 ABŞ dolları və sığorta haqqı borcu üzrə 426.81 ABŞ dolları təşkil edir.
İşin faktiki halları
17. İşin faktiki halları ondan ibarətdir ki, lizinq obyekti xx.xx.2014-cü il tarixdə lizinq alana - Cavabdeh1 təhvil verilmiş və xx.xx.2016-cı ilədək onun istifadəsində qalmış, həmin tarixdən isə qətnamənin icrası qaydasında iddiaçıya qaytarılmışdır. İddaçı tələbdə iddia etmişdir ki, avtomobilin cavabdehdə olduğu müddət ərzində sonuncu ondan istifadə və yararlandığına görə 6016,49 ABŞ dolları əsas məbləğdən gecikmə, 2565 ABŞ doları lizing mükafatı borcu, 159 ABŞ dolları dəbbə, 426,81 ABŞ dolları sığorta borcu olmaqla, ümumilikdə 9167,3 ABŞ dolları məbləğində borcu yaranmışdır. Eyni zamanda, müəyyən edilir ki, əvvəlki iddiaçı (Kreditor) “Direkt Kredi MMC” hazırki cavbadehlərə qarşı olan tələbi yeni Kreditora – iddiaçı "xxxx" ASC-yə güzəşt etmişdir və hazırki məhkəmə prosesində iddiaçı "xxxx" ASC iddia tələbində qeyd olunan hallara əsaslanmaqla tələbin təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, qeyd olunan müqavilə üzrə mütəmadi olaraq ödənişlər etmişdir. Lakin ABŞ dollarının bahalaşmasından sonra ödənişləri edə bilmədiyi üçün avtomobili geri qaytarmış və "xxxx" Lizinq Şirkəti QSC-nin əməkdaşı avtomobil təhvil alındıqdan sonra daha onun hər hansı öhdəliyinin qalmadığını bildirmişdir. Bu səbəbdən cavabdehlər hazırki iddia tələbi ilə razı deyildirlər. Lizinq obyekti olan avtomobil xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədən lizinq alanın sahibliyində olmuş, xx.xx.2016-cı il tarixində lizin verən avtomobili ehtiyata qəbul etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 747.Lizinq müqaviləsi 747.1 Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-5.1 Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Maddə 748. Lizinq müqaviləsinin subyektləri 748-1.5 Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-7.1 Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477. Zaminliyə xitam verilməsi 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli Qərarı: Mülki Məcəllənin 747.1-ci maddəsinin tələblərinə əsasən, lizinq müqaviləsinin mövcudluğu üçün əsas lizinq obyekti kimi çıxış edən əmlakın lizinq məqsədləri ilə lizinq verən tərəfindən satın alınması və ya hazırlanması və onun mülkiyyətində qalmaqla həmin lizinq obyektinin bilavasitə satın almaq hüququ da verilməklə lizinq alanın istifadəsinə verilməsi ilə əlaqədardır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
21. Məhkəmə iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.
22. Məhkəmə əvvəla qeyd edir ki, lizinqlə əlaqədar müqavilə münasibətləri "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 və Cavabdeh2 arasında yaransa da, lakin sonradan tələb "xxxx" ASC-yə güzəşt edildiyindən hazırki iş üzrə iddiaçı qismində "xxxx" ASC iştirak edir. İşin araşdırılması ilə müəyyən olunur ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcud olmuşdur. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin etibarsızlığına dəlalət edən hər hansı hal mövcud deyildir.
23. "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında etibarlı müqavilə münasibətləri olmuşdur. İş materiallarından da göründüyü kimi onlar arasında daxili lizinq müqaviləsi imzalanmış və həmin müqavilə əsasında lizinq obyekti qüsursuz şəkildə müqavilədə nəzərdə tutulmuş şərtlərlə lizin alanın – Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İstinad edilən hüquq normalarının tələblərindən aydın olur ki, lizinq obyekti lizinq verənin mülkiyyətində qalmaqla, lizinq alanın istifadə və sahibliyinə təqdim edilir. Lakin, lizinq alan, yəni cavabdeh müqavilə şərtlərinə riayət etməmiş və daha sonra həmin lizinq obyekti məhkəmə qətnaməsinin icrası qaydasında lizinq alan tərəfindən lizinq verənə geri qaytarılmışdır. İşin hallarından müəyyən edilir ki, lizinq obyekti olan avtomobil xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək cavabdeh tərəfin sahibliyində olmuşdur və işdə olan sənədlərə əsasən xx.xx.2016-cı il tarixində avtomobil lizinqverən tərəfindən ehtiyata götürülmüş və həmin tarixə də, borc məbləği hesablanmışdır.
24. Tutulmalı olan məbləğə gəldikdə isə məhkəmə qeyd edir ki, iddia tələbi yalnız Cavabdeh1 münasibətdə qismən təmin edilməlidir. Belə ki, iddiaçı öz tələbində cavabdehlərdən 6016,49 ABŞ dolları əsas məbləğdən gecikmə, 2565 ABŞ doları lizing mükafatı borcu, 159 ABŞ dolları dəbbə, 426,81 ABŞ dolları sığorta borcunun hər iki cavabdehdən müştərəfk qaydada tutulmasını xahiş edir. İş materiallarında olan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 2604M/14/B nömrəli X9 Müqaviləsinə əsasən 10 avqust 2016-cı il tarixə ödənilməli olan borc məbləği - əsas gecikmə borc üzrə 5072.82 ABŞ dolları, lizinq mükafatı üzrə 1874.01 ABŞ dolları və sığorta haqqı borcu üzrə 426.81 ABŞ dolları təşkil edir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür. Belə olan halda, məhkəmə Cavabdeh1 lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsini və təqdim edilmiş ekspert rəyini nəzərə almaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməklə cavabdeh Abdı̇ yev Fərhad Azər oğlundan 5072.82 ABŞ dolları əsas məbləğdən gecikmə, 1874.01 ABŞ dolları lizinq mükafatı və 426.81 ABŞ dolları sığorta haqqı olmaqla cəmi 7531.83 ABŞ dolları qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.
25. Məhkəmə hesab edir ki, iddia tələbi digər Cavabdeh2 münasibətdə isə təmin edilməməlidir. Məhkəmə zaminliyə xitam verilməsi ilə bağlı yuxarıda qeyd olunan mülki qanunvericilik normasına istinadən qeyd edir ki, "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 2604M/14/B nömrəli X8 Müqaviləsi 36 ay müddətinə nəzərdə tutulmuşdur. Lakin bununla belə, hazırki iddia tələbi xx.xx.2018-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Yəni onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində digər cavabdehə (zaminə) - Cavabdeh2 qarşı iddia tələbi irəli sürülməmişdir. Bu hal isə yuxarıda qeyd olunan normalara əsasən zaminlik öhdəliyinə xitam verildiyini, bununla da digər cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin bu səbəblə əsassız olmasına dəlalət edir. Ona görə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində qeyd etdilmiş zaminliyə xitam verilməsi müddəti növünə görə kəsici müddətdir. Deməli, həmin 1 illik müddət kəsici müddət olduğuna görə bu müddətin keçməsi ilə tələb hüququ da itirilmiş hesab olunur.
Məhkəmə xərcləri
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Odur ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti cavabdeh Abdı̇ yev Fərhad Azər oğlundan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
28. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Abdı̇ yev Fərhad Azər oğlundan 5072.82 ABŞ dolları əsas məbləğdən gecikmə, 1874.01 ABŞ dolları lizinq mükafatı və 426.81 ABŞ dolları sığorta haqqı olmaqla cəmi 7531.83 ABŞ dolları qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli və iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti cavabdeh Abdı̇ yev Fərhad Azər oğlundan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh Abdı̇ yev Fərhad Azər oğlundan 5072.82 ABŞ dolları əsas məbləğdən gecikmə, 1874.01 ABŞ dolları lizinq mükafatı və 426.81 ABŞ dolları sığorta haqqı olmaqla cəmi 7531.83 ABŞ dolları qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti cavabdeh Abdı̇ yev Fərhad Azər oğlundan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.