Məhkəmə qərarları › İş №2(010)-281/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-281/2020

16.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-281/2020 16.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi Musayevə Möhlət Məmməd qızının, cavabdehlər Musayeva (Həsənova) Seybinaz Vəli qızının, Musayeva (İbrahimova) Həlimə Vəli qızının, Musayeva (İbrahimova) Cəvahir Vəli qızının, Cavabdeh6 və Cavabdeh2, Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X39 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Musayeva (Həsənova) Seybinaz Vəli qızına, Musayeva (İbrahimova) Həlimə Vəli qızına, Musayeva (İbrahimova) Cəvahir Vəli qızına, Cavabdeh6, Cavabdeh2, Cavabdeh7 və Cavabdeh8 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlama müqaviləsinin və reyestrdən çıxarışın ləğvi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 35 saylı notariat kontoru tərəfindən Musayeva (Həsənova) Seybinaz Vəli qızının, Musayeva (İbrahimova) Həlimə Vəli qısının, Cavabdeh2. Musayeva (İbrahimova) Cəvahir Vəli qızının, X7, Cavabdeh1, Cavabdeh7 və Cavabdeh8 adlarına verilmiş 2V8, 2V9, 2V10, 2V11, 2V12, 2V13, 2V14, 2V15 nömrələri ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh1 adma Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsindən verilmiş xx.xx.2017-ci il tarixli RX0998242 seriya nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın və xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixində Bakı şəhəri 35 saylı notariat kontoru tərəfindən Musayeva (Həsənova) Seybinaz Vəli qızının, Musayeva (İbrahimova) Həlimə Vəli qızının, Cavabdeh2, Musayeva (İbrahimova) Cəvahir Vəli qızının, X8, Cavabdeh1, Cavabdeh7 və Cavabdeh8 adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, həmin şəhadətnamələr reyestrdə müvafiq olaraq 2V8, 2V9, 2V10, 2V11, 2V12, 2V13, 2V14, 2V15 nömrələri ilə qeydə alınmışdır və bu şəhadətnamələrdə vərəsələrin hər birinin miras əmlakdakı payı 1/10 hissədə müəyyən edilmişdir. Həmin şəhadətnamələrdən görünür ki, X54 digər vərəsələri Musayev Əlövsət Vəli oğlunun və X19 miras payları açıq saxlanılmışdır. xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən Musayeva (Həsənova) Seybinaz Vəli qızı, Musayeva (İbrahimova) Həlimə Vəli qızı, Cavabdeh2, Musayeva (İbrahimova) Cəvahir Vəli qızı. X26, Cavabdeh7 və Cavabdeh8 miras əmlakdakı paylarını Cavabdeh1 bağışlamışlar. Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2017-ci il tarixində 8/10 hissədə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmışdır. Həmin daşınmaz əmlakın qalan 2/10 hissəsi X54 adınadır. Cavabdeh1 nəinki faktiki olaraq qəbul etməmiş, həmçinin onun atası X32 tərəfindən nə faktiki nə də qanuni əsasla qəbul etməmişdir. O, Cavabdeh5, X27 və Cavabdeh1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsi 2(010)- 4819/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia tələbini təmin etmiş və Cavabdeh5, X27 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində Cavabdeh5, X9 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzildə uzun müddətdir yaşamamaları və onların həmin ünvanda qeydiyyatda olmalarının formal xarakter daşıdığı göstərilmişdir. Bundan sonra cavabdehlər Cavabdeh5, X27 və Cavabdeh1 Bakı şəhəri Suraxanı rayon Məhkəməsi 2(010)- 4819/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-688/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsi 2(010)- 4819/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində göstərilmişdir ki, Cavabdeh5, X27 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzildə uzun müddətdir yaşamırlar və istifadə etmirlər, həmçinin Cavabdeh5, X27 və Cavabdeh1 müvəqqəti deyil, daimi yaşamaq üçün başqa yerə köçmüşlər. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-688/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3911/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-688/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdir. Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinə müraciət edərək, mərhum babası X60 məxsus, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin onun üzərindəki fərdi yaşayış evinin və digər tikililərin də aid olduğu mülkiyyəti təsdiq edən dövlət reyestrindən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi 2-1(82)-2166/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadı ilə Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə qarşı “torpaq sahəsinin, onun üzərindəki fərdi yaşayış evinin və digər tikililərin də aid olduğu mülkiyyəti təsdiq edən dövlət reyestrindən çıxarışın verilməsi” barədə iddiası mümkün sayılmamışdır. Cavabdeh1 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə “payın naturada ayrılması” tələbi ilə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 16/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən Cavabdeh1 payına düşən 8/10 hissə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14850 xx.xx.2017-ci il tarixli rəyində göstərilmiş qaydada “A" literli tikili və “B” literli tikilinin sahəsi 13.2 kv.m. olan 2 saylı tikilisi Cavabdeh1 verilməklə, “B” literli tikilinin tikililəri arasında olan qapı və pəncərələr bağlanılmaqla, sahəsi 15 kv.m. olan 1 saylı tikilidən həyətyanı sahəyə qapı açılmaqla, həmin tikililər arasında arakəsmə divardan “B” literli tikiliyə perpendikulyar, küçə tərəfə olan hasara paralel sərhəd hasarı inşa olumaqla ayrılması qət edilmişdir. Bundan sonra, o, Cavabdeh1 və Bakı şəhəri 35 saylı notariat kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsin 2(010)-503/2019 saylı 22.01,2019-cu il tarixli qətnaməsi ilə iddia tələbim rədd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsin 2(010)-503/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6531 /2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbim qismən təmin edilmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsin 2(010)-503/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh1 və Bakı şəhəri 35 saylı notariat kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Məhkəmə qətnamələri tam əsassız və qanunsuzdur. Mərhum X48 qalmış miras payı qəbul etmiş Musayeva (Həsənova) Seybinaz Vəli qızı ünvan 3 ünvanında, X3 rayonu ünvanında, Cavabdeh2 ünvan 5 ünvanında Cavabdeh7 Əliisa oğlu ünvan 6 ünvanında, Cavabdeh6 Hafıs qızı ünvan 7 19A ünvanında, Cavabdeh8 Bakı şəhəri, Hövsan qəsəbəsi ünvanında qeydiyyatda olduqları müəyyən olunmuşdur. Cavabdeh1 Əlihüseyin oğlu isə miras qoyan-X54 nəvəsidir. Adları sadalanan varislərin təqdim etdikləri sənədlərdən X48 qalmış miras əmlakı faktiki qəbul etmədikləri, eyni zamanda da qanunvericiliklə mirasın qəbul edilməsi üçün müddətləri buraxdıqları öz təsdiqini tapır. Belə olduğu halda notarius X4 imperativ tələblərinə riayət edərək, varislərin payları ilə bağlı məsələni müəyyən etmək üçün işi aparmaqdan imtina etməli idi və tərəflər əsasında məhkəməyə müraciət etməli idilər. Yuxarıda qeyd olunan varislər Qərbinaz, Seybinaz, Cəvahir, Həlimə, Gülzalə, Coşqun, Natiq öz paylarını xx.xx.2017-ci il tarixində Cavabdeh1 Əlihüseyin oğluna bağışlamışlar. Belə ki. Bakı şəhəri 35 saylı notariat kontorunun verdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Cavabdeh1 da miras əmlakı qəbul etmişdir, halbuki, notarius tərəfindən onun atası X14 miras qoyan X48 qalmış miras payı qəbul etməsi barədə araşdırma aparmamışdır. Mülki qanunvericiliyin imperativ təlbinə əsasən, miras birinci növbəli varis tərəfindən qəbul edilmədiyi halda onun övladına keçə bilməz. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Əmircan qəsəbəsi üzrə İcra Nümayəndəliyindən verilmiş 01,07.2014-cü il tarixli 2№-li forma arayışında yuxarıda adları sadalanan vərəsəlik hüququ haqqında şəhadətnamə alan şəxslərin heç birinin adı yoxdur. Eyni tarixdə, eyni nömrə ilə (xx.xx.2014. qəb/110) arayışla Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Əmircan qəsəbəsi üzrə İcra Nümayəndəliyi mərhum X54 ölümünədək X15, Cavabdeh2, X16, (Musayev Əlövsət Vəli oğlunun, X20, X29, X33, X21 qeydiyyatda olduğu göstərilmişdir. Həmin arayışa əsasən notariat kontorunda vərəsəlik işi aparıla bilməzdi. Belə ki, arayışda miras qoyan mərhum X54 ölümündən sonra, mirasın kim tərəfindən faktiki qəbul edilməsi müəyyən edilmir. Bakı şəhəri 35 saylı Notariat Kontorunun X/142 nömrəli məktubunda isə notarius varisləri müəyyən etdiyini göstərmiş olsa da, onları hansı əsasla etdiyi barədə məlumat vermir. Buna baxmayaraq Bakı şəhəri 35 saylı notariat kontoru tərəfindən Musayeva (Həsənova) Seybinaz Vəli qızının, Musayeva (İbrahimova) Həlimə Vəli qızının, Cavabdeh2, Musayeva (İbrahimova) Cəvahir Vəli qızının, X7, Cavabdeh1, Cavabdeh7 və Cavabdeh8 adlarına qanun üzrə vərəsəlik hüququ haqqında verilmiş 2V8, 2V9, 2V10, 2V11, 2V12, 2V13, 2V14, 2V15 nömrələri ilə qeydə alınmış şəhadətnamələr verilmişdir və onlar qeyd etdiyim kimi öz paylarını Cavabdeh1 bağışlanmışdır. Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsindən xx.xx.2017-ci il tarixində ünvan 1 ünvanında yerləşən mənzilin 8/10 hissəsinə dair çıxarış almışdır. Beləliklə qeyd edilən normalardan görünüdüyü kimi vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər və vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Cavabdeh1 nəinki faktiki olaraq qəbul etməmiş, həmçinin mirası onun atası X32 tərəfindən nə faktiki nə də qanuni əsasla qəbul edilmədiyi üçün, həmçinin Cavabdeh1 və digər cavabdehlər Musayeva (Həsənova) Seybinaz Vəli qızı, Musayeva (İbrahimova) Həlimə Vəli qızı. Cavabdeh2, Musayeva (İbrahimova) Cəvahir Vəli qızı, X30. Cavabdeh7 və Cavabdeh8 ünvan 9 ünvanında yerləşən mənzildə uzun müddətdir yaşamamaları və həmin mənzildən istifadə etməmələri onların orada subyektiv hüquqularının olmadığının göstəricisidir. Bu səbəbdən Bakı şəhəri 35 saylı notariat kontoru tərəfindən Musayeva (Həsənova) Seybinaz Vəli qızının, Musayeva (İbrahimova) Həlimə Vəli qızının, Cavabdeh2, Musayeva (İbrahimova) Cəvahir Vəli qızının, X7, Cavabdeh1, Cavabdeh7 və Cavabdeh8 adlarına qanun üzrə vərəsəlik hüququ haqqında verilmiş 2V8, 2V9. 2V10. 2V11. 2V12. 2V13. 2V14. 2V15 nömrələri ilə qeydə alınmış şəhadətnamələrin, Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsindən verilmiş xx.xx.2017-ci il tarixli RX0998242 seriya nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın və xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmalıdır. Bildirmək istəyir ki, onunla cavabdehlər arasında uzun müddət davam edən münaqişə mövcuddur, dəfələrlə məhkəmə mübahisələri olmuşdur, cavbdehlər onun evinə gələrək, daima münaqişələr yaradırlar. Qeyd olunan evdə o, tək yaşayır. Qeyd olunanlara əsasən, Bakı şəhəri 35 saylı notariat kontoru tərəfindən Musayeva (Həsənova) Seybinaz Vəli qızının, Musayeva (İbrahimova) Həlimə Vəli qısının, Cavabdeh2. Musayeva (İbrahimova) Cəvahir Vəli qızının, X7, Cavabdeh1, Cavabdeh7 və Cavabdeh8 adlarına qanun üzrə vərəsəlik hüququ haqqında verilmiş 2V8, 2V9, 2V10, 2V11, 2V12, 2V13, 2V14, 2V15 nömrələri ilə qeydə alınmış şəhadətnamələrin, Cavabdeh1 adma Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsindən verilmiş xx.xx.2017-ci il tarixli RX0998242 seriya nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın və xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Musayevə Möhlət Məmməd qızı iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, X75 ilə X10 arasında nikah bağlanmış, onların ailə münasibətlərindən 1936-cı ildə Musayev X97, 1941-ci ildə Cavabdeh2, 1947-ci ildə Musayeva (Qasımova) Həqiqət Vəli qızı, 1948-ci ildə Musayeva (Həsənova) Seybinaz Vəli qızı, 1951-ci ildə X32, 1953-cü ildə Musayev Əlövsət Vəli oğlu, 1956-cı ildə Musayeva (İbrahimova) Cavahir Vəli qızı, 1958-ci ildə Musayeva (İbrahimova) Həlimə Vəli qızı, 1963-cü ildə Musayeva (Quliyeva) Zahidə Vəli qızı və X40 adlı uşaqlar doğulmuşlar. Musayev X97 ilə X34 ailə münasibətlərindən xx xxxx 1978-ci ildə Cavabdeh7 adlı, X55 ilə Musayeva (Qasımova) Həqiqət Vəli qızının ailə münasibətlərindən xx xxxx 1970-ci ildə Cavabdeh6 adlı, X32 ilə Musayeva (Əzizova) Möhlət Məmməd qızının ailə münasibətlərindən xx xxxxxx 1983-cü ildə Cavabdeh1 və X49 ilə Musayeva (Qasımova) Zahidə Vəli qızının ailə münasibətlərindən xx xxxxxx 1989-cu ildə Cavabdeh8 adlı uşaqlar doğulmuşlar. X75 1965-ci ildə onun arvadı X10 isə 2005-ci ildə ölüblər. Musayev X97 1999-cu ildə, X32 və X40 2006-cı ildə, Musayeva (Quliyeva) Zahidə Vəli qızı 2008-ci ildə, Musayev Əlövsət Vəli oğlu xx xxxxxx 2014-cü ildə 2014-cü ildə və Musayeva (Qasımova) Həqiqət Vəli qızı xx xxxx 2015-ci ildə ölmüşlər. X54 adına Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Nizami küçəsində yerləşən 9 nömrəli evə dair 1962-ci ildə «evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyi kartoçkası» tərtib edilib. Həmin sənəddə müvafiq torpaq sahəsinin və üzərindəki tikililərin texniki göstəriciləri əks olunur. Hazırkı iş üzrə Cavabdeh1 onun (nümayəndənin) mərhum X54 oğlu X32 ilə ailə münasibətlərindən doğulub. Beləliklə, Cavabdeh1 mərhum X54 nəvəsidir. Mərhum X24 olan övladları Cavabdeh2, Musayeva (Həsənova) Seybinaz Vəli qızı, Musayeva (İbrahimova) Cavahir Vəli qızı və Musayeva (İbrahimova) Həlimə Vəli qızı, habelə Musayev X84 oğlu Cavabdeh7, Musayeva (Qasımova) Həqiqət Vəli qızının qızı Cavabdeh6, X14 oğlu Cavabdeh1 və Musayeva (Qasımova) Zahidə Vəli qızının oğlu Cavabdeh8 Bakı şəhəri 35 saylı notariat kontoruna müraciət edərək, adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsini xahiş etmişlər. Müvafiq notariat əməliyyatı aparılmış və müraciət etmiş şəxslərin hər birinin mübahisəli əmlakdakı payı 1/10 hissə olmaqla müəyyən edilmişdir. Bununla yanaşı, notarius X54 daha iki övladının, yəni Musayev Əlövsət Vəli oğlunun və X21 olduğunu nəzərə almış və qanun üzrə vərəsəliklə əlaqədar onlara çatası 1/10 hissələri, yəni ümumi əmlakın 2/10 hissəsini açıq saxlamışdır. Həmçinin, Cavabdeh2, Musayeva (Həsənova) Seybinaz Vəli qızı, Musayeva (İbrahimova) Cavahir Vəli qızı, Musayeva (İbrahimova) Həlimə Vəli qızı, habelə Musayev X84 oğlu Cavabdeh7, Musayeva (Qasımova) Həqiqət Vəli qızının qızı Cavabdeh6 və Musayeva (Qasımova) Zahidə Vəli qızının oğlu Cavabdeh8 mirasdan özlərinə çatası 1/10 hissələri, yəni ümumi əmlakın 7/10 hissəsini hazırkı iş üzrə cavabdeh və X14 vərəsəsi olan Cavabdeh1 bağışlamışlar. Beləliklə, Cavabdeh1 mübahisəli əmlakdakı payı 8/10 hissə təşkil edir. Mirasın qalan 2/10 hissəsi isə, yuxarıda qeyd edildiyi kimi açıq saxlanılıb. Ona görə də Musayev Əlövsət Vəli oğlunun arvadı olmuş İddiaçı notariusa müraciət edib ərindən miras qalmış 1/10 hissəyə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini tələb edə bilər. Beləliklə, notariat əməliyyatı zamanı heç kimin hüququ pozulmamışdır. Nümayəndə iddiaçının bildirdikləri ilə əlaqədar olaraq həmçinin qeyd edir ki, X32 mübahisəli evdə doğulub. Əlihüseyn Musayev 1977-ci ildə onunla (nümayəndə ilə) ailə qurmuş və o (nümayəndə), mübahisəli evə gəlin gəlmişdir. Onlar 1985-ci ilədək həmin evdə yaşamış, sonradan başqa bir ev alıb köçmüşlər. Lakin onların ər-arvad münasibətləri 1995-ci ildə pozulmuş və X25 Musayevlə birlikdə yenidən mübahisəli evə qayıtmış və vəfat etdiyi günədək orada oğlu ilə birlikdə yaşamışlar. Əlihüseyn Musayev xx xxxxxx 2006-cı ildə elə həmin evdə vəfat etmişdir. Onun yas mərasimi də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Nizami küçəsində yerləşən 9 nömrəli evdə keçirilib. Cavabdeh1 atasının ölümündən sonra da təxminən 8 ay mübahisəli evdə yaşamış, lakin əmilərinin arvadları, o cümlədən hazırkı iş üzrə İddiaçı ilə aralarında yaranmış narazılıqlar, iddiaçının nalayiq hərəkətləri, şər və böhtanları səbəbindən oradan çıxmaq məcburiyyətində qalmışdır. Cavabdeh1 atası X11 miras olaraq əmanət kitabçası, qol saatı, xeyli ev əşyaları, həmçinin müəyyən paltarlar qalıb. Yəni həm X32 atası X54 mirasını, həm də Cavabdeh1 atası X14 mirasını faktik qəbul ediblər. X69 övladlarından Qərbinaz 1962-ci ildə ailə qurmasına baxmayaraq, ərinin evi olmadığından, 4 il, yəni 1966-cı ilədək ata evində yaşayıb, Seybinaz 1976-cı ildə, Cəvahir 1977-ci ildə, Həlimə isə 1985-ci ildə ailə quraraq, ata evindən köçüblər. Beləliklə, X75 1965-ci ildə vəfat edərkən, onun övladları (o cümlədən iddiaçının həyat yoldaşı) mübahisəli evdə faktiki yaşayaraq, bu evdən təyinatı üzrə istifadə edərək, mərhumun dəfn və yas mərasimlərini təşkil edərək, mərhuma məxsus əmlakları vərəsələr olaraq götürərək, miras əmlakı faktiki olaraq qəbul etmişlər. Sonradan vərəsələr (mərhum övladları və onların vərəsələri) yenə də mirasın qəbul edəilməsi ilə bağlı artıq notariat orqanına müraciət etmişlər, evə dair mülkiyyət sənədi tərtib edildikdən sonra, artıq formal qaydada mirası qəbul etmişlər. Mirası qəbul etmiş vərəsələrin isə qanunvericilikdə qadağan edilməmiş müqavilələr bağlamaq hüquqları vardır. Bu səbəbdən, iddia tələbini əsassız hesab edir. Həmçinin, qeyd etmək istəyir ki, notarius tərəfindən notarial hərəkətlər aparılarkən, iddiaçının ərinin payı saxlanılmışdır (iddiaçının əri də atasının ölümündən sonra mübahisəli evdə yaşamaqda davam edərək, mirası faktiki olaraq qəbul etmişdir) və iddiaçı tərəfindən ərinə məxsus payı qəbul etməsinə dair cavabdehlərin heç bir etirazları yoxdur. Ancaq iddiaçı bütünlüklə evin onun adına keçirilməsini tələb edir ki, bunun heç bir hüquqi və mənəvi əsası yoxdur. Əgər X54 1965-ci ildə vəfatından sonra onun vərəsələri olan övladları mübahisəli evi miras əmlak olaraq faktiki qəbul etməmişdilərsə, onda belə çıxır ki, iddiaçının əri də bu miras əmlakı faktiki olaraq qəbul etməmişdir. Əgər cavabdehlər notariat orqanına müraciət etməklə, miras əmlakı qəbul etməmişdirlərsə, onda belə çıxıır ki, iddiaçının əri və özü ümumiyyətlə miras əmlakı qəbul etməmişlər. Bir daha qeyd edir ki, Cavabdeh1 atası X32 öz atası X48 miras qalmış daşınmaz əmlakı onun ölümündən dərhal sonra faktik qəbul etmişdir. Belə ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Nizami küçəsində yerləşən 9 nömrəli evdə doğulmuş, orada yaşamış, atasının 1965-ci ildə ölümündən sonra belə orada daimi yaşamaqda davam etmiş, hətta 1977-ci ildə evləndikdən sonra arvadı Musayeva Möhlət Məmməd qızını həmin evə köçürmüş və 1985-ci ilədək bu evdə birlikdə yaşamışlar. O, 1985-ci ildə başqa ünvana köçmüş, lakin 1995-ci ildə arvadı Musayeva Möhlət Məmməd qızı ilə ailə münasibətləri pozulduqdan sonra oğlu Cavabdeh1 ilə birlikdə mübahisəli evə qayıdaraq öldüyü 2006-cı il tarixinədək orada daimi yaşamışdır. Adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş Cavabdeh7, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh8 vərəsəlik hüquqlarına münasibət bildirərək məhkəmə qeyd edir ki, onların miras payları bilavasitə babaları X48 deyil, müvafiq olaraq valideynləri Musayev X76, Musayeva (Qasımova) Həqiqət Vəli qızından, X11 və Musayeva (Qasımova) Zahidə Vəli qızından qalıb. Yəni onların miras əmlaka münasibətdə hüquqları valideynlərinin miras əmlaka münasibətdə vərəsəlik hüquqlarından və paylarından irəli gəlir. Cavabdeh1 atasından miras qalmış bank əmanətini qəbul etmişdir, bu hal xx xxxxxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən olunur. Bununla yanaşı, cavabdehə atası X11 qol saatı, ev əşyaları və müəyyən paltarlar miras qalıb. Hesab edir ki, Cavabdeh1 atası X22 babası X48 miras qalmış miras payını qəbul edib. Əlavə olaraq qeyd edir ki, iddiaçının mərhum ərinə çatası pay notariat orqanı tərəfindən açııq saxlanılmışdır və cavabdehlər iddiaçı tərəfindən bu payın əldə etməsinə etiraz etmirlər. Qeyd edilənlərə əsasən, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Musayeva (Həsənova) Seybinaz Vəli qızı, Musayeva (İbrahimova) Həlimə Vəli qızı, Musayeva (İbrahimova) Cəvahir Vəli qızı, Cavabdeh6 və Cavabdeh2 iddia tələbini qəbul etmədiklərini bildirirək, Cavabdeh1 nümayəndəsi Musayevə Möhlət Məmməd qızının ifadəsində göstərdiklərini təsdiq edərək, iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X61 xx.xx.2017-ci il tarixli RX0998242 seriya nömrəli Çıxarışı müdafiə edərək, izahatında göstərmişdir ki, çıxarış tam qanuni əsaslarla verilmişdir və bu səbəbdən onun ləğv olunması üçün heç bir hüquqi əsaslar yoxdur. İş üzrə cavabdehlər Cavabdeh7 və Cavabdeh8, həmçinin, üçüncü şəxs Bakı şəhəri 35 saylı notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülk iş üzrə Cavabdeh7 məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, atası X62 babası X60 məxsus olan Əmircan qəsəbəsi, Nizamı küçəsi, 9 ünvanında birlikdə yaşamışdır. Babası vəfat edəndə atası ailəli idi və həmin ünvanda qeydiyatda olaraq yaşamağa davam edirdi. Beleliklə atası babasından Musayev Vəlinin qanuni vərəsəsi olaraq miras əmlakı qəbul etmiş sayılır. Azərbaycan Respublikasının mülkü məcəlləsinin 1133, 1134.1,1134.2 maddələrinə əsasən qanun və vəziyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamında sağ olan şəxlər, habelə miras qoyanın ölümündən sonar doğulmuş uşaqlar sayılırlar. Beləliklə atası X62, babam X54 qanuni vərəsəsidir və miras əmlakdan pay düşməlidir. Atası 1966-cı ildə qeydiyatdan çıxaraq Binə qəsəbəsi, Əfəndiyev küçəsi, ev 76 ünvanında özünə məxsus olan evə köçmüşdür. Sonuncu vəfat etdiyi anda, onunla uzun müddət eyni evdə yaşadığı üçün atasından ona, yaşadıqları ev, ev əşyaları, qızıl zinət əşyaları ona qalıb. Atasına məxsuz olan həmin evdə aliləsilə birlikdə bu günədək yaşıyır. Beləliklə sonuncu vəfat etdiyi anda onunla yaşadığı üçün yuxarda qeyd etdiyim maddələrə əsasən atasına məxsus olan mirası o da qəbul etmiş sayılır. Odur ki, babasına məxsus olan Nizami 9 ünvanındakı mənzildən atasına düşən pay onun olmalıdır. Bu barədə Suraxanı rayon 35 saylı Notarial kontoru araşdırmalardan sonra ona vərəsəlik şahadətnaməsini təqdim etmiş və o, öz razılığı ilə özünə düşən payı əmisi oğlu Cavabdeh1 bağışlamışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Mülk iş üzrə Cavabdeh8 məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, anası X50 1963-cü ildən Babam X60 məxsus olan Əmircən qəsəbəsi, Nizamı 9-da anadan olmuşdur. Babasın vəfat edəndə anasının 2 yaşı olub, uzun müddət bu mənzildə yaşayıb və passport qeydiyatınada düşmüşdür. Ailə qurması ilə əlaqədar olaraq 1986-ci ildən 23 yaşında qeydiyyatdan cıxmışdır. X50, babası X54 qanuni vərəsəsidir və miras əmlakdan pay düşməlidir. Anası 2005-ci ildən vəfat etdiyindən onunla uzun müddət eyni evdə yaşadığı üçün sonuncudan ona, yaşadıqları ev, ev əşyaları, qızıl zinət əşyaları sonuncuya məxsus olan nə varsa ona qalıb. Hal-hazırda həmin evdə ailə qurub yaşayır. Beləliklə, anası vəfat etdiyi anda onunla yaşadığı üçün yuxarıda qeyd etdiyim maddələrə əsasən anasına məxsus olan mirası məndə qəbul etmiş sayılır. Babasına məxsus olan Nizami 9 ünvanındakı mənzildən anasına düşən pay onun olmalıdır. Və bu barədə Suraxanı rayon 35 saylı Notarial kontoru araşdırmalardan sonra ona vərəsəlik şəhadətnaməsini təqdim etmiş və o, öz razılığı ilə ona düşən payı dayısı oğlu Cavabdeh1 bağışlamışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə aşağıdakılara əsasən bu nəticəyə gəlmişdir. İş materiallarında olan ******* saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Musayev Əlövsət Əli oğlu xx.xx.1953-ci ildə anadan olmuşdur. İş materiallarında olan 00936 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X75 ilə X5 birgə nikahlarından xx.xx.1956-cı ildə X41 anadan olmuşdur. İş materiallarında olan arayışdan müəyyən olunur ki, X55 və X42 arasına 1.06.1963-cü ildə nikah bağlanmışdır. İş materiallarında olan 384041 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X75 xx.xx.1965-ci ildə vəfat etmişdir. İş materiallarında olan 268450 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 Seybinaz Vəli qızı arasında xx xxxx 1974-cü ildə nikah bağlanıb. İş materiallarında olan 350178 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunu ki, xx.xx.1977-ci ildə X18 X43 nikah bağlamışdır. İş materiallarında olan 408081 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Musayev X97 ilə X31 birgə nikahlarından xx.xx.1978-ci ildə Musayev X94 anadan olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı, 071456 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X32 ilə Əzizova Möhlət Məmməd qızının birgə nikahlarından xx.xx.1983-ci ildə Musayev Cavabdeh1 anadan olmuşdur. İş materiallarında olan 251024 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Musayev Əlövsət Vəli oğlu ilə İddiaçı arasında xx xxxx 1989-cu ildə nikah bağlanıb. İş materiallarında olan ölüm haqqında arayışın surətindən müəyyən olunur ki, X44 xx.xx.1999-cu ildə vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 161848 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 xx.xx.2005-ci ildə vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 584609 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X32 xx.xx.2006-cı ildə vəfat etmişdir. İş materiallarında olan arayışın surətindən müəyyən olunur ki, X51 xx.xx.2008-ci ildə vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 657586 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Musayev Əlövsət Vəli oğlu xx.xx.2014-cü ildə vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 725994 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X45 xx.xx.2015-ci ildə vəfat etmişdir. İş materiallarında olan Cavabdeh2 xx.xx.2013-cü il, X13 xx.xx.2013-cü il, Cavabdeh7 xx.xx.2014-cü il, Cavabdeh8 xx.xx.2014-cü il tarixli ərizələrindən müəyyən olunur ki, onlar özlərinə düşən paydan Cavabdeh1 xeyrinə imtina ediblər. İş materiallarında olan xx.xx.2015-ci il tarixli vəsiyyətnamədən müəyyən olunur ki, X45 özünə məxsus olan bütün əmlakını qızı Cavabdeh6 vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli arayışdan müəyyən olunur ki, ünvan 1-da yaşamış xx xxxx 1965-ci il tarixdə vəfat etmiş mərhum- X48 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə Bakı şəhəri 35 saylı notariat »toruna vərəsələri müraciət etmişdir. X54 xx xxxx 1965-ci il tarixdə vəfati ilə əlaqədar vərəsələrin tələri əsasında tərəfimizdən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Mərhumun vərəsələri bunlardır: Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, X62 - vəfat edib, X32- vəfat edib, Musayev Əlövsət Vəli oğluvəfat edib, X40- vəfat edib, X51- vəfat edib, X45 - vəfat edib. İş materiallarında olan Cavabdeh3 xx.xx.2016-cı il, Cavabdeh5 xx.xx.2016-cı il tarixli ərizələrindən müəyyən olunur ki, onlar özlərinə düşən paydan Cavabdeh1 xeyrinə imtina ediblər. İş materiallarında olan xx.xx.2017-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh1 ünvan 10 ünvanına xx.xx.2000-ci il tarixdən xx.xx.2015-ci il tarixədək qeydiyyada olmuşdur. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri 35 saylı notariat kontorunun notariusu ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair xx xxxxxx 2017-ci ildə Musayeva (Həsənova) Seybinaz Vəli qızının, Musayeva (İbrahimova) Həlimə Vəli qızının, Cavabdeh2, Musayeva (İbrahimova) Cavahir Vəli qızının, Cavabdeh6, Cavabdeh1, Cavabdeh7 və Cavabdeh8 adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr vermiş, həmin şəhadətnamələr reyestrdə müvafiq olaraq 2V-8, 2V-9, 2V-10, 2V-11, 2V-12, 2V-13, 2V-14, 2V-15 nömrələri ilə qeydə alınmışdır. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, Musayeva (Həsənova) Seybinaz Vəli qızı, Musayeva (İbrahimova) Həlimə Vəli qızı, Cavabdeh2, Musayeva (İbrahimova) Cavahir Vəli qızı, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 miras əmlakdakı paylarını Cavabdeh1 bağışlamışlar. İş materiallarında olan xx.xx.2019-cu il tarixli arayışlardan müəyyən olunur ki, Cavabdeh6 ünvan 7 19A ünvanında, Cavabdeh8 ünvan 11 ünvanında qeydiyyatdadır. Müəyyən olunur ki, mərhum X75 həqiqətən xx.xx.1950-ci il tarixdən vəfatına kimi (xx.xx.1965-ci Əmircan qəsəbəsi, Nizamı küçəsi ev 9 ünvanında qeydiyyatda olub. Onunla birgə bu ünvanda həyat yoldaşı X17 xx.xx.1950-ci il tarixdən vəfatına kimi xx.xx.2005-ci tarixə kimi qeydiyyatda olub. Onların birgə nigahdan bu övladları olub: 1. oğlu - X72 o. - xx.xx.1999-cu il tarixdə vəfat edi qeydiyyatdan çıxarılıb. 2. qızı - X71 q. xx.xx.1970-ci il tarixdə qeydiyyatdan çıxıb. 3. qızı – Cavabdeh2 q.- xx.xx.1969-cu il tarixdə qeydiyyatdan çıxıb. 4 oğlu - Musayev Əli-Hüseyn Vəli o. - xx.xx.2006-cı il tarixdə vəfat edib, qeydiyyatdan çıxarılıb. 5. Qızı – X65 q. - xx.xx.1976-cı il tarixdə qeydiyyatdan çıxıb. 6. oğlu - Musayev Əlövsət Vəli o. - xx.xx.2014-cü il tarixdə vəfat edi qeydiyyatdan çıxarılıb. 7. qızı - X67 q. - xx.xx.1977-ci il tarixdə qeydiyyatdan çıxıb. 8. qızı - X77 q. xx.xx.2015-ci il tarixdə qeydiyyatdan çıxarılıb. 9. qızı - X89 q - xx.xx.1986-cı il tarixdə qeydiyyatdan çıxıb, xx.xx.2008-ci il tarixdə vəfat edib. 10. oğlu - X82 o. - xx.xx.2006-cı il tarixdə vəfat edil qeydiyyatdan çıxarılıb. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən xx xxxxxx 2017-ci ildə müvafiq qeydiyyat aparılmış, bununla əlaqədar olaraq daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Həmin çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,2 kv.m təşkil edən fərdi yaşayış evi və ona aid olan 0,0584 ha torpaq sahəsi tam xüsusi mülkiyyət hüququ ilə X54 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan 132 nömrəli MKT tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, xx xxxxxx 1985-ci ildə 218125 nömrəli order X14 adına verilmişdir. Mənzil Xətai rayonu Gəncə prospekti, ev 89, blok 8, etac 9, mənzil 143, 3(üç) otaqdan ibarət olub 46,73 kvadrat metr yaşayış sahəsinə malik olub. Orderdə aşağıdakı şəxslərin adlari olmuşdur: 1. X32 - 1951 ci il, 2. Musayeva Möhlət Məmməd qızı - 1954 cü il, 3. X23 - 1978 ci il, 4. Cavabdeh1 - 1983 cü il. Ailənin üzvlərinin hər biri xx.xx.1985 ci ildə həmin mənzilə qeydiyyata düşüblər və mənzil satılana qədər həmin ünvanda yaşamışlar. Mənzil xx xxx 2007 ci ildə satılıb. İş materiallarında olan 132 nömrəli MKT tərəfindən təsdiq olunmuş aktdan müəyyən olunur ki, adları qeyd olunan qonşular təsdiq edirlər ki, Xətai rayonu Gəncə prospekti ev 89, mənzil 143-də yaşayan X32 və onun oğlu Cavabdeh1 1995-ci il tarixindən sonra bu mənzildə yaşamayıblar. xx.xx.1996-cı il tarixindən mənzilin qeydiyyat vəsiqəsi Musayeva Möhlət Məmməd qızının adına olmuşdur. Belə ki, həmin dövrdən bu mənzildə qeydiyyatda Musayeva Möhlət Məmməd qızı və oğlu X23 olmuşdur. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)- 4819/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, cavabdehlər Cavabdeh5, X9, Cavabdeh1 Hüseyn oğlunun ünvan 1 ünvanına dair istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-688/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsi 2(010)- 4819/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-503/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 35 saylı notariat kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6531/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)- 503/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmişdir. xx xxxxxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 atası X2 SSRİ Əmanət bankında olan ******* nömrəli hesabdakı pul əmanəti miras qalıbdır. İş materiallarına əlavə olunmuş məhkəmə aktları ilə müəyyən olunur ki, iddiaçı ilə X54 vərəsələri arasında məhkəmə mübahisələri mövcud olmuş həmçinin münaqişələr baş vermişdir. Məhkəmə araşdırmasından müəyyən olunur ki, X75 ilə X10 arasında nikah bağlanmış, onların ailə münasibətlərindən 1936-cı ildə Musayev X97, 1941-ci ildə Cavabdeh2, 1947-ci ildə Musayeva (Qasımova) Həqiqət Vəli qızı, 1948-ci ildə Musayeva (Həsənova) Seybinaz Vəli qızı, 1951-ci ildə X32, 1953-cü ildə Musayev Əlövsət Vəli oğlu, 1956-cı ildə Musayeva (İbrahimova) Cavahir Vəli qızı, 1958-ci ildə Musayeva (İbrahimova) Həlimə Vəli qızı, 1963-cü ildə Musayeva (Quliyeva) Zahidə Vəli qızı və X40 adlı uşaqlar doğulmuşlar. Həmçinin müəyyən olunur ki, Musayev X97 ilə X34 ailə münasibətlərindən xx xxxx 1978-ci ildə Cavabdeh7 adlı, X55 ilə Musayeva (Qasımova) Həqiqət Vəli qızının ailə münasibətlərindən xx xxxx 1970-ci ildə Cavabdeh6 adlı, X32 ilə Musayeva (Əzizova) Möhlət Məmməd qızının ailə münasibətlərindən xx xxxxxx 1983-cü ildə Cavabdeh1 və X49 ilə Musayeva (Qasımova) Zahidə Vəli qızının ailə münasibətlərindən xx xxxxxx 1989-cu ildə Cavabdeh8 adlı uşaqlar doğulmuşlar. X75 1965-ci ildə onun arvadı X10 isə 2005-ci ildə ölüblər. Həmçinin müəyyən olunur ki, Musayev X97 1999-cu ildə, X32 və X40 2006-cı ildə, Musayeva (Quliyeva) Zahidə Vəli qızı 2008-ci ildə, Musayev Əlövsət Vəli oğlu xx xxxxxx 2014-cü ildə 2014-cü ildə və Musayeva (Qasımova) Həqiqət Vəli qızı xx xxxx 2015-ci ildə ölmüşlər. Müəyyən olunur ki, X54 adına Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Nizami küçəsində yerləşən 9 nömrəli evə dair 1962-ci ildə «evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyi kartoçkası» tərtib edilib. Həmin sənəddə müvafiq torpaq sahəsinin və üzərindəki tikililərin texniki göstəriciləri əks olunur. Cavabdeh2, Musayeva (Həsənova) Seybinaz Vəli qızı, Musayeva (İbrahimova) Cavahir Vəli qızı, Musayeva (İbrahimova) Həlimə Vəli qızı, habelə Musayev X84 oğlu Cavabdeh7, Musayeva (Qasımova) Həqiqət Vəli qızının qızı Cavabdeh6, X14 oğlu Cavabdeh1 və Musayeva (Qasımova) Zahidə Vəli qızının oğlu Cavabdeh8 2014-cü ildə Bakı şəhəri 35 saylı notariat kontoruna müraciət edərək, X48 miras qalmış fərdi yaşayış evinə və torpaq sahəsinə dair adlarına vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsini xahiş etmişlər. Bakı şəhəri 35 saylı notariat kontorunun xüsusi notariusu vərəsəliklə əlaqədar zəruri sənədləri və məlumatları topladıqdan sonra xx xxxx 2014-cü il və xx xxxxxx 2016cı il tarixlərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə məktublarla müraciət edərək, Cavabdeh1 mərhum X48 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı notariat kontoruna müraciət etdiyini bildirmiş, bununla əlaqədar olaraq X54 adına olan, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikililərə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Bu şəhadətnamələrdə vərəsələrin hər birinin miras əmlakdakı payı 1/10 hissədə müəyyən edilib. Həmin şəhadətnamələrdən həmçinin görünür ki, X54 digər vərəsələri Musayev Əlövsət Vəli oğlunun və X21 miras payları açıq saxlanmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surəti ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,2 kv.m təşkil edən fərdi yaşayış evi və ona aid olan 0,0584 ha torpaq sahəsi xx xxxxxx 2017-ci ildə 8/10 hissədə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmışdır. Həmin daşınmaz əmlakın qalan 2/10 hissəsi X54 adınadır. İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bunların hüquqi nəticələri olaraq Cavabdeh1 adma Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsindən verilmiş xx.xx.2017-ci il tarixli RX0998242 seriya nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın və xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi əqd deyil, mirasın rəsmiləşdirilməsinin qanundan irəli gələn formasıdır (Mülki Məcəllənin 1321-ci maddəsi). Çünki şəhadətnamə mirası qəbul edənlə notarius arasında və yaxud ölmüş şəxslə hüquq və vəzifələrə səbəb olmur, şəhadətnamə birtərəfli qaydada vərəsənin mirası mülkiyyətinə rəsmiləşdirməsi üçün əsas kimi çıxış edir. Mülki qanunvericilik (Mülki Məcəllənin 1243.3. maddəsi) mirasın qəbulunun iki üsulunu nəzərdə tutur: vərəsənin mirası qəbul etmək üçün notariusa müraciət etməsi, və yaxud əmlaka sahiblik və ya idarə etməyə başlama. Həmin hərəkətlər özlüyündə birtərəfli əqdlərə xas olan əlamətlərinə uyğun gəlsə də (birtərəfli iradə ifadəsi) özlüyündə birtərəfli əqd sayıla bilməz. Çünki Mülki Məcəllənin 324.3. maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Birtərəfli əqdin (məsələn: bağışlama müqaviləsinin) qeyd olunan anlayışına uyğun olaraq şərh versək, miras əmlakın qəbulu üçün ərizə ilə notariusa müraciət edilməsi Məcəllədə əqd olaraq nəzərdə tutulmamışdır. Və normanın ikinci hissəsi isə tərəflərin razılaşmasını nəzərdə tutur ki, hazırkı halda belə razılaşmanın olması zəruri şərt deyil. Deməli, vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı vərəsənin notariusa müraciət etməsi əqd kimi dəyərləndirilə bilməz. Həmin məntiqlə çıxış etsək, onda hüquq əidə etmək üçün nəinki notariusa, digər orqanlara birtərəfli müraciətlərin hamısı əqd kimi dəyərləndirilməlidir. Mirasın qəbulu əqd deyil, hüquqların (ölənin hüquqlarının) vərəsəlik qaydasında keçməsidir (Mülki Məcəllənin 1133.1. maddəsi). Vərəsəlik şəhadətnaməsinin qanunsuz rəsmiləşməsinə istinad edən şəxs onun etibarsızlığını tələb etməlidir. Çünki şəhadətnamənin etibarsızlığına dəlalət edən hallar onun verilməsindən əvvəl mövcud olur. Hazırkı işdə iddiaçı istinad etdiyi halların məhz şəhadətnamələr verilməmişdən əvvəl mövcud olduğunu qeyd edir. Belə ki, o, vərəsələrin sayı, onların mirası şəhadətnamə verilənədək qəbul etməmələri, cavabdehlərin digər vərəsəni gizlətmələrinə istinad edir. Amma, vərəsəlik şəhadətnamələrinin ləğvi, belə anlama gəlməyə əsas verir ki, həmin şəhadətnamələr verilərkən, qanunun və normativ aktların tələblərinə riayət edilmiş, lakin sonradan ortaya çıxan hallar həmin şəhadətnamələrin ləğv olunmasım şərtləndirir. İddiaçının öz tələbində istinad etdikləri hallar ikinci hala aid deyil. Eyni zamanda qeyd olunmalıdır ki, şəhadətnamələrin etibarsız hesab olunması ilə ləğv olunması fərqli hüquqi nəticələrə səbəb olur. Etibarsız hesab olunma halında şəhadətnamələr bağlandığı andan etibarsız hesab olunmaqla, onun bütün hüquqi nəticələri etibarsız hesab olunur, lakin, ləğv olunanda, həmin vaxtdan sonra öhdəliklərə xitam verilir, iddiaçının əldə etmək istədiyi nəticə-əmlakın əvvəlki vəziyyətə gətirilməsi və yenidən mirasın bölüşdürülməsi, şəhadətnamələrin etibarsız hesab olunmasından sonra baş verən hallardır və eyni zamanda məhz onun hüquqi nəticəsi olaraq çıxarış da ləğv oluna bilər. Eyni müddəlar əqdlərin etibarsız hesab edilməsi və ya ləğv edilməsi hallarına aiddir. Belə ki, müqavilə etibarsız hesab edildikdə, onun bağlandığı andan etibarsız hesab olunduğu, əmlak isə əvvəlki vəziyyətə gətirildiyi halda, müqavilə ləğv edildikdə, əgər mülki qanunvericilik ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər, əgər müqavilənin ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində ancaq dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Notariat haqqındaQanunun 57-cı maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 94-cü bəndinə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Həmin Təlimatın 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyri-yaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. Vərəsəlik şəhadətnaməsində hər bir vərəsəyə çatası pay (hissə), yetkinlik yaşına çatmayan vərəsə olduqda isə onun doğum tarixi göstərilməlidir. Bir neçə vərəsə olduqda əgər onların payı bərabərdirsə “...mirasdan bərabər hissələrdə irs almalıdırlar.”, yeganə vərəsə olduqda “...mirasdan irs almalıdır.”, vərəsələrə çatası paylar (hissələr) fərqli olduqda isə “...1/3 hissə, yaxud ...2/3 hissə” kimi ifadə olunmalıdır. Həmin Təlimatın 96-cı bəndinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Beləliklə, məhkəmə araşdırması zamanı mübahisə edilən vərəsəlik haqqında şəhadətnamələrin ləğv olunması üçün heç bir əsas müəyyən edilməmişdir. Müəyyən olunmuşdur ki, qeyd olunan şəhadətnamələr qanunun və digər normativ-hüquqi aktların tələblərinə riayət edilməklə verilmişdir. İddiaçı tərəfindən məhkəməyə bu şəhadətnamələrin ləğv olunmasının səbəb olan hər hansı bir mötəbər və mümkün sübut, yəni qanunun və normativ aktların tələblərinə riayət edilməklə verilmiş, lakin sonradan bu şəhadətnamələrin ləğv olunmasını şərtləndirən ortaya çıxan hallar barədə hər hansı bir sübut təqdim edilməmişdir. İddia tələbinin xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi hissəsini məhkəmə aşağıdakılara görə əsassız hesab edir. Əvvəla ona görə ki, iddia tələbində qeyd olunan müqavilənin ləğv olunması qanun üzrə şəhadətnamələrin ləğv olunmasının hüquqi nəticəsi kimi göstərilmişdir. Qeyd olunan şəhadətnamələrin ləğv olunması üçün əsaslar mövcud olmadığından, göstərilən müqavilənin ləğv olunması üçün də əsaslar mövcud deyildir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə almışdır ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə araşdırması zamanı mülki qanunvericilikdə müqavilənin ləğv olunması üçün 421-ci, 422-ci, 423-cü və 424-cü maddələrində nəzərdə tutulmuş əsasların mövcudluğunu da müəyyən etməmişdir. Beləliklə, öz növbəsində, qeyd olunan müqavilənin hüquqi nəticəsi olan, Cavabdeh1 adma verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsindən verilmiş xx.xx.2017-ci il tarixli RX0998242 seriya nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması üçün də əsaslar yoxdur. Bundan başqa, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X69 övladlarından Qərbinaz 1962-ci ildə ailə qurmasına baxmayaraq, ərinin evi olmadığından, 4 il, yəni 1966-cı ilədək ata evində yaşayıb, Seybinaz 1976-cı ildə, Cəvahir 1977-ci ildə, Həlimə isə 1985-ci ildə ailə quraraq, ata evindən köçüblər. Mərhumun digər övladları da sonuncunun ölümündən sonra da bir müddət mübahisəli evdə yaşamaqda davam etmişlər. Beləliklə, X75 1965-ci ildə vəfat edərkən, onun övladları (o cümlədən iddiaçının həyat yoldaşı) mübahisəli evdə faktiki yaşayaraq, bu evdən təyinatı üzrə istifadə edərək, mərhumun dəfn və yas mərasimlərini təşkil edərək, mərhuma məxsus əmlakları vərəsələr olaraq götürmüşlər. Sonradan vərəsələr (mərhum övladları və onların vərəsələri) yenə də mirasın qəbul edəilməsi ilə bağlı artıq notariat orqanına müraciət etmişlər, evə dair mülkiyyət sənədi tərtib edildikdən sonra, onların adlarına mübahisələndirilən şəhadətnamələr verilmişdir. İş üzrə cavabdehlərin iddia tələbinə dair etirazlarının əsaslarından biri də ondan ibarətdir ki, onlar birinci halda faktiki olaraq, ikinci halda isə formal olaraq miras əmlakı öz paylarına uyğun qəbul etmişlər. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası MM-nin 1133.1 və 1333.2-ci maddələrinə əsasən «Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir», «Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır». xx xxxxxxxx 2000-ci il tarixinədək qüvvədə olmuş Azərbaycan SSR MM-nin 527-ci maddəsinin 1-ci hissəsi də oxşar məzmunda olmuşdur. Belə ki, həmin maddəyə əsasən «Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin». İşin faktik hallarından görünür ki, X75 vəsiyyətnamə qoymayıb. Bu halı və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisə ilə bağlı qanun üzrə vərəsəlik qaydaları tətbiq edilməlidir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası MM-nin 1134.1-ci maddəsinə əsasən «Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər». xx xxxxxxxx 2000-ci il tarixinədək qüvvədə olmuş Azərbaycan SSR MM-nin 530-cu maddəsinə əsasən «qanun üzrə vərəsəlikdə – miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar» vərəsə ola bilərlər. Göründüyü kimi, qanun üzrə vərəsəlik zamanı mirasdan pay almaq hüququna miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, həmçinin miras qoyanın ölümündən sonra doğulmuş uşaqları malikdirlər. İşin faktik halları ilə müəyyən olunur ki, miras qoyan X75 1965-ci ildə ölüb. Həmin vaxt onun bütün uşaqları sağ olmuşlar. Hazırda qüvvədə olan Azərbaycan Respublikası MM-nin 1159.1.1-ci maddəsinin tələblərinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüququ ilə birinci növbə vərəsələr sayılırlar. xx xxxxxxxx 2000-ci il tarixinədək qüvvədə olmuş Azərbaycan SSR MM-nin 532-ci maddəsinin 1-ci hissəsi oxşar məzmunda olub. Həmin maddəyə əsasən «Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir». Beləliklə, X54 uşaqları qanun üzrə vərəsəliklə əlaqədar bərabər pay hüququ ilə birinci növbə vərəsələr sayılmalıdırlar. Hazırda qüvvədə olan Azərbaycan Respublikası MM-nin 1243.1-ci maddəsinə əsasən «Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir». Eyni Məcəllənin 1243.2-ci və 1243.3-cü maddələrinə əsasən «Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır», «Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir». xx xxxxxxxx 2000-ci il tarixinədək qüvvədə olmuş Azərbaycan SSR MM-nin 552-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən «Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir», «Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur». Müasir hüquqi təfəkkürə görə, mirası qəbul edərkən, söhbət elementini vərəsənin mirası qəbul etmək iradəsinin təşkil etdiyi bir hüquqi kosnrtuksiyadan getməlidir, yəni məhz bu iradənin olması vərəsənin arzu etdiyi nəticəyə səbəb olmalıdır. Təsadüfi deyildir ki, Roma hüququnda mirası qəbul etmə dedikdə, şəxsin vərəsə kimi davranması (pro herede gestio: pro herede se gerere) başa düşülürdü. Başqa sözlə, şəxs "özünü vərəsə kimi apardıqda", mirası qəbul etmiş sayılırdı. Mirasın qəbul edilməsinə dair bu qaydanın əsasında duran hüquqi məntiq aydındır: mirası qəbul etməklə vərəsə onun mülkiyyətçisinə çevrilirdi; əgər o, miras qalmış əmlaka münasibətdə özünü mülkiyyətçi kimi aparırdısa, o, mülkiyyətçi olmaq, yəni mirası qəbul etmək istəyirdi. Mirasın qəbul edilməsi vərəsə tərəfindən miras qalmış əmlakın əldə olunmasına razılığın ifadə edilməsidir. Miras qalmış əmlakı qəbul etməklə vərəsələr onlar üçün yarana biləcək aşağıdakı hüquqi nəticələrlə razılaşmış olurlar: miras qoyanın borcları üzrə məsuliyyət yükü; əmlak bölgüsü və üstünlük hüququnun həyata keçirilməsi; vərəsəlik hüquqlarının rəsmiləşirilməsi və s. Mirasın qəbul edilməsi aktı ilə irsi hüquqi vərəsəliyinin hüquqi tərkibinin toplanması başa çatır ki, bu da nəticədə vərəsə üçün hüquq və vəzifələrin vahid məcmusu kimi vərəsəlik hüququnun yaranmasına səbəb olur. Özü özlüyündə vərəsəlik hüququ vərəsələrin iradəsindən asılı olamyaraq yaranır. Lakin həmin hüququn həyata keçirilməsi yalnız onların iradəsinin ifadəsi əsasında mümkündür. Qanunvericilik bu qaydadan yeganə istisna kimi bu əmlakın dövlətə keçməsini göstərir. Bu halda dövlətin mirasın qəbuluna yönəlmiş tədbirləri görməsinə ehtiyac olmur. Miras üzərində bütün hüquqlar dövlətə avtomatik olaraq keçir. Mirasın qəbul edilməsi onun əldə edilməsi prosesində çox əhəmiyyətli bir mərhələdir. İlk olaraq vərəsələr mirasın qəbul edilməsinin zəruriliyi barədə qərar verməlidirlər, çünki mirası qəbul etməklə vərəsələr miras qalmış əmlakın əldə edilməsinə razı olduqlarını bildirirlər. Mirasın qəbul edilməsi mirası qəbul etməli olan şəxsin hüququdur, yəni vərəsənin ona çatacaq miras qalmış əmlakı əldə etməyə yönəlmiş birtərəfli iradi hərəkətidir. Mülki qanunvericilik mirasın qəbul edilməsinin iki üsulunu qeyd edir - formal (hüquqi) və faktiki (qeyri-formal). Mirası qəbul etmə üsulunu seçmək hüququ vərəsələrin özünə məxsusdur. Mirası qəbul etməyin formal üsulu vərəsə tərəfindən notariusa və ya qanunla vəzifəli şəxsə vərəsəlik hüququ barədə şəhadətnamə verilməsi üçün müvəkkil olunmuş şəxsə mirasın qəbul edilməsi və vərəsəliyin açıldığı yer üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizənin təqdim edilməsindən ibarətdir. Faktiki üsul vərəsə tərəfindən onun miras qalmış əmlakı qəbul etmək istəyini açıq nümayiş etdirən konklüdent hərəkətlərin icra edilməsindən ibarətdir. Məhkəmə praktikası vərəsənin belə hərəkətlərinin aşağıdakı təxmini siyahısını tanıyır: miras qalmış əmlaka sahiblik və ya onun idarə edilməsi; miras evdə yaşamaqla, evdən təyinatı üzrə istifadə edilməsi, miras qalmış əmlakın qorunması üçün tədbirlərin görülməsi, onun üçüncü şəxslərin qəsdlərindən və ya iddialarından müdafiə edilməsi; onun hesabına miras qalmış əmlakın saxlanmasına xərclərin çəkilməsi; onun hesabına miras qoyanın borclarının ödənilməsi və ya üçüncü şəxslərdən miras qoyan şəxsə çatacaq pul vəsaitlərinin alınması. Bu sıyahı tam deyil. Bu kimi hərəkətlərə vərəsənin miras qalmış əmlaka özününkü kimi yanaşmasından xəbər verən istənilən digər hərəkətlər, məsələn, miras qoyana məxsus olmuş bağ sahəsinə qulluq etməyə başlaması və ya bunu davam etdirməsi, ondan məhsul götürülməsi, əşyaların və ya əşyaların bir hissəsinin, sənədlərin, miras qoyanın avtomobilinin açarlarının özünə götürülməsi, mənzilin təmirinin həyata keçirilməsi, miras qoyana məxsus sahələrin kirayəçilərinə, icarəçilərinə tələblərin, kirayə haqqının ödənilməsi barədə tələblərin irəli sürülməsi, miras qalmış əmlakın siyahıya alınması tələbinin irəli sürülməsi, əmlakın həyəcan siqnalı ilə təchiz edilməsi, kommunal xidmətlərinin, sığorta ödənişlərinin mütəmadi olaraq həyata keçirilməsi, rabitə xidmətlərinin mütəmadi olaraq ödənilməsi, məhkəmədə vəsiyyətin başqa şəxsin xeyrinə etibarsız sayılması tələbi ilə iddianın qaldırılması (belə bir iddianı marağı olan şəxsin qaldıra bildiyini nəzərə alan vərəsə öz maraqlarını, mirası əldə etmək istəyini ifadə etmiş olur), miras qalmış əmlakın talanması faktı ilə bağlı cinayət işinin başlanması barədə ərizənin və ya miras qoyana məxsus olmuş əşyaların başqasının qanunsuz sahibliyindən geri tələb olunması barədə mülki iddianın verilməsi formalarında ola bilər. Beləliklə, məhkəmə araşdırmasının nəticəsi olaraq aşağıdakı qənaətə gəlmişdir. 1)İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv olunmasını və bunun hüquqi nəticələri olaraq xx.xx.2017-ci il tarixli RX0998242 seriya nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın və xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Araşdırma zamanı qanun üzrə şəhadətnamələrin ləğv olunması üçün əsasların mövcud olduğu müəyyən edilməmişdir. Buna müvafiq olaraq, reyestrdən çıxarışın və bağışlama müqaviləsinin ləğv olunması üçün də əsaslar müəyyən edilməmişlər. 2)Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, X75 1965-ci ildə vəfat edərkən, onun övladları (o cümlədən iddiaçının həyat yoldaşı) mübahisəli evdə faktiki yaşayaraq, bu evdən təyinatı üzrə istifadə edərək, mərhumun dəfn və yas mərasimlərini təşkil edərək, mərhuma məxsus əmlakları vərəsələr olaraq götürərək, miras əmlakı faktiki olaraq qəbul etmişlər. Sonradan vərəsələr (mərhum övladları və onların vərəsələri) yenə də mirasın qəbul edəilməsi ilə bağlı artıq notariat orqanına müraciət etmişlər, evə dair mülkiyyət sənədi tərtib edildikdən sonra, onların adlarına mübahisələndirilən şəhadətnamələr verilmişdir. Bununla da onlar miras əmlakı artıq formal olaraq qəbul etmişlər. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 atası X32 öz atası X48 miras qalmış daşınmaz əmlakı onun ölümündən dərhal sonra faktik qəbul etmişdir. Belə ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Nizami küçəsində yerləşən 9 nömrəli evdə doğulmuş, orada yaşamış, atasının 1965-ci ildə ölümündən sonra belə orada daimi yaşamaqda davam etmiş, hətta 1977-ci ildə evləndikdən sonra arvadı Musayeva Möhlət Məmməd qızını həmin evə köçürmüş və 1985-ci ilədək bu evdə birlikdə yaşamışlar. O, 1985-ci ildə başqa ünvana köçmüş, lakin 1995-ci ildə arvadı Musayeva Möhlət Məmməd qızı ilə ailə münasibətləri pozulduqdan sonra oğlu Cavabdeh1 ilə birlikdə mübahisəli evə qayıdaraq öldüyü 2006-cı il tarixinədək orada daimi yaşamışdır. Bu hallar cavabdehin nümayəndəsinin izahatı və digər cavabdehlərin izahatları ilə də təsdiq olunur. Məhkəmə həmçinin qeyd edir ki, bu hallar işin məhkəmə baxışı zamanı iddiaçı tərəfindən heç bir mötəbər sübutla təkzib olunmamışdır. X54 digər uşaqlarının da mirası qanunla müəyyən edilmiş müddət ərzində faktik qəbul etmədikləri iddiaçı tərəfindən sübuta yetirilməyib. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, miras əmlak X54 birinci növbə vərəsələri olan uşaqları tərəfindən qəbul edilmiş sayılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, notarius on uşağın hər birinin miras əmlakdakı payını 1/10 hissədə müəyyən etməkdə haqlı olub (məhkəmə bu məsələyə qiymət verərkən onu da nəzərə alır ki, müvafiq notariat əməliyyatı aparıldığı dövrdə X54 arvadı artıq ölmüşdür). Göstərilənlərlə yanaşı, adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş Cavabdeh7, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh8 vərəsəlik hüquqlarına münasibət bildirərək məhkəmə qeyd edir ki, onların miras payları bilavasitə babaları X48 deyil, müvafiq olaraq valideynləri Musayev X76, Musayeva (Qasımova) Həqiqət Vəli qızından, X11 və Musayeva (Qasımova) Zahidə Vəli qızından qalıb. Yəni onların miras əmlaka münasibətdə hüquqları valideynlərinin miras əmlaka münasibətdə vərəsəlik hüquqlarından və paylarından irəli gəlir. İddiaçı Cavabdeh7, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh8 mirası qanunla müəyyən edilmiş müddət ərzində faktik qəbul etmədiklərini sübuta yetirə bilməmişdir. İşin faktik hallarından görünür ki, Cavabdeh1 atasından miras qalmış bank əmanətini qəbul etmişdir (bu hal yuxarıda qeyd olunan xx xxxxxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən olunur). Bununla yanaşı, cavabdehin nümayəndəsinin bildirdiklərindən görünür ki, cavabdehə atası X11 qol saatı, ev əşyaları və müəyyən paltarlar miras qalıb. Göstərilənləri və Azərbaycan Respublikası MM-nin yuxarıda istinad olunan 1243.3-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh1 atası X22 babası X48 miras qalmış miras payını qəbul edib. Göstərilən halların mövcudluğu qanun üzrə şəhadətnamələrin ləğv olunmasını bir daha istisna edir. 3)İş üzrə cavabdehlərə qanun üzrə şəhadətnamələr verilərkən, iddiaçının mərhum ərinə çatacaq pay saxlanılmışdır. Müəyyən olunmuşdur ki, iddiaçının əri də ata evində sonuncunun vəfatından sonra yaşamaqda davam edərək, miras əmlakı öz payına uyğun qəbul etmişdir. İddiaçı hal-hazırda mübahisəli evdə yaşamaqda davam edərək, ərindən qalmış paya dair vərəsəlik hüququnu əldə etmişdir və qeyd olunan paya dair mirası faktiki olaraq qəbul etmişdir. Cavabdehlər tərəfindən bu payın iddiaçıya verilməsinə dair heç bir mübahisə yoxdur. 4) Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-4819/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh5, X9, Cavabdeh1 Hüseyn oğlunun ünvan 1 ünvanına dair istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, göstərilən məhkəmə qətnaməsi cavabdehlərin mübahisəli mənzildə uzun müddət ərzində yaşamamalarına dair əsasları özündə ehtiva edən hüquq normalarına istinad edilərək qəbul edilmişdir. Göstərilən qətnamənin mövcudluğu heç bir halda cavabdehlərə öz vərəsəlik hüququnun realizə edilməsinə hüquqi məhdudiyyət qoya bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Cavabdehlər tərəfindən göstərilən təminata əsaslanmaqla vərəsə olaraq miras əmlakı qəbul edilməsi üçün hər hansı bir hüquqi məhdudiyyətlər mövcud deyildir. Mülki qanunvericilik istifadə hüququnu mülkiyyət hüququnun tərkib hissəsi kimi qəbul etməklə, eyni zamanda gələcəkdə hüququn itirildiyi əmlaka dair mülkiyyət hüquqlarının əldə etməsinə dair heç bir hüquqi məhdudiyyət qoymamışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-16/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən Cavabdeh1 payına düşən 8/10 hissə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14850 xx.xx.2017-ci il tarixli rəyində göstərilmiş qaydada “A" literli tikili və “B” literli tikilinin sahəsi 13.2 kv.m. olan 2 saylı tikilisi Cavabdeh1 verilməklə, “B” literli tikilinin tikililəri arasında olan qapı və pəncərələr bağlanılmaqla, sahəsi 15 kv.m. olan 1 saylı tikilidən həyətyanı sahəyə qapı açılmaqla, həmin tikililər arasında arakəsmə divardan “B” literli tikiliyə perpendikulyar, küçə tərəfə olan hasara paralel sərhəd hasarı inşa olumaqla ayrılması qət edilmişdir. Göstərilən hal bir daha təsdiq edir ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)- 4819/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin mövcudluğu cavabdehlərin vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün hüquqi əngəl olmamışdır. Beləliklə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh1 adma Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsindən verilmiş xx.xx.2017-ci il tarixli RX0998242 seriya nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın və xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi üçün heç bir qanuni əsas yoxdur. Ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Musayeva (Həsənova) Seybinaz Vəli qızına, Musayeva (İbrahimova) Həlimə Vəli qızına, Musayeva (İbrahimova) Cəvahir Vəli qızına, Cavabdeh6, Cavabdeh2, Cavabdeh7 və Cavabdeh8 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlama müqaviləsinin və reyestrdən çıxarışın ləğvi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar