Məhkəmə qərarları › İş №2(010)-2832/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2832/2020

10.11.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2832/2020 10.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hal-hazırda Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Əliyev küçəsi, döngə 1, 12 saylı ünvanda yerləşən evdə onunla birlikdə yaşayan xx.xx.2001-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, xx.xx.2001-ci ildə anadan olmuş X4 hal-hazırda Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Əliyev küçəsi, döngə 1, 12 saylı ünvanda yerləşən evdə onunla birlikdə yaşayır. Ə.Məmmədzadə 1-ci dərəcəli anadangəlmə (uşaq serebral iflici, tetraparetik forma) yataq xəstəsidir. Oğlu daima kənar şəxslərin yardımına ehtiyacı vardır və onun himayəsindədir. Oğlu müstəqil olaraq özünü və hərəkətlərini idarə etmir, hətta yataqdan qalxa bilmir. Bu səbəbdən oğlunun qəyyuma ehtiyacı vardır. Ona görə də, tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X9 bildirdi ki, mülki iş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən xx.xx.2001-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Buna görə də, Ərizəçi oğlu xx.xx.2001-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinin təmin edilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 162040 №-li Doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X2 atası X7, anası X11 qızıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Arayışının surətindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X4 anadangədmə əlildir. İş materiallarında olan Suraxanı rayon İcra Hakimiyət başçısının xx.xx.2020-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, o, xx.xx.2001-ci il təvəllüdlü X2 üzərində qəyyum təyin edilməsi ilə bağlı ərizəsinə cavab olaraq bildirilmişdir ki, qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Odur ki, ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 1980 saylı Rəyindən görünür ki, X3 dərin kəmağıllılıq aşkar olunur. Ə.Məmmədzadədə qeyd olunan dərin kəmağıllılıq anadangəlmədir. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmə iqtidarına malik deyil. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas var. X1 ilə əlaqədar məhkəmə iclasına gəlmək və psixi vəziyyəti ilə əlaqədar iş üzrə izahat vermək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Ərizəçi xx.xx.2001-ci il təvəllüdlü X3 “dərin kəmağıllıq aşkar olunur və o, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Ona görə də, ərizə əsaslı olduğundan təmin olunmalı və xx.xx.2001-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2001-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar