Məhkəmə qərarları › İş №2(010)-2844/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2844/2024

19.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2844/2024 19.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, Ərizəçi (Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) "doğum faktının müəyyən edilməsi"nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. Ərizəçi (Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) "doğum faktının müəyyən edilməsi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq

2.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa

Məhkəmənin mövqeyi

3.İş üzrə məhkəmə baxışı iclası 19 iyul 2024-cü il tarixə, saat 09:30-a təyin edilmişdir.

4. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi bildiriş vasitəsi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir.

5. Ərizəçi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək sənədlərin əsllərinin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını, mülki işin isə baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmənin gəldiyi nəticə

6.Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi (Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) "doğum faktının müəyyən edilməsi"nə dair ərizəsi baxılmamış saxlanılmalıdır.

7. İş materiallarından görünür ki, ərizəçi tərəfindən ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

8. Məhkəmə hesab edir ki, ərizə baxılmamış üçün ödənilmiş dövlət rüsumu da ərizəçiyə tam olaraq qaytarılmalıdır. 9.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Ərizəçi (Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) "doğum faktının müəyyən edilməsi"nə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona tam qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar