Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2860/2020 27.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququndan məhrum edilməsinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı vərəsəlik hüquqndan məhrum etmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə miras qoyan Babayev Rövşən Bahadır oğlu arasında olan nikaha mirasın açılmasından illər əvvəl faktik xitam verildiyi və onların ayrı yaşadıqları səbəbindən cavabdehi Cavabdeh İlhaam qızının qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzilin mülkiyyətçisi olmuş və 2006-cı ildə qeyld olunan mənzili bölərək övladları X7 və Babayev Rövşən Bahadır oğluna bağışlamışdır. 2006-cı ildə oğlu Babayev Rövşən Bahadır oğlu Cavabdeh ilə ailə qurmuşdur. Zaman keçdikcə oğlu ilə cavabdeh arasında anlaşılmazlıqlar yaranmış və ailə münasibətləri pozulmağa başlamışdır. 2007-ci ildə cavabdeh oğlu ilə faktiki boşanmış və valideynlərin evinə köçmüşdür. Həmin tarixdən cavabdeh X1 Rövşənlə faktiki olaraq bir evdə yaşamamış, birgə təsərrüfat aparmamışlar . Yalnız həftə ərzində 1-2 dəfə cavabdeh yaşamalı olduğu evə gəlmiş, bir neçə saat orada olduqdan sonra yenidən valideynlərin yaşadığı evə qayıtmışdır. Oğlu ilə Cavabdeh ilə aralarında olan nikah münasibətlərinə yalnız xalqın mentalitetindən irəli gələn dəyərlər səbəbindən son qoyulmamışdır. Onlar arasında bu münasibətlər nəticəsində nikahlarından olan nəvəsi Rəşadı saatlarla görə bilmişlər. Oğlu cavabdehlə ayrıldıqdan sonra çox darıxdırıcı və özünün qeyd etdiyi kimi «mənasız» həyat yaşamışdır. Hesab etmişdir ki, ailə həyatı ucurlu olsaydı belə həyat yaşamazdır. Hətta cavabdehlə rəsmi nikah münasibətlərinə son verilməsə də Babayev Rəşad öz oğlu ilə yalnız bir neçə saat görüşmüş, son aylar isə ümumiyyətlə görüşə bilmirdi. İddia tələbinin əsaslı olması iddia ərizəsinə əlavə olunan foto və video materiallar, «xxxxxxxx» ASC tərəfindən verilmiş abunə haqqında çıxarış, bildiriş-xəbərdarlıqlar, GPG12368596 smart sayğaclı abonent barədə çıxarışla təsdiq olunur. Babayev Rövşən Bahadır oğlu xx xxxxxx 2019-cu ildə vəfat etmiş və mülki qanunvericiliyə görə onun varisləri o, cavabdeh və onların övladları Rəşaddır. Lakin 2006-cı ildə baş tutmuş toydan sonra cəmi 7-8 ay sonra evi tərk edən və oğlu ilə daha heç vaxt eyni evdə yaşamayan cavabdeh miras payı almağa hüququ yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 Təcrübə Tədris birliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan məlum olur ki, Babayev Rövşən Bahadır oğlunun meyiti həmin Birliyin Sabunçu rayon şöbəsində müayinə edilmiş, 4 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixində verilmiş 071442 № ölüm haqqında şəhadətnamədən məlum olur ki, Babayev Rövşən Bahadır oğlu xx xxxxxx 2019-cu il tarixində ürəyin aterosklerotik xəstəliyi səbəbindən vəfat etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı Çıxarışdan məlum olur ki, ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilinin 16,5 kv. Metr hissəsi Babayev Rövşən Bahadır oğlunun, 14.1 kv. metr hissəsi isə X4 qeydiyyata alınmışdır. Məhkəmə iclasında iddiaçının nümyaəndələri X7 və Vəkil ayrı-ayrılıqda verdikləri izahatlarında iddia tələbində qeyd olunanları bildirərək Azərbaycan Respublikası Mülki Məcəllənin 1164-cü maddəsinə istinadən iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etiraz edərək izahatında göstərdi ki, onun mərhum həyat yoldaşı Babayev Rövşən Bahadır oğlu ilə münasibətləri tamamilə yaxşı olmuş, mərhum vəfat edənədək bir yerdə yaşamış bir yerdə təsərrüfat idarə etmişlər. Onların ailə münasibətlərinin pozulması, boşanması üçün heç bir səbəb olmamışdır. İddiaçıların nümayəndələrinin onun 2007-ci ildə övladı Babayev Rəşadın doğumundan 1-2 ay öncə evi tərk etməsi əsassızdır. Belə ki, cavabdeh xx.xx.2007-ci il tarixdə doğum evinə mərhum həyat yoldaşı ilə birlikdə yaşadığı ünvan 2 ünvanından onunla birlikdə getmiş, həmçinin həmin ünvan üzrə xx.xx.2012-ci il tarixdə Suraxanı RPİ tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınmışdır. İddiaçıların nümayəndələrin həftə ərzində 1-2 dəfə yaşamalı olduğu yerə gəlməsi barədə dəlilləri də əsassızdır, çünki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* saylı çıxarışa əsasən, ümumi sahəsi 30.6 kv.m. olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan dəmiryol stansiyası ev 1, mənzil 17-nin 16,5 kv.m. hissəsi xüsusi mülkiyyəti hüququ əsasında mərhum həyat yoldaşına məxsus mənzildə həftədə neçə dəfə yaşaması və yaşamaması onun konstitusion hüququdur. Həmin mənzilin otağı ilə cavabdehin mərhum həyat yoldaşının qardaşı və hazırda iddiaçının nümayəndəsi olan X5 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan dəmiryol stansiyası ev 1, mənzil 17-nin 14,1 kv.m.-dən ibarət otağı iç-içədir və onun ailəsi ilə birlikdə yaşadığı otağa keçid Azər Babayevə məxsus otağın içərisindən keçməklə mümkündür. Əslində isə onun atası tərəfindən mərhum əri Rövşən Babayevə məxsus qeyd olunan mənzildə təmir-tikinti işlərinin aparılması üçün maddi yardım göstərilmiş, bu isə Azər Babayevlə onun və mərhum əri arasında narazılıqlara səbəb olmuşdur. Bunun nəticəsi kimi iddiaçı və oğlu Azər Babayev onunla mərhum ərini evdən qovmuş bu evə gəlməmələrini bildirmişlər. Belə olan halda o, əri və övladları Rəşad Babayevlə birlikdə bir qısa müddət atasına məxsus evdə məcbur yaşamalı olmuşlar. Sonradan iddiaçı ilə onlar arasında olan münasibətlər düzəlmiş və yenidən həmin evlərinə qayıtmışlar. İddiaçının məhkəməyə təqdim etdiyi “xxxxxxxx” ASC-nin hər hansı bir hesab-fakturası ilə sübut etməyə onunla mərhum yoldaşı ilə ayrı yaşamasını sübut etməyə çalışmış, lakin bu dəlil də əsassızdır, çünki Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan dəmiryol stansiyası ev 1, mənzil 17 iddiaçıya məxsus olmuş, sonradan iki hissəyə bölərək övladları Rövşən və Azərə bağışlama müqaviləsi əsasında bağışlamışdır. Buna görə də faktiki olaraq bir mənzil olduğundan həmin mənzilə dair işıq sayğıcı bir ədəd olmuşdur. Eyni zamanda sayğacda olan göstəricilər, sayğac məlumatları barədə hesab faktura cavabdehin mərhum həyat yoldaşı ilə həmin evdə yaşamadığını, onların ayrı yaşadığını sübut edən hal deyildir. Bunlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdehin nümayəndəsi X6 izahatında cavabdehin qeyd olunanları təsdiq edərək əlavə olaraq qeyd etmişdir ki, açılmış mirasla əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin tətbiq edilməsi barədə iddiaçının dəlilləri əsassızdır, çünki Həmin maddənin tələbinə əsasən mirasın açılmasından yəni, cavabdehin həyat yoldaşının vəfat etdiyi ildən azı üçün il əvvək nikah münasibətlərinin faktiki xitamından bəhs edir. Hazırki hal üzrə cavabdehin mərhum həyat yoldaşı ilə faktiki ailə münasibətlərinə xitam verilməsi halı yoxdur. Miras açıldığı gündən ən azı 3 il əvvəlki vaxtdan, cavabdeh mərhum həyat yoldaşı Babayev Rövşən Bahadır oğlu ilə, birlikdə yaşamış, övladları Babayev Rəşad Rövşən oğlu birlikdə qaynanası, valideynləri və qohumlarının əlamətdar günlərində iştirak etmiş, birlikdə yay aylarında Azərbaycan Respublikasının müxtəlif rayonlarına istirahətə getmişlər. Bundan əlavə, cavabdehin mərhum həyat yoldaşı Babayev Rövşən 2018-ci ildə bankdan kredit pul götürəndə cavabdehin xahişi ilə iş yoldaşı Qurbanova Samirə ona zamin durmuşdur. Bunu da təsdiqləyən şahid və sənədlər var. Bankdakı borcların ödənilməsində də həmçinin cavabdeh mərhum həyat yoldaşına yardım etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin tələbləri ər və arvadın ayrı yaşadığı hallarda vərəsəlikdən məhrumetməni nəzərdə tutur. Digər tərəfdən ərin nikah münasibətlərinə xitam verildiyi göstərilən üç ildən az olmayan müddət ərzində bir-birindən ayrı yaşamaları tələb olunur. İddiaçının iddiasına əsasən isə cavabdeh onun mülkiyyətində olan evdən getməsi xüsusatı isə bu normanın təsiri dairəsinə düşmür. Beləki, cavabdeh harda yaşamışdırsa, mərhum həyat yoldaşı və övladı ilə birlikdə yaşamışdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarında əks olunan hüquqi mövqeyə əsasən həmin normanın tətbiqi üçün tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi; ər-arvadın ayrı yaşamaları; qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməlidir. Lakin hazırki işdə iddiaçı tərəfindən cavabdehlə onun mərhum həyat yoldaşının ailə münasibətlərinə faktiki xitam verildiyini, cavabdehlə mərhum həyat yoldaşı Rövşən Babayevin ayrı yaşamalarını və qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsini sübut edə bilməmişdir. Belə olan halda iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, ilk növbədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin materialları və tərəflərin izahatları ilə işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh xx xxxxxx 2006-cı il tarixdə rəsmi nikah daxil olmuşlar və babayev Rövşən Bahadır oğlu xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. İddia tələbinin hüququ əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164cü maddəsi təşkil edir. Həmin normaya görə əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2019-cü il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olunmuşdur ki, Mülki Məcəllənin 1164-cü maddəsinin məzmununa uyğun olaraq, sağ qalmış ərin (arvadın) vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən aşağıdakı halların məcmusu təsdiq edilməlidir: - tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi; - ər-arvadın ayrı yaşamaları; - qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhz göstərilən hallar hüquqi tərkib əmələ gətirərək rəsmi nikahda olmalarına baxmayaraq, ərin (arvadın) vərəsəlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər. Bu baxımdan məhkəmələr tərəfindən ərin (arvadın) nikaha faktiki xitam verilməsi səbəbindən qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinə dair işlərə baxılarkən Mülki Məcəllənin 1164-cü maddəsində nəzərdə tutulmuş halların mövcud olub-olmamasına formal yanaşılmamalı, işin bütün halları, tərəflərin münasibətlərindəki əhəmiyyətli məqamlar diqqətə alınaraq məsələyə hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin qeyd edilən maddəsinə formal əsaslanmaqla arvadın (ərin) vərəsəlik hüququndan məhrum edilməsi vərəsəlik və ailə hüquqlarının ümumi prinsiplərinə uyğun olmazdı. Mülki Məcəllənin 1164-cü maddəsində istifadə olunan “nikaha faktiki xitam verildiyi” ifadəsi isə mirasın açılmasından əvvəlki üç il ərzində tərəflərin məhz ailə-nikah münasibətlərində olmaq istəməmələri səbəbi ilə ayrı yaşamalarını, birgə təsərrüfat aparmamalarını nəzərdə tutur. Bu zaman nikah hüquqi cəhətdən pozulmasa da, nikahın pozulması müvafiq orqanda qeydə alınmasa da nikah real olaraq sonlanmış olur... ...Qanunvericilikdə nəzərdə tutulmuş üç il müddət isə tərəflərin nikah münasibətlərinə faktiki xitam verilməsi qərarında israrlı olduqlarını, ailə münasibətlərini bərpa etmək istəklərinin olmamasını dəqiqləşdirmək üçün müəyyən edilmiş müddətdir. Konstitusiya Məhkəməsinin Plenumu nəticəyə gəlmişdir ki, nikahın pozulması haqqında məhkəməyə ərizə ilə müraciət edərək iradə ifadəsini bildirmiş, lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ölmüş şəxsin arvadı (əri) vərəsəlik hüququndan yalnız Mülki Məcəllənin 1164-cü maddəsinə uyğun olaraq, məhkəmə tərəfindən miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edildiyi halda məhrum edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iddia tələbinin əsaslı hesab edilməsi baxımından Cavabdeh vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün onun mərhum Babayev Rövşən Bahadır oğlu ilə ailə münasibətlərinə faktiki xitam verilməsi, onların ayrı yaşamaları və qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi məhkəmə araşdırılması zamanı öz təsdiqi tapmış olsun. Mülki prosesual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə sübutetmə yükü iddiaçının üzərinə düşür. Deməli, məhz iddiaçı yuxarıda qeyd edilən halların mövcud olduğunu sübut etməlidir. İddiaçıların nümayəndələrinin vəsatəti əsasında dindirilmiş şahid X8 ifadəsində göstərdi ki, İddiaçı gəlinidir. Cavabdeh 2006-cı ildə mərhum Babayev Rövşənlə nikaha daxil olmuşdur. O, Bakı şəhəri, Əmircan qəsəbəsi, Dəmiryol ST,ev 1,mənzil 17 ünvanında 2015-ci ildən yaşayır, cavabdehi isə 2020-ci il tarixə qədər həmin evdə cəmi bir dəfə görmüşdür. Bu isə onunla izah olunur ki, cavabdeh mərhum Babayev Rövşənlə ayrı-ayrı evlərdə yaşamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, 1999-2000ci illərdə İddiaçı məxsus olan Əmircan qəsəbəsində yerləşən evin yaxınlığında kirayədə yaşamış, həmin vaxtdan cavabdehin övladları ilə səmimi münasibətləri yaranmışdır. İddiaçı ona xoş münasibət göstərmiş, xəstə olduğum dövrdə köməklik etmişdir. Sonrdan başqa yerdə yaşasa da iddiaçının övladları ilə dost münasibətlərində olmuş, hətta Cavabdeh elçiliyə getmişdir. Son illər demək olar ki, bayram günlərində İddiaçı yaşadığı mənzilində olmuş və bir dəfə İddiaçı mərhum Rövşən Babayeva yemək bişirdiyini görüb bu işin nə səbəbdən sonuncunun arvadı Cavabdeh tərəfindən edilmədiyi ilə maraqlandıqda Rövşənin İlahə ilə araları yaxşı olmadığını bildirmişdir. İddiaçı tərəfindən həmçinin “xxxxxxxx” ASC tərəfindən verilmiş abunə haqqında çıxarış, bildiriş-xəbərdarlıqlar, GPG12368596 smart sayğacı abonent barədə təqdim edilmişdir. Lakin məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək bu nəticəyə gəlir ki, özü-özlüyündə həmin xüsusatlar tələbin əsaslı olduğunu təsdiq etmir. Bu baxımdan qeyd edilməlidir ki, şahid X8 iddiaçının gəlinidir və bu halı nəzərə alaraq məhkəmə onun məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır. X2 isə ifadəsində iddiaçının ona mərhum Rövşən Babayevin Cavabdeh ilə araları yaxşı olmadığını bildirməsini göstərmişdir. Lakin şahidin göstərdikləri, eləcə də “xxxxxxxx” ASC-nin abunə haqqında çıxarış, bildiriş-xəbərdarlıqlar, GPG12368596 smart sayğacı abonent barədə məlumatlar Cavabdeh əri olan ailə münasibətlərinə faktiki xitam verildiyinə dəlalət edən hallar kimi qiymətləndirilə bilməz. Əksinə, məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərdən, eləcə də bir ədəd DVD-diskdə əks olunmuş görüntülərdən müəyyən edir ki, cavabdeh mərhum əri Babayev Rövşən Bahadır oğlu və azyaşlı övladları ilə 2016, 2017, 2018, 2019-cu illərdə birlikdə müxtəlif şənlik mərasimləri və istirahat yerlərində olmuşlar. Bu kimi halları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh mərhum Babayev Rövşən Bahadır oğli ilə ailə münasibətlərinə faktiki xitam verilməsi və xüsusən də bu halın mirasın açılmasından azı üç il əvvəl baş verməsi iddiaçı tərəfindən sübuta yetirilməmişdir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququndan məhrum edilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2860/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2860/2020
27.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver