Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-288/2025 09.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X* iclas kаtibliyi ilə Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən halhazırda ünvan 1 ünvanında yerləşən evdə yaşayan 27.0*.*95*-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 27.0*.*95*-ci il tarixdə anadan olmuş, halhazırda ünvan 2 ünvanında yaşayn X4 onun atasıdır. Atası İİ dərəcə əlildir. Hal-hazırda atası yataq xəstəsidir və alzheimer xəstəliyindən əziyyət çəkir. Atası özünü sərbəst surətdə idarə edə bilmir. Daim onun himayəsində yaşayır. Atasının daim kənar şəxsin yardımına ehtiyacı vardır. Son illər atasının vəziyyəti daha da ağırlaşmışdır. Atası öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Atası onun köməyi olmadan həkimə də müraciət edə bilmir və müstəqil olaraq nəqliyyat vasitələrindən istifadə edə bilmir. Ona görə də, atasının qəyyuma ehtiyacı vardır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına xəstə atasına qəyyum təyin edilməsi barədə ərizə ilə müraciət etmişdir. Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən *6.08.2024-cü il tarixli məktubla müraciətinin onlar tərəfindən həll edilməsinin mümkün olmaması, xəstə atasının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəmə qətnaməsi olduqdan sonra müraciətinin müsbət həll ediləcəyi bildirilmişdir. Ona görə də, ona məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 24.*. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Maddə 25.*. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Maddə 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Maddə 48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ. 4.*. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. *3.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə **4. Dövlət rüsumunun qaytarılması. **4.*. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: **4.*.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə;. Maddə 26*. İcraata xitam verilmə əsasları. 26*.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 26*.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.*. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs öldüyündən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Ərizəçi atasının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Daha sonra işə baxılması zamanı şəxsin psixi vəziyətinin müəyyən edilməsi üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, lakin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs, yəni X4 04.**.2024-cü il tarixdə vəfat etdiyindən qərardadın icrası mümkün olmamış və iş üzrə ekspert tədqiqatı aparılmadan iş məhkəməyə geri qaytarılmışdır. Belə olan halda iş üzrə icraatın davam etdirilməsi yolverilməzdir. Həmçinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxsin, yəni ərizəçinin atası X2 vəfat etməsi faktının həqiqiliyinin yoxlanılması üçün sonuncunun şəxsiyyəti haqqında məlumatlar “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğu edilmiş və X2 həqiqətən də, 04.**.2024-cü il tarixdə vəfat etməsi aşkar edilmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs, yəni X4 04.**.2024-cü il tarixdə öldüyü üçün iş üzrə icraata xitam verilməli və ərizəyə əlavə edilmiş bütün sənədlər ərizə ilə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Həmçinin Ərizəçi ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün məhkəməyə ödədiyi *00 manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, *559647309 nömrəli mədaxil qəbzi) Azərbaycan Respublikasının MPM-nin **4.*.4-cü maddəsinə əsasən dövlət büdcəsindən ərizəçiyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26*-262-ci və 263-269-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş *00 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, *559647309 nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən Ərizəçi Arıf qızına qaytarılsın. Tərəfə izah edilsin ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.0.7-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 gün müddətində “Elekton məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-288/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-288/2025
09.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver