Məhkəmə qərarları › İş №2(010)-2885/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2885/2025

15.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2885/2025 15.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, Әrizəçi Әrizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi 2*.03.2007-ci ildə doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi. Ərizəçinin tələbini əsaslandırdığı hallar Әrizəçi X3 Romanoviçin anasıdır. X7 2*.03.2007-ci ildə anadan olmuşdur və uşaqlıq dövründən əlilliyi (autizm xəstəliyi) mövcuddur. Onun 8 yaşından *8 yaşına qədər qəyyumu özü təyin olunmuş, X7 *8 yaşı tamam olduqdan sonra, onun üzərindəki qəyyumluq qanunvericiliyə əsasən ləğv olunmuşdur. Hazırda oğlu X7 sağlamlıq vəziyyətinə görə (əqli və fiziki imkanlarının məhdudluğu səbəbindən) öz hüquqlarını və maraqlarını müstəqil həyata keçirmək imkanına malik deyil. Bununla bağlı onun barəsində tibbi-sosial ekspert komissiyasının əlillik haqqında qərarı mövcuddur. Tibbi-sosial ekspert komissiyasının sonuncu müayinəsinə əsasən X4 orqanizm funksiyalarının 80% pozulması müəyyən edilmişdir, o uşaq autizmi, kanner sindromu, orta kəmağıllıq, həmçinin qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntularını özündə daşıyır. TSEK-nin qəbul etdiyi qərarın nəticələrinə əsasən, X4 İQ səviyyəsi 47-dir, bu da o deməkdir ki, orta insanın malik olduğu *Q səviyyəsi olan 90-*09 aralığlı səviyyədən xeyli dərəcədə azdır. Qeyd olunmuş göstəricilər bir daha sübut edir ki, X4 yetkinlik yaşına çatmasına baxmayataq, onun qəyyuma ehtiyacı var, əks halda o öz hüquqlarını və maraqlarını həyata keçirtməkdən faktiki olaraq məhrum olacaq. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Kommisiyasının 02 aprel 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqda sonra təyin edilir. Bu səbəbdən, həmin məktuba əsasən, məhkəməyə müraciət edərək, oğlunun fəaliyyət qabiliyyəti olmamasının təsdiq edilməsini xahiş edir. Proses iştirakçılarının izahatları *4.0*.2026-cı il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə iş üzrə Әrizəçi nümayəndəsi (vəkili) Vəkil ərizə ilə müraciət edərək, üzrlü səbəbdən iştirak edə bilmədiyindən iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini və ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materialları Şəxsiyyət vəsiqəsindən görünür ki, X7 2*.03.2007-ci ildə doğulmuşdur. Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli Әrizəçi ünvanlanmış məktubundan görünür ki, 2*.03.2007-ci ildə doğulmuş X4 üzərində qəyyum təyin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. 2 saylı KPX-nın "ambulator, tasionar xəstənin tibb kartasından" çıxarışdan görünür ki, 2*.03.2007-ci ildə doğulmuş X6 "yünğül kəmağıllılıq, nitq və davranış pozuntusu ilə. F- 7*.0" diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Әmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışından görünür ki, 2*.03.2007-ci ildə doğulmuş X7 "uşaq autizmi, kanner sindromu. orta kəmağilliq qulluq və müalicə tələb edən ciddi nitq və davraniş pozuntulari ilə. İQ-47" diaqnozu ilə müddətsiz ikinci dərəcəli əllildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X8 *7.*0.2025-ci il tarixli 3553 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, X5 Kanner sindromu nəticəsində orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə (F84.0, F7*.*) aşkar olunur. Bunu anamnestik məlumatlar erkən yaşlarından psixofiziki inkişafda geri qalması, əqli geriliklə əlaqədar orta təhsil ala bilməməsi, 2 nömrəli X* dəfələrlə müalicədə olması, xəstəliyi ilə əlaqədar İ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər - verbal ünsiyyətə daxil olmaması, maraq dairəsinin məhdudluğu, emosiyalarının və davranışının qeyri-adekvatlığı, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. X5 Kanner sindromu nəticəsində orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. X2 qeyd olunan əqli gerilik orta dərəcədə təzahür edir və davranış pozuntuları ilə müşayiət olunur. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. X5 əqli gerilik qeyd olunduğundan öz psixi vəziyyətinə görə iş üzrə izahat vermək qabiliyyətinə malik deyil. Tətbiq olunan hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.*. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.*.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 3*7. Әrizənin verilməsi. 3*7.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 3*7.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 32*. Məhkəmənin ərizə üzrə qətnaməsi. 32*.*. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. 32*.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi Әrizəçi, 2*.03.2007-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini istəyir. Әrizəçi Әrizəçi, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini istədiyi 2*.03.2007-ci il təvəllüdlü X4 anasıdır. X5 Kanner sindromu nəticəsində orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. X2 qeyd olunan əqli gerilik orta dərəcədə təzahür edir və davranış pozuntuları ilə müşayiət olunur. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhkəmənin gəldiyi nəticə Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və 2*.03.2007-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Әrizə təmin edilsin. 2*.03.2007-ci ildə Bakı şəhərində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən * ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar