Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2887/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X** qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: *. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, oğlu - xx.xx.2005-ci il təvəllüdlü X6 anadangəlmə “çox ağır əqli gerilik, dərin kəmağıllıq, idiotiya, kobud nitq, davranış və dayaq-hərəkət aparatının pozuntuları, İQ-0” xəstəliyindən əziyyət çəkir. Səhhətində olan bu ciddi problemdən dolayı o tamamilə kənar şəxslərin qulluğundan asılıdır. Bu səbəbdən xəstə olan övladının əmək qabiliyyəti də yoxdur. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, Cəfərli Rəvan *-ci qrup əlildir, əmək qabiliyyətsizdir. Hal-hazırda onun qanunla müəyyən edilmiş qəyyumu olmadığından o, demək olar ki, hüquqi cəhətdən yardımsız qalıb. Bunun isə başlıca səbəbi kifayət qədər əsas olmasına baxmayaraq övladının indiyədək məhkəmə qaydasında fəaliyyət qabiliyyətli olmayan hesab edilməməsidir. O, Cəfərli Rəvanın üzərində qəyyum təyin edilməsi ilə bağlı Suraxanı rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. Lakin Suraxanı rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli cavabla bildirmişdir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 3*7-ci və 32*-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməyinin məqsədəuyğunluğu izah edilmişdir. Göründüyü kimi oğlu - xx.xx.2005-ci il təvəllüdlü X3 fiziki və əqli pozuntu diaqnozu var. Onun şəxsi təmizliyinə və şəxsi gigiyenasına o baxır. Onun daima valideyn nəzarətinə və baxıma ehtiyacı var. Məhz bu səbəbdən xx.xx.2005-ci il təvəllüdlü X6 məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmalıdır. Ərizəçinin tələbi.
2. xx.xx.2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizəsində yazılanlara uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 məhkəmə iclasında ərizəyə dair mülahizələrini məhkəmənin öhdəsinə verdiyini bildirdi.
İş materialları.
5. AA36396*3 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur.
6. AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*985-ci il tarixdə anadan olmuşdur.
7. AZ İ seriyalı 6*0902 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə doğulmuşdur. X2, anası Ərizəçidır.
8. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 3*7-ci və 32*-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Qeyd edilənləri nəzərə alaraq, ona aidiyyəti üzrə məhkəməyə müraciət etməyinin məqsədəuyğunluğu izah edilmişdir.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan və xx.xx.2022-ci il tarixli 2 nömrəli klinik psixiatriya xəstəxanası tərəfindən verilən Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X6 İ dərəcə əlildir, diaqnozu: çox ağır əqli gerilik, dərin kəmağıllıq, idiotiya, kobud nitq, davranış və dayaq-hərəki aparatının pozuntuları ilə, daim kənar şəxslərin himayəsinə ehtiyacı var, İQ-0 intellektual mnestik funksiyaları kəskin geri qalıb. Əmək qabiliyyətsizdir. *0. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 ambulator məhkəmə-psixiatrik ekspertizasının 0*.08.2023-cü il tarixli 2*25 saylı rəyindən görünür ki, X4 dərin əqli gerilik (F73) aşkar olunur. Bunu anamnestik məlumatlar - erkən yaşlarından nevroloji əlamətlərin qeyd olunması, psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, 2 nömrəli X* müalicədə olması, xəstəliyi ilə əlaqədar İ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - bələdliyinin pozulması, sualları başa düşməməsi, davranışının şəraitə qeyri-adekvatlığı, maraq dairəsinin məhdudluğu, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi və sair sübut edir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 onda qeyd olunan əqli gerilik dərin (çox ağır) dərəcədə təzahür edir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 onda qeyd olunan əqli gerilik dərin (çox ağır) dərəcədə təzahür edir. X6 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X3 hazırkı psixi vəziyyətinə görə məhkəmə iclasında iş üzrə izahat vermək iqtidarına malik deyil.
Tətbiq edilən hüquq.
**. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir.
*2. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi. Maddə 3*7.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Maddə 3*7.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 32*.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Məhkəmənin mövqeyi.
*3. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. *4. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X6 İ dərəcə əlildir, diaqnozu: çox ağır əqli gerilik, dərin kəmağıllıq, idiotiya, kobud nitq, davranış və dayaq-hərəki aparatının pozuntuları ilə, daim kənar şəxslərin himayəsinə ehtiyacı var, İQ-0 intellektual mnestik funksiyaları kəskin geri qalıb. Əmək qabiliyyətsizdir. Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 ambulator məhkəməpsixiatrik ekspertizasının 0*.08.2023-cü il tarixli 2*25 saylı rəyindən görünür ki, X4 dərin əqli gerilik (F73) aşkar olunur. Bunu anamnestik məlumatlar - erkən yaşlarından nevroloji əlamətlərin qeyd olunması, psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, 2 nömrəli X* müalicədə olması, xəstəliyi ilə əlaqədar İ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - bələdliyinin pozulması, sualları başa düşməməsi, davranışının şəraitə qeyri-adekvatlığı, maraq dairəsinin məhdudluğu, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi və sair sübut edir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 onda qeyd olunan əqli gerilik dərin (çox ağır) dərəcədə təzahür edir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 onda qeyd olunan əqli gerilik dərin (çox ağır) dərəcədə təzahür edir. X6 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X3 hazırkı psixi vəziyyətinə görə məhkəmə iclasında iş üzrə izahat vermək iqtidarına malik deyil. *5. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. *6. Beləliklə, X3 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatı ilə və iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Buna görə də, məhkəmə hesab edir ki, X6 əqli, psixi və fiziki xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir.
Məhkəmə xərcləri.
*7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. *8. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin gəldiyi nəticə.
*9. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə Ərizəçi oğlu xx.xx.2005-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
Ərizə təmin edilsin. xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev *, mənzil 23 ünvanında qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.