Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-291/2025 17.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X*2 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçinin tələbi. *. Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2006-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin dəlilləri.
2. xx.xx.2006-cı il təvəllüdlü X*0 onun övladıdır. Qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, arayışdan da göründüyü kimi, övladı xx.xx.2006-cı il təvəllüdlü X8 “F84.0 uşaq autizmi. Kanner Sindromu. Ağır Kəmağıllıq qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntusu” diaqnozu qoyulmuşdur. Oğlu İ dərəcəli əlildir. Bildirir ki, övladı, xx.xx.2006-cı il təvəllüdlü X*0 öz hərəkətlərinin mənasının anlaya bilmir və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Daima kənar şəxsin qulluğuna, nəzarətinə ehtiyacı vardır. O, tam fəaliyyət qabiliyyəti olmayan bir şəxsdir. Övladı, xx.xx.2006-cı il təvəllüdlü X5 xəstəliklərinə görə müalicə etdirsə də, lakin heç bir nəticə verməmişdir, çünki bunlar müalicəsi olmayan xəstəliklərdir. Belə olan təqdirdə övladı, xx.xx.2006-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun qəyyumu təyin olunma üçün zərurət yaranmışdır. Odur ki, bütün yuxarıda qeyd etdiyi xüsusatlara əsaslanaraq, övladı xx.xx.2006-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini tam qanuni və məqsədəuyğun hesab edir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verib onun təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi X** hazırki ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. İş materialları.
5. AZ-İ seriyalı, 788255 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında Ərizəçi, ana qrafasında X3 qeyd olunmuşdur.
6. AR Səhiyyə Nazirliyi 2 nömrəli X* Həkim Psixiatr Komissiyasının 2*.06.2023-cü il tarixli 2720 nömrəli rəyindən görünür ki, X8 “F84.0 uşaq autizmi. Kanner Sindromu. Ağır Kəmağıllıq qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntusu” diaqnozu qoyulmuşdur.
7. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının Ərizəçi ünvanlanan *6.08.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi AR MPM-nin 3*7-ci və 32*-ci maddələrinə əsasən qəyyumun psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilməsi və bu səbəbdən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinin məqsədəmüvafiq olması bildirilmişdir.
8. AR ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X*0 “F84.0 uşaq autizmi. Kanner Sindromu. Ağır Kəmağıllıq qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntusu” diaqnozu ilə müddətsiz İ qrup əlildir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X*3 *9.**.2024-cü il tarixli, 3320 №-li ekspert rəyində qeyd olunmuşdur ki, X6 Autizm spektirli şəxsdə ağır dərəcəli ağıl zəifliyi müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalması, nitqinin zəif inkişaf etməklə qeyri-aydın olması, autik şəxs kimi Bakı şəhər X2 müalicələrdə olması, sonradan isə yaşayış yeri üzrə psixiatrik qeydiyyata düşməsi, ona müvafiq müalicələr təyin edilməsi, əqli geriliyi, narahatlığı, yerinə düşməyən hərəkətlər etməsi, qeyri-müəyyən hərəkətlər etməsi, aqressivliyi, dişləməsi, xəstəliyi ilə AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2023-cü il tarixdə müayinə edilərək “F84.0 uşaq autizmi. Kanner sindromu. Ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntusu. İQ-25.” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, psixi pozuntularla əlaqədar hərhansı bir işi müstəqil yerinə yetirə bilməməsi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, psixi pozuntularla əlaqədar hər-hansı bir işi müstəqil yerinə yetirə bilməməsi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə zamanı mimikasında laqeydlik biruzə verməsi, verbal kontakta praktiki. X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsaslar vardır. X*0 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. X7 psixi vəziyyəti məhkəmədə iştirak etməsinə imkan vermir.
İşin faktiki halları.
*0. Barəsində ərizə verilən X*0 ərizəçinin övladıdır. İş materiallarında olan sənədlərə və rəyə əsasən xx.xx.2006-cı il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı işin mübahisəsiz hallarıdır. Bu hal iş üzrə təyin edilmiş ekspertiza ilə də öz təsdiqini tapır.
Tətbiq edilən hüquq.
**. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
*2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 3*7. Ərizənin verilməsi 3*7.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 32*. Məhkəmənin ərizə üzrə qətnaməsi 32*.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
*3. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. *4. Belə ki, proses iştirakçılarının izahatından və iş materiallarından müəyyən olunur ki, xx.xx.2006-cı il təvəllüdlü X*0 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. Qanunvericiliyin tələblərinə görə bu hal şəxsin fəaliyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasdır.
Məhkəmənin gəldiyi nəticə.
*5. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X*0 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. *6. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi:
Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X*0 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.