Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2910/2022 03.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü ildə Rusiya Federasiyasının Udmurtiya Respublikası İjevsk şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizə tələbini müdafiə edib izahatında bildirdi ki, xx.xx.2004-cü ildə Rusiya Federasiyasında anadan olmuş X7 ərizəçinin qızıdır. Qızı anadangəlmə görmə qüsurludur. Qızı yetkinlik yaşına çatmadığından ona ümumi əlillik (İ dərəcəli əlillik) verilmişdir. Eyni zamanda qızının gözdən əlil olmaqla yanaşı əqli gerilik və psixoloji problemləri var. Qızında əqli gerilik və psixoloji problemlər olduğundan gözdən əlillər məktəbində təhsil ala bilimir, ev təlimindədir. Qızı müstəqil olaraq özünü idarə edə bilmir, onun daimi köməyə ehtiyacı vardır. X7 psixi qüsuru səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmir, öz hərəkətlərini idarə edə bilməməsi nəticəsində yetkinlik yaşına çatdığında bir sıra hüquqlarından məhrum olacaqdır. Belə ki, xx.xx.2022-ci ildə qızının 18 yaşı tamam olacaq. Qızının üzərində qəyyum olmadığından onun bəzi hüquqlarını həyata keçirə bilməyəcəkdir. Tək ailə başçısıdır, uşağın bütün ehtiyaclarını özü qarşılayır. X1 2018-ci ildə vəfat etmişdir. Övladı X3 üzərində qəyyum təyin edilməsi barədə ərizə ilə maraqlı şəxsə müraciət etmiş, lakin ona imtina məktubu göndərilərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəiliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin ediləcəyi və aidiyyəti üzrə məhkəməyə meraciət etməyim məsləhət görülmüşdür. Bu səbəbdən qızı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizəsinin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: xx.xx.2004-cü il tarixli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X7 xx.xx.2004-cü ildə doğulmuş və valideynləri X6 və Ərizəçidır. xx.xx.2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X6 xx.xx.2018-ci ildə ölmüşdür. Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan müəyyən olunur ki, xx.xx.2004-cÜ il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. «Psixi Sağlamlıq Mərkəzi» X11 xx.xx.2022-c il tarixli 4034 saylı arayışından görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdə direktop müavini t.ü.f.d Gülnarə Musabəyova tərəfindən müayinə olunmuş, «yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları F70.1» diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 2238 saylı rəyindən müəyyən olunur ki, X4 orta dərəcəli kəmağıllıq müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və halhazırki psixiatrik müayinənin nəticələn (anamnestik məlumatlara görə yoxlanılan şəxs yeddi aylıq, görmə qüsuru il anadan olması, yaşıdlarına nəzərən əqli inkişafda geri qalması, psixi vəziyyəti ilə əlaqədar ona təyin edilmiş dərman preparatlarını qəbul etməsi, yaşayış yeri üzrə poliklinikada qeydiyyatda olmaqla müalicədə olması, xəstəliyi ilə əlaqədar evdə təlim keçməsi, fizioloji ifrazatları ilə natəmiz olması, davranış pozuntuları və narahatlığı ilə əlaqədar hər hansı bir işi sərbəst yerinə yetirə bilməməsi, daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə edilərək “Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozunun müəyyən edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: orta dərəcəli əqli gerilik əlamətlərinin müəyyən edilməsi, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. X5 orta dərəcəli kəmağıllıq müəyyən edilir. X2 müəyyən edilən Orta dərəcəli kəmağıllıq ilə əlaqədar o, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X2 müəyyən edilən Orta dərəcəli kəmağıllıq ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, xx.xx.2004-cü il təvəllüdlü X7 Ərizəçi qızıdır. Ərizəçinin qızı xx.xx.2004-cü il təvəllüdlü X4 «Orta dərəcəli kəmağıllıq» qeyd olunur. X2 müəyyən edilən Orta dərəcəli kəmağıllıq ilə əlaqədar o, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyil. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və xx.xx.2004-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2910/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2910/2022
03.10.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver