Məhkəmə qərarları › İş №2(010)-2913/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2913/2023

12.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2913/2023 12.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı, İddiaçılar İddiaçı2, İddiaçı3, X1, İddiaçı1, İddiaçı5n Hümbət oğlu və İddiaçı6 cavabdeh Bakı şəhəri 35 saylı Notariat ofisinə qarşı “miras paydan imtina ərizəsinin etibarsız hesab edilməsi, miras əmlakda payların müəyyən edilməsi və miras şərikləri arasında bərabər bölünməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı3, X1, İddiaçı1, İddiaçı5 və İddiaçı6 cavabdeh Bakı şəhəri 35 saylı Notariat ofisinə qarşı “miras paydan imtina ərizəsinin etibarsız hesab edilməsi, miras əmlakda payların müəyyən edilməsi və miras şərikləri arasında bərabər bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyindən, onun məhkəmə icraatı mümkün deyildir. Ona görə də iddia ərizəsi icraata qəbul edilməməli və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələblərinə görə ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə, onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə zidd olaraq, iddiaçılar cavabdeh Bakı şəhəri 35 saylı Notariat ofisinə qarşı yönəltdiyi tələbinin əsasının nədən ibarət olduğu iddia ərizəsində aydın qeyd etməmişlər. Bundan əlavə, qeyd olunan iddianın predmeti "miras paydan imtina ərizəsinin etibarsız hesab edilməsi, miras əmlakda payların müəyyən edilməsi və miras şərikləri arasında bərabər bölünməsindən” ibarətdir. Bu halda iddiaçılar tələbin yönəldilməli olduğu əsas şəxsləri, yəni notariat ofisinə miras paydan imtina barədə ərizələri təqdim etmiş şəxsləri də cavabdeh qismində cəlb etməli idilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı2, İddiaçı3, X1, İddiaçı1, İddiaçı5n Hümbət oğlu və İddiaçı6 cavabdeh Bakı şəhəri 35 saylı Notariat ofisinə qarşı “miras paydan imtina ərizəsinin etibarsız hesab edilməsi, miras əmlakda payların müəyyən edilməsi və miras şərikləri arasında bərabər bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar