Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2920/2021 17.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh2 və onun nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “hərracın nəticələrinin, protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY Y Ə N ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “hərracın nəticələrinin, protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında 15 iyul 2019-cu il tarixli, Y-188 saylı “hərracın yekunları üzrə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 15 iyul 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına reyestrdə qeydiyyata alınmış Bakı şəhəri, Suraxanı rayonu, qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası 1-ci döngə, ev 52, 0,0258 ha torpaq sahəsi ilə birlikdə ünvandda yerləşən fərdi yaşayış evinə dair mülkiyyətdən çıxarışın ləğv edilməsi və əmlakın əvvəlki hüquqi vəziyyətənə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC qanunun tələbinə uyğun olaraq elan qəzetlərinin birində (Market qəzeti) sözügedən icra vərəqəsinin icra edilməsi məqsədilə hərracın keçirilməsinə dair elanı "Market" qəzetində 10 iyul 2019-cu il tarixinə təyin etsə də, "xxxx" MMC tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında 15 iyul 2019-cu il tarixli, № Y-188 saylı protokoldan görünür ki, hərrac qəzetdə elan verildiyi tarixdə deyil, 5 gün sonra digər tarixdə (15 iyul 2019-cu il) qanunsuz olaraq keçirilmiş və rəsmiləşdirilmişdir."xxxx" MMC-nin Suraxanı rayon İcra və Probasiya Şöbəsinə 05 iyul 2019-cu il tarixli bildirişinin məzmunundan da göründüyü kimi, hərracın sonuncu keçirilmə tarixi 10 iyul 2019-cu il tarixində nəzərdə tutulmuş və aidiyyatı üzrə qəzetdə elan edilmişdir. Lakin hərrac protokulu "İ-88" və hərracın yekun əmlakın alqı-satqısı üzrə müqavilə 15 iyul 2019-cu il tarixində həyata keçirilmişdir. Göründüyü kimi, "xxxx" MMC-nin protokol və müqaviləsi elan edildiyi tarixdə həyata keçirilməmiş, qanunsuz şəkildə tələbkar Cavabdeh2 xeyrinə hərracın nəticələri elan edilmişdir. Bundan əlavə hərracın ilkin mərhələsindən Suraxanı rayon İcra və Probasiya Şöbəsi və "xxxx" MMC-nin tələbkar Cavabdeh2 istənilən şəraitdə (başqa alıcılar olduğu təqdirdə) İddiaçı məxsus mübahisə predmeti olan evə sahiblənməsi faktı Suraxanı rayon İcra və Probasiya Şöbəsinin 27.05.2019-cu il tarixli (№ 64647/19-18-18) sifariş məktubunun məzmununun son cümləsində də (Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y/Günəşli yaylası, İ döngə 52 saylı fərdi yaşayış evinə və 0,0258 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan bir ay sonra borclu İddiaçı tərəfindən boşaldılıb, tələbkar Cavabdeh2 təhvil verilməlidir) sifariş məktubunun məzmunundan da açıq-aşkar hiss olunur. Belə ki, icra məmuru tərəfindən hərracın satılması sifariş edilən mübahisə predmeti olan evin hərrac təşkil edilmədən tələbkar Cavabdeh2 təhvil verilməsi sifairişi əbəs yerə qeyd edilməmişdir. Bu fakt bir daha Suraxanı rayon İcra və Probasiya Şöbəsinin, tələbkar Cavabdeh2 və "xxxx" MMC-nin planlı şəkildə İddiaçı məxsus mübahisə predmeti olan evin qanunsuz yolla əldə edilməsini təsdiq edir. Hərrac protokolundan göründüyü kimi əmlakın ilkin satış qiyməti 54000 (əlli dörd min) manat elan edilmiş və "İpoteka haqqında Azərbaycan Respublikası Qanunu"nun 43.5 və 43.7-ci maddələrini rəhbər tutaraq Cavabdeh2 xeyrinə evin dəyərindən 40% aşağıya hesablayaraq evin satış qiymətinin 34.425 (otuz dörd min dörd yüz iyirmi beş) manat müəyyən etmişdir. Halbuki 54.000 manat pul vəsaitinin 40% aşağı qiymətə hesabladıqda (54000-40%) məbləğ 34.425 manat deyil, 32.400 manat (54.00-40%=32.400 manat) edir. Hərrac protokolunun məzmunundan da göründüyü kimi satış qiyməti ilə 40% aşağı qiyməti arasında ziddiyyət olduğu kimi, "Market" qəzetində elan edilmiş 2-ci hərracın keçirilmə tarixi ilə hərrac protokolunda qeyd edilməmiş tarix arasında ziddiyyət mövcuddur. İcra vərəqəsi üzrə borclu tərəflər (hal-hazırki iş üzrə iddiaçı) İddiaçı tərəfindən hərrac keçirilənə qədər Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əzizxan Eminovun təkidi ilə ümumilikdə 6600 (altı min altı yüz) manat, hərrac keçirildikdən sonra isə 14.000 (on dörd min) manat, ümumilikdə 20.600 (iyirmi min altı yüz) manat icra vərəqəsi üzrə tələbkar (qanunsuz yolla hərracda evə sahiblənən) Cavabdeh2 ödənilmişdir. Sözügedən icra vərəqəsi üzrə borclu tərəflər tələbkar Cavabdeh2 pul ödədiyi təqdirdə evin hərracda dəyərindən ucuz qiymətə satılması və Cavabdeh2 tərəfindən mənimsənilməsi qanuna zidd hal olmuşdur. Bundan əlavə hal-hazırda idiaçı İddiaçı tərəfindən Cavabdeh2 ümumilikdə 47.630 (qırx yeddi min altı yüz otuz) manat (19000+4000+2000+4630+8000+10000) ödəmişdir. Bu da hərracın keçiriməsinə hər hansı bir əsasın olmamasından xəbər verən haldır. Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əzizxan Eminov tərəfindən icra vərəqəsinin icra edilməsi məqsədilə "xxxx" MMC-yə ünvanladığı sifariş məktubunda hər hansı bir tarix qeydə alınmamışdır. Bu da icra məmurunun qanunsuz və saxta yolla əmlakın Cavabdeh2 tərəfindən hərrac yolu ilə mənimsənilməsinə şərait yaradaraq müəyyən məsələlərə qanuni don geyindirməsidir. "xxxx" MMC-nin hərrac keçirilənə qədər (15 iyul 2019-cu il tarixdə) apardığı bütün prosedurda "ipoteka haqqında qanunun" 43.7-ci maddənin tələbini tədbiq etmədən öncə tələbkar Cavabdeh2 rəsmi qaydada təklif verməli idi. Sözügedən təklif məktubu mövcud deyil və hərracın keçirilməsinə aid bütün prosudurun sənəd paketindən göründüyü kimi iş materialında sözügedən təklif məktubu mövcud deyildir. Bundan görünür ki, hərrac formal xarakter daşıyır, qanunun tələblərinə uyğun şəkildə keçirilməmişdir. Hərracın keçirildiyi günə qədər edilmiş bütün hərəkətlər qanunsuz və hüquqa ziddir. İddiaçı Cavabdeh2 barəsində Suraxanı RPİ 32-ci PB-nə verdiyi şikayət ərizəsinin araşdırması zamanı məlum olmuşdur ki, hərracın keçirilməsi zamanı Cavabdeh2 adından etibarnamə üzrə nümayəndəsi X7 izahat verərək sözügedən hərracın saxta qaydalarla keçirildiyini, hərracın elan edilməsi ilə bağlı bildirişlərin mülkiyyətçi İddiaçı və Aysima Səlimova tərəfindən deyil, qeyri-aidiyyatı olmayan şəxslər tərəfindən imzalandığını, həmçinin Cavabdeh2 sözügedən hərracdan xəbərdar olmadığını, etibarnamə üzrə nümayəndəsi X4 ondan xəbərsiz hərracda iştirak etməsinə dair izahat vermişdir. Hal-hazırda sözügedən məsələyə dair (hərrac keçirilməsi) saxtakarlığa yol verilməsi və bunun müqabilində icra məmuru X9 Əjdərovadan rüşvət alması faktının araşdırılması məqsədilə Suraxanı rayon Prokurorluğunda cinayət işinin başlanmasına dair (işin icraatını aparan polis əməkdaşı tərəfindən) müraciət ünvanlanmış və hal-hazırda prokurorluqda müvafiq araşdırılma aparılır. Bundan əlavə iddiaçının vəkili X3 tərəfindən hərracın keçirilməsində sifarişçi tərəf olan Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra vərəqəsinin icra edilməsinə dair qərar və bununla bağlı qanunun tələb etdiyi bir çox prosedurların aparılmasına dair hüquq müəyyənedici sənədlərin surətlərinin verilməsi) ünvanlanmış sorğular bu günə kimi qərəzli şəkildə cavablandırılmamış, səbəb isə icra məmuru Əzizxan Eminovun hərracın keçirilməsinə qədər və hərracın keçirilməsi zamanı buraxılmış qanun pozuntuları və nöqsanlarının qarşını almaq istəməsidir. Bundan əlavə vəkil X3 tərəfindən hərracın keçirilməsində iştirak etmiş "xxxx" MMC mərkəzinə ünvanlanmış sorğu bu günə qədər qərəzli şəkildə cavablandırılmamışdır. Səbəb isə "xxxx" MMC-nin hərrac keçirilməsi zamanı buraxdıqları qanun pozuntularının aşkara çıxmasının qarşısını almaqdır. Bununla da həm Suraxanı rayon İcra və Probasiya Şöbəsi, həm də "xxxx" MMC "Vəkillik haqqında qanunu"n tələblərini pozmuşlar. Məhkəmə iclasında iddia tələblərini müdafiə etmiş iddiaçının nümayəndəsi qismində izahat vermiş onun vəkili X3 qeyd olunan xüsusatlara əsaslanaraq iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh2 iddia tələbləri ilə razılaşmayaraq izahatında göstərdi ki, iddia tələbində qeyd olunmuş mənzilin satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə iddiaçıya yazılı bildirişlərinin göndərilməməsi, hərracın iddiaçıdan gizli keçirilməsi və əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozulması ilə iddiaçıların dəlilləri bundan əvvəl iddiaçılar İddiaçı və X1 iddiası onun isə həmin iş çərçivəsində 3-cü şəxs qismində cəlb olunmuş 2(009)-2335/2019 saylı mülki iş üzrə tam və ətraflı araşdırılmış və iddia təmin olunmamışdır. Həmin qətnamədən verilmiş şikayətlər isə Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən təmin edilməmişdir. Buna baxmayaraq iddiaçı yenidən eyni tələblə məhkəməyə müraciət etmişdir. Hərrac keçirilənə qədər iddiaçı tərəfindən pul ödənilməsinə gəldikdə isə, məhz iddiaçı biorclu olduğu pulu tam ödəmədiyinə görə ipoteka predmeti baxışa çıxarılmış və borclunun ödəməli olduğu 43561 manat pul vəsaitinin 34425 manat ipoteka predmeti ilə əvəzləşdirilmiş və beləliklə də iddiaçının ona 9136 manat borcu qalmışdır. Həmin borcdan iddiaçı 6600 manat ödənilmiş, 2536 manat isə qalmışdır. Lakin o, 4722 manat təşkil edən iş üzrə icra xərclərini ödədiyinə görə iddiaçının borcu 7308 manat borcu yaranmışdır. Bundan əlavə ipoteka predmetini aldıqdan sonra borclular evdən çöxmadığına görə iddiaçı ona müraciət edərək 14000 manat ödəyəcəyini bildirmiş, o isə pulun pulun yarısını qətnamə ilə olan borca, qalan hissəsini isə evdə qalmalarına görə kirayə haqqı hesablayanacağını bildirmişdir. Lakin bundan sonra iddiaçı ona heç bir pul ödəməmişdir. 2021-ci ilin aprel ayında icra sənədi icra edilərək ev boşaldığdan sonra iddiaçı və onun arvadı tərəfindən bankdakı hesabına 27000 manat pul ödənilmişdir. Lakin o, bu haqda bankdan şifahi olaraq məlumat almış və həmin vəsaiti götürməmişdir, çünki iddiaçının kredit müqaviləsi üzrə ona heç bir məbləğdə borcu qalmamışdır. Əslində o, iddiaçı və onun arvadının qanunsuz hərəkətləri nəticəsində 4 ildir ki, evsiz qalmış, iddiaçı isə bu günə qədər ona evə köçməyə imkan vermir və məhkəmədə müxtəlif iddialar qaldırır. Məhkəmə iclasında izahat Cavabdeh2 nümayəndəsi qismində izahat vermiş onun vəkili X12 təmsil etdiyi şəxsin göstərdiklərini bildirərək əlavə olaraq onu qeyd etdi ki, hərracın keçirilməsi zamanı hərracın saxta qaydalarla keçirildiyinə, hərracın elan edilməsi ilə bağlı bildirişlərin mülkiyyətçi İddiaçı və Aysima Səlimova tərəfindən deyil, qeyri-aidiyyatı olmayan şəxslər tərəfindən imzalandığına, həmçinin Cavabdeh2 sözügedən hərracdan xəbərdar olmadığına, etibarnamə üzrə nümayəndəsi X4 ondan xəbərsiz hərracda iştirak etməsinə dair izahat verməsinə dair iddiaçının dəlilləri əsassızdılar və heç bir sübuta əsaslanmır. Beləliklə də, iddia tələbləri əsassız olduğuna görə təmin edilməməlidilər. Cavabdeh "xxxx" MMC və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin, eləcə də üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 17 iyul 2021-ci il tarixli qərardadı ilə mənzilin satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə iddiaçıya yazılı bildirişlərinin göndərilməməsi, hərracın iddiaçıdan gizli keçirilməsi və əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozulması əsaslar üzrə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iddia tələbində qeyd olunmuş digər əsaslar üzrə iddia tələblərini əsassız hesab edərək. Bu baxımdan İddiaçı tərəfindən hərrac keçirilənə qədər Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əzizxan Eminovun təkidi ilə ümumilikdə 6600 (altı min altı yüz) manat, hərrac keçirildikdən sonra isə 14.000 (on dörd min) manat, ümumilikdə 20.600 (iyirmi min altı yüz) manat icra vərəqəsi üzrə tələbkar Cavabdeh2 ödənilməsi, bütövlükdə isə İddiaçı tərəfindən Cavabdeh2 ümumilikdə 47.630 manat ödənildiyi tədqirdə hərracın keçiriməsinə hər hansı bir əsasın olmaması barədə iddiaçının dəlilili razılaşmır. Bu dəlillə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, Suraxanı Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(010)-691/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı 11.04.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəlik və öhdəliyin icrasının təminatı olaraq ipoteka müqaviləsi üzrə öhdəliyə xitam verilməsi tələblərinə dair iddiası təmin olunmamış və həmin məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallar ondan ibarət olmuşdur ki, 11.04.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borclu olan İddiaçı və X5 tərəfindən Cavabdeh2 hesabına 19.06.2017-ci, 15.05.2019-cu, 29.12.2019-cu, 07.12.2020-ci il tarixli, 05.03.2021-ci il tarixlərdə cəmi 47606 manat məbləğində pullar köçürülmüşdür. Göründüyü kimi, iddiaçı tərəfindən pul köçürülmələri "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında 15 iyul 2019-cu il tarixli, Y-188 saylı “hərracın yekunları üzrə protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 15 iyul 2019-cu il tarixli müqavilə bağlandığdan sonra həyata keçirildiyindən bu hal hərracın yekunların etibarsızlığına dəlalət edən hal deyildir. Bu halda yalnız cavabdeh tərəfindən əsassız varlanma olub-olmaması araşdırıla bilər, bu isə hazırki iddianın predmeti deyildir. Hərracın saxta qaydalarla keçirildiyini, sözügedən məsələyə dair Suraxanı rayon Prokurorluğunda cinayət işinin başlanmasına dair müvafiq araşdırılma aparılması ilə bağlı iddianın dəlilləri ilə əlaqədar isə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bu halları təsdiq edən hər hansı sübutlar təqdim edilməmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Bu mənada, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4cü maddələrinə əsasən məhkəmə tərəfindən yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə edilməli, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Oidur ki, qanunvericiliyə əsasən sübutetmə yükü iddiaçının üzərinə düşdüyünə görə, iddiaçı tərəfindən isə tələbinin əsaslığını təsdiq edən sübutlar təqdim edilmədiyinə görə yuxarıda qeyd olunmuş əsaslara görə iddia əsassız olduğuna görə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “hərracın nəticələrinin, protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən bir ay müddətində Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2920/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2920/2021
17.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver