Məhkəmə qərarları › İş №2(010)-2923/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2923/2023

08.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2923/2023 08.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Talıbova Leyla Oruc qızı Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə qarşı “döyüş əməliyyatlarında iştirak etmə” faktının müəyyən olunmasına dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək onun 2*.07.*992-ci ildən 22.09.*992-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında xidmət etməklə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun *2 aprel 20*9-cu il tarixli, 3 nömrəli qərarının *4-cü bəndində göstərilir ki: “Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə *53. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina. *53.*. Məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. *53.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: *53.2.*. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. *53.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. *53.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. *53.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. *53.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizəyə əlavə olunmuş sənədlər ərizə ilə birlikdə ərizəçiyə geri qaytarılmalı, ərizəçiyə izah edilməlidir ki, ərizəsində göstərilənlərlə bağlı aidiyyəti inzibati orqana (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) müraciət edə, həmin orqan müraciətinin təmin edilməsindən imtina edərsə, həmin imtinanı məhkəmədə inzibati icraat qaydasında mübahisələndirə bilər. Həmçinin hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən ərizəçinin ödədiyi *00 manat məbləğində dövlət rüsumu da ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin **4.*.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və MPM-in *53-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə qarşı “döyüş əməliyyatlarında iştirak etmə” faktının müəyyən olunmasına dair ərizəsi icraata qəbul edilməsin və ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ödənilmiş *00 (yüz) manat məbləğində dövlət rüsumu (*2.04.2023-cü il, mədaxil qəbzi ***3859502) dövlət büdcəsindən Ərizəçi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar