Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2929/2020 06.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, İddiaçı qızının, Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 Cavabdeh2 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 5 saylı Notariat ofisinin xüsusi notariusuna və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 5 saylı Notariat ofisinin xüsusi notariusuna və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşənmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aralarında xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 13 saylı evin 9 saylı mənzilinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 13 saylı evin 9 saylı mənzili xüsusi mülkiyyətindədir. Mənzil 5 otaqdan ibarət olmaqla sahəsi 140 kv. metrdir. Həmin mənzildə onun qızı Xalidə, iki azyaşlı nəvələri və kürəkəni X5 yaşayırlar. Heç biri bu mənzilin pasport qeydiyyatında deyil. X9 kommersiya fəaliyyəti ilə məşğul olmuş və onun Cavabdeh2 140.000 (bir yüz qırx min) manat borcu yaranmışdır. İlham Ələsgərov işləyərək Cavabdeh2 olan borcunu qaytarmaq istəsə də, bu hal alınmamış və borcunu qaytara bilməmişdir. Belə olan halda o, qızı və kürəkəni ilə belə qərara gəlmişlər ki, mülkiyyətində olan mənzili sataraq İ.Ələkbərovun borcunu qaytarsınlar və eyni zamanda borcu ödədikdən sonra qalan məbləğdə özləri üçün bir az ucuz mənzil alsınlar. Bununla əlaqədar olaraq o Cavabdeh2 etibarnamə vermək qərarına gəlmişdir ki, o inansın ki, gələcəkdə onun borcu ödəniləcəkdir. Bununla əlaqədar olaraq xx xxxxx 2020-ci ildə o, Bakı şəhəri 11 saylı notariat ofisində Cavabdeh2 mülkiyyətinidə olan mənzilə dair baş etibarnamə vermişdir. Bir müddət sonra ona məlum olub ki, etibarnamə verdiyi gündən bir həftə sonra Cavabdeh2 mülkiyyətində olan mənzili verdiyi baş etibarnamə əsasında Bakı şəhəri, 5 saylı notariat ofisində Cavabdeh1 150000 manata satmışdır. Cavabdeh2 mənzilin satılması barədə ona heç bir məlumat verməmiş, yalnız 2020-ci ilin may ayının son günlərində əvvəllər tanımadığı Cavabdeh1 polis əməkdaşları ilə onun evinə gəlib, bildirmişdir ki, mənzili alıb, onun mənzilinə dair hətta çıxarış da alıb və o, mənzildən çıxmalıdır. Bundan sonra Cavabdeh2la əlaqə saxlayıb, öyrənmişdir ki, mənzilini 150.000 manata satıb, 140.000 manatını borc əvəzi götürüb, qalan 10000 manat isə xərci çıxıb, buna görə də ona heç bir manat da verilməyəcək. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aralarında xx xxxxx 2020-ci ildə Bakı şəhəri 5 saylı notariat ofisində xüsusi mülkiyyətində olan mənzilin alqı-satqısına dair müqavilə aşağıdakı səbəblərdən etibarsız hesab edilməlidir. Belə ki, hələ 2020-ci ilin fevral ayında mülkiyyətində olan mənzili satmaq istədikdə ekspertlər «xxxx» MMC tərəfindən tərtib edilmiş rəy almış və həmin rəyə görə mülkiyyətində olan mənzilin bazar dəyəri 240.000 manat, likvid dəyəri isə 220.000 manat göstərilmişdir. Həmin məbləğlə razılaşmadığına görə 2020-ci ilin fevral ayında o, mənzilini satmışdır. Cavabdeh2la mənzilini 280.000 manata satılmasını razılığa gəldiyinə görə ona baş etibarnamə vermiş, Cavabdeh2 isə onu aldadıb, mənzilini guya 150.000 manata satmışdır. Qanunvericinin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Buna görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, ona qarşı verilmiş iddia tələbi əsassızdır. Belə ki, iddiaçı özü də etiraf edir ki, evi satmaq fikri olmuşdur və bu əsasla Cavabdeh2 baş etibarnamə vermişdir. O özünə aid olan bağ evini karantin müddətində satmışdır və kirayə mənzl tutaraq orada yaşamışdır. Eyni zamanda almaq üçün yeni ev axtarmışdır. Bu zaman alqı-satqı ofislərindən birinə müraciət etmiş və hazırda mübahisələndirilən mənzili ona göstərmişlər. O, həmin mübahisəli evi bəyənmış və maklerə bildirmişdir ki, onun cəmi 150000 manat pulu vardır. İddiaçının qızı ona bildirib ki, evdə olan mətbəx və hamam mebeli qalacaq və ondan 1 ay vaxt verilməsini xahiş etmişdir. O, İlhamla heç bir qiymətlə bağlı nəsə danışmamışdır, ona evi Eyyub adında makler göstərmiş və Vüqar adlı şəxs evin dəyərinin 170-180 min manat arası olduğunu bildirmişdir. Həmin mənzil hal-hazırda onun mülkiyyətindədir. İddia tələbinin əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 eyni məzmunlu izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Səadət xanımın kürəkəni İlhamla təxminən 3 ilə yaxındır ki, tanışdır. İlham ona bildirmişdir ki, onun 140000 manat başqa şəxsə borcu vardır və borcun qaytarılması üçün mənzili satmaq məcburiyyətindədir. Bundan başqa İlham ona bildirmişdir ki, həmin ev onun olsa da, qaynanası İddiaçı adına rəsmiləşdirilmişdir. Lakin onun işinin coxluğundan və vaxt imkanının məhdudluğundan ona etibarnamə vermək istəyir. O isə buna etiraz etməmiş və İddiaçı qızı tərəfindən xx.xx.2020-ci il tarixdə ona 5 saylı notariat kontorunda etibarnamə verilmişdir. Daha sonra bir gün İlham ona demişdir ki, evə müştəri tapmış və xx xxxxx 2020-ci il tarixdə notariusda olmaq lazımdır. Ev satılan gün hətta İlham MİS-dən arayış almış və ona təhvil vermişdir. X3 evin alqı-satqısından məlumatı olmuşdur. O evin alcısı Elgünü isə ancaq notarial kontorda görmüşdür. Elgünlə alqı-satqı etdikdən sonra Elgün 150000 manat pulu depozitə köçürmüş və o pulu depozitdən götürərək İlhama təhvil vermişdir. Ona evin 280000 manat olması barədə heç kim heç nə deməmişdir. Ona İlham demişdir ki, həmin evin dəyəri 150000 manatdır. O sadəcə etibarnamə onun adına olduğundan evin alqı-satqısında iştirak etmişdir. Buna görə də iddia tələninin ona aid hissəsində rədd olunmasını xahiş etmişdir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) X8 eynu məzmunlu izahat verərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 5 saylı Notariat ofisinin notariusu ərizə ilə məhkəməyə müraciət edərək mülki işə dair etiraz və sübutlarının olmamasını və bütün məhkəmə iclaslarına iştirakları olmadan mülki işə baxılmasını xahiş etmişdir. İş üzrə digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş üzrə şahid X6 ifadə verərək bildirmişdir ki, İddiaçı onun qaynanasıdır. O, kommersiya fəaliyyəti ilə məşğul olur, Cavabdeh2 uzun müddətdir ki tanıyır. Onun Cavabdeh2 140.000 manat borcu olmuşdur. O borcu qaytara bilmədiyindən İddiaçı qızı özünə məxsus ünvan 1 saylı evə dair Cavabdeh2 etibarnamə vermişdir. Lakin sonradan o bilmişdir ki, həmin ev satılmışdır. O evin dəyərinin 240000 manat olmasını Cavabdeh2 bildirmişdir. Həmin alqı-satqıda o iştirak etməmişdir. İş materiallarında olan İddiaçı əvəzinə Cavabdeh2 ilə (alıcı) Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 giriş 1 ünvanında yerləşən, ümumi sahəsi 140 kv/m olan mənzil 150000 manata sonuncuya satılmışdır. İş materiallarında olan **********203 saylı ərizədən müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə 11 saylı notariat ofisində Cavabdeh2 Obrahim oğluna 7E reyestrdə 2623 nömrə ilə qeyd olunmuş etibarnamənin ləğv edilməsi vermişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən Daşınmaz Əmlakın qiymətləndirilməsi hesabı İddiaçı qızına məxsus ünvan 1 giriş 1 ünvanında yerləşən, ümumi sahəsi 140 kv/m olan mənzili bazar qiyməti 240000 manat dəyərində qiymətləndirmişdir. İş materiallarında olan Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən müəyyən edilir ki, ünvan 1 giriş 1 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı qızının adına hüquqi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2.-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 340.2.-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Bu Məcəllənin 337.3.-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə hesab edir ki,mülki qanunvericiliyə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Normanın məzmunundan müəyyən olunur ki, hər bir şəxs öz seçdiyi tərəflə məzmununu sərbəst müəyyənləşdirdiyi qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilir. Bir qayda olaraq müqavilə şərtləri tərəflərin razılaşması əsasında müəyyən edilir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun X.Xəlilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2009-cu qərarında qeyd olunur ki, qüvvədə olan MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin X.Xəlilov tərəfindən mübahisələndirilən müqavilələr bağlandığı dövrdə qüvvədə olmuş 157.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə edildikdə və əldə edən bunu bilmədikdə (vicdanlı sahib) mülkiyyətçi bu əmlakı əldə edəndən ancaq o halda tələb edə bilər ki, əmlak mülkiyyətçinin özü tərəfindən və ya mülkiyyətçinin sahibliyə verdiyi şəxs tərəfindən itirilmiş və ya onların hər hansı birindən oğurlanmış olsun və ya özlərinin iradəsindən asılı olmayaraq başqa yolla onların sahibliyindən çıxmış olsun. Beləliklə, qanunun tələblərinə görə mülkiyyətçi əmlakı əldə edəndən geri tələb etmək üçün əmlakın özünün və ya mülkiyyətçi tərəfindən əmlakın verildiyi şəxsin sahibliyindən qeyd olunan səbəblər ucbatından çıxdığına dair sübutlar təqdim etməlidir. Vicdanlı əldə edən isə əmlakı əvəzli əldə etdiyini, həmin əmlakın onu özgəninkiləşdirmək hüququna malik olmayan şəxs tərəfindən əldə olunduğunu bilmədiyini və bilmək iqtidarında olmadığını sübut etməlidir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və tərəflərin verdikləri izahatlarla müəyyən olunmuşdur ki, İddiaçı qızı xx.xx.2020-ci il tarixdə Cavabdeh2 etibarnamə vermişdir. Daha sonra İddiaçı qızının əvəzinə Cavabdeh2 ilə (alıcı) Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 giriş 1 ünvanında yerləşən, ümumi sahəsi 140 kv/m olan mənzil 150000 manata Cavabdeh1 satılmışdır. Lakin İddiaçı qızı məhkəmə iclasında evi satmaq fikrinin olduğunu bildirsə də, həmin evin 150000 manata deyil, 250000-280000 manata satılmalı olması barədə tapşırıq verdiyini bildirmişdir. Cavabdeh2 isə izahatında İddiaçı qızını yalnız bir dəfə gördüyünü, onun tərəfindən ona etibarnamə verildiyini bildirsə də, notariat kontorunda evin qiymətinin müəyyən edilməsində onun iştirakı olmadığını və evin dəyərinin 150000 manat müəyyən edildiyini bildirmişdir. Bundan başqa evin satıldığı gün X6 ona zəng vuraraq notariat kontoruna getməsini və evin alqı-satqısını həyata keçirməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 etibarnamə vermiş və həmin etibarnamə ilə özünə məxsus əmlak üzərində sərəncam verməsi barədə tapşırıq vermişdir. Cavabdeh2 həmin etibarnamə üzrə hərəkət etmiş və həmin tapşırıq əsasında mənzili alqı-satqı müqaviləsinə əsasən satmışdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh etibarnamə əsasında ona verilən səlahiyyət çərçivəsində həmin mənzili satdığından və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması üçün iddiaçı tərəfindən sübut təqdim olunmadığından iddia tələbi təmin oluna bilməz. Digər Cavabdeh1 münasibətdə isə məhkəmə hesab edir ki, vicdanlı əldə edən kimi mülkiyyətçi tərəfindən qanunla müəyyən olunmuş qaydada verilmiş etibarnamə əsasında hərəkət edən şəxslə müqavilə bağlayaraq həmin mənzili almış və müəyyən olunmuş məbləğ onun tərəfindən ödənilmişdir. Beləliklə məhkəmə hesab edir ki, mülkiyyətçi əmlakın öz iradəsindən asılı olmayan səbəbdən onun sahibliyindən çıxması barədə sübut təqdim edə bilmədiyindən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 5 saylı Notariat ofisinin xüsusi notariusuna və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 5 saylı Notariat ofisinin xüsusi notariusuna və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Talıbova Leyla
Məhkəmə qərarları › İş №2(010)-2929/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2929/2020
06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver