Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2932/2024 11.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X6, Cavabdeh, etibarnamə üzrə nümayəndəsi X7, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Əkinçi” bağ massivində yerləşən 0,06 ha ölçüsü olan 70 saylı bağ sahəsindən çıxarılması və həmin torpaq sahəsində özbaşına inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Cavabdeh nümayəndəsi və vəkili Vəkil etirazla məhkəməyə müraciət edərək iddia tələbi əsassız olduğundan onun təmin edilməməsini xahiş etmişdir.
İddia tələbinin dəlliləri
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 21 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş 24 oktyabr 2023-cü il tarixli AN-1 saylı ******* saylı alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən 18 sentyabr 2007-ci il tarixdə verilmiş MH seriyalı ******* saylı çıxarışla X2 tam mülkiyyət hüququ tanınmış Bakı şəhəri, Suraxanı rayonu (Abşeron rayonu) Hövsan qəsəbəsi “Əkinçi” bağ massivində yerləşən 0,06 ha ölçüsü olan 70 saylı bağ sahəsini almışdır. Bağ sahəsi əvvəl Abşeron rayon ərazisinə aid olmuş, sonradan Suraxanı rayon ərazisiniə daxil edilmişdir. Alqı-satqı müqaviləsini və zəruri sənədləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edərək torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması barədə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin 12 yanvar 2024-cii il tarixli bildirişi ilə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmiş və imtinaya əsas olmanın baxış zamanı həmin torpaq sahəsinin digər şəxs tərəfindən hasara alınaraq istifadə olunması və dövlət reyestrində həmin şəxsin adına qeydiyyatdan keçirilməsi göstərilmişdir. Məsələni aydınlaşdırarkən məlum olmuşdur ki, ona məxsus torpaq sahəsini zəbt edən və orada ev inşa etdirən Cavabdehdur. Torpaq sahəsini könüllü olaraq boşaldılaraq ona təhvil verilməsini tələb etsə də, Cavabdeh bundan imtina etmiş və ona torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması barədə çıxarışın kserosurətini təqdim etmişdir. Lakin DƏDRX-i tərəfindən verilmiş ********** saylı 28 iyul 2020-ci il tarixli çıxarışla Cavabdeh 70 saylı bağ sahəsinə deyil, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Qəsəbəsi, “Əkinçi” bağ massivinin 86 saylı bağ sahəsinə mülkiyyət hüququ tanınmışdır. Mübahisə ilə əlaqədar Suraxanı rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciəti üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və mübahisənin mülki mühakimə qaydasında həll olunması üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi “Əkinçi” bağ massivində yerləşən 0,06 ha ölçüsü olan 70 saylı bağ sahəsinə dair digər şəxsilərin adına hər hansı bir sənədləşdirilmənin aparılıb-aparılmaması və aparılıbsa həmin sənədlərin surətlərinin məhkəməyə təqdim etmək üçün ona təqdim olunması barədə müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 04 aprel 2024-cü il tarixli məktubla imtina edilmişdir. Hesab edir ki, Cavabdeh ona məxsus torpaq sahəsini qanunsuz zəbt edərək orada fərdi yaşayış binası inşa etdirməsi onun əmlak hüquqlarını pozmuş və alqı-satqı müqaviləsi əsasında aldığı torpaq sahəsinə mülkiyyət hüquqularının qeydiyyatına maneçilik yaratmışdır.
Tərəflərin izahatları
4. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X10 iddia tələbini müdafiə edərək bildirdi ki, onun iddiası həmin ünvanda yerləşən 70 saylı bağ sahəsinə aiddir və cavabdehdən oradan çıxmasını tələb etmişdir. Cavabdeh isə ona 86 saylı bağ sahəsinə dair müvafiq sənədləri təqdim etmişdir, lakin onun 86 saylı bağ sahəsinə dair hər hansı bir iddiası yoxdur. Hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil bildirdi ki, cavabdehin 86 saylı bağ sahəsinə dair mülkiyyət hüququ qanuni şəkildə dövlət qeydiyyatına alınmış və orada fərdi yaşayış evi tikmişdir və hazırda yaşayır. Hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbi ilə razı deyildir. Onun 86 saylı bağ sahəsi üzərində mülkiyyət hüququ təsdiq edilmişdir və 70 saylı bağ sahəsinə aidiyyatı yoxdur. Hesab edir ki, iddia tələbi əsassızdır.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X12 bildirdi ki, iddia tələbi əsassızdır. İddiaçı həmin bağ sahəsinin 70 saylı olduğunu iddia etsə də, lakin bu iddia əsassızdır.
İş materialları
8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən 18 sentyabr 2007-ci il tarixdə verilmiş MH seriyalı ******* saylı, **********97 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Hövsan, 70 nömrəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi X2 mülkiyyətində olmuşdur.
9. xx.xx.2023-cü il tarixli, AN-İ nömrəli “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi”nin surətindən görünür ki, satıcı X1 rayonu, Hövsan, 70 nömrəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini alıcı İddiaçı 5400 manata satmışdır.
10. AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “70” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizəyə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasara alınaraq istifadə oldunduğu müəyyən edilmişdir (torpaq sahəsi istifadənizdə deyil). Həmçinin elektron kadastr məlumatına əsasən şərti olaraq göstərilən ərazi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3- cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır.
11. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli və xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Əkinçi” b/y-nın 86 saylı bağ sahəsində yerləşən 0.06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur.
12. xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, vətəndaş X6 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.p
İşin faktiki halları.
13. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı tərəf daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında əldə etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Əkinçi” bağ massivində yerləşən 0,06 ha ölçüsü olan 70 saylı bağ sahəsində cavabdehin qanunsuz (səhvən) məskunlaşdığını bildirir və bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tələbinin əsası kimi daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və müvafiq icra hakimiyyəti orqanının ona ünvanlanan cavab məktubuna əsaslanır. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edərək bildirir ki, onun 86 saylı bağ sahəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair mülkiyyət hüququ qanuni şəkildə dövlət qeydiyyatına alınmış və orada fərdi yaşayış evi tikmişdir və hazırda yaşayır. İddiaçının iddia etdiyi 70 saylı bağ sahəsinə aiddiyatı yoxdur.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol
Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası
Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu.
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
18. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
19. Məhkəmə qeyd edir ki, işin araşdırılan hallarından aydın olur ki, İddiaçı Suraxanı rayonu, Hövsan, 70 nömrəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında əldə etmişdir. Hazırki iddia tələbində iddiaçı həmin 70 saylı bağ sahəsində cavabdehin məskunlaşdığını, həmin ərazinin səhvən ona verildiyini, əslində cavabdehin adına qeydə alınan ərazinin ona məxsus olduğunu və cavabdehin ona məxsus ərazidə fərdi yaşayış evi tikdiyini bildirsə də, lakin iş materiallarından görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Əkinçi” b/y-nın 86 saylı bağ sahəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bu mülkiyyət hüququnun əsassız və ya qanunsuz olmasına dəlalət edən heç bir faktiki və ya hüquqi hal yoxdur. Göründüyü kimi, cavabdehin mülkiyyətində olan torpaq sahəsi 70 saylı deyil, 86 saylı bağ sahəsində yerləşir. Yəni, iddiaçının irəli sürdüyü dəlillər öz təsdiqini tapmır. Bundan başqa, iddiaçı tərəfin tələbində, eyni zamanda məhkəmədə verdiyi izahatlarında əsaslandığı AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda cavabdeh tərəfindən həmin ərazinin zəbt edilməsinin qeyd edilməsi barədə dəlilinə münasibətdə məhkəmə bildirir ki, iddiaçının bu dəlili öz təsdiqini tapmır. Belə ki, həmin cavab məktubunda imtinanın əsası o olmuşdur ki, iddiaçının qeyd etdiyi ərazinin onun istifadəsində olmadığı müəyyən edilmiş, həmçinin iddiaçı tərəfindən göstərilən ərazinin digər fiziki şəxsin adına, yəni cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi bildirilmişdir. Göründüyü kimi, iddiaçının istinad etdiyi məktubla da, iddia tələbinin əsassız olması aydın olur. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırkı işdə iddiaçı tələbində qeyd etdiyi halları mötəbər dəlillərlə sübut edə bilməmişdir. Eyni zamanda, iddianın əsaslılığı işin halları ilə də sübuta yetirilmir.
Məhkəmə xərcləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
22. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddiası edilməməli, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
23. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov