Məhkəmə qərarları › İş №2(010)-2937/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2937/2024

07.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2937/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi (Suraxanı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları *. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 0*.07.*949-cu il təvəllüdlü X3 birinci dərəcəli əlildir. Diaqnoz. Hipertoniya xəstəliyi İİİ mər. Beyin qan dövranı. ÜİX işemik insult. Sol orta beyin arteriya hövzəsində sağ tərəfli hemiplegiya. Motor afakiya ÜİX koronorkardioskleroz. Şəkərli diabet İİ tip. OU-Diabetik angiopatiya.

2. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən *7.02.2023-cü il tarixdə verilmiş məktubdan görünür ki, Ərizəçi X3 üzərində qəyyum təyin edilməsinə dair ərizəyə cavab olaraq məhkəməyə müraciət etməyinin məqsədəuyğun hesab edildiyi bildirilmişdir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 26 avqust 2024-cü il tarixli, 378* №-li ekspert rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış massivi, döngə ** ünvanında yaşayan 0*.07.*949-cu il təvəllüdlü X2 psixi vəziyyətinə görə fəəliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. X3 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil.

İşin faktiki halları

4. İş materiallarında olan sənədlərə və rəyə əsasən X* öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı işin mübahisəsiz hallarıdır.

Ərizəçinin tələbi

5. Ərizəçi (Suraxanı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4048/49 məhəllə, ev *, mənzil 225 ünvanında qeydiyyatda olan və yaşayan 0*.07.*949-cu il təvəllüdlü X* fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

6. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, anası 2007-ci ildən insult keçirməsi səbəbilə yataq xəstəsidir. Anası nə danışır, nə də imza çəkə bilir, əqli yerində olmaması səbəbilə dəfələrlə notariusa müraciət etsələr də, etibarnamə verilməyib. Notariusda deyilənləri başa düşmür və başa düşməsi barədə hər-hansı hərəkət edə bilmədiyi üçün onun qəyyumunun olmasını vəcib şərt olaraq bildirirlər. Buna görə də qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Maraqlı şəxsin nümayəndəsi X6 bildirdi ki, iş üzrə ekspertiza keçirilib və rəy verilib. Buna görə də qanunvericilik çərçivəsində yekun məhkəmə qərarının qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 3*7. Ərizənin verilməsi 3*7.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 32*. Məhkəmənin ərizə üzrə qətnaməsi 32*.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

*0. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. **. Belə ki, tərəfin izahatından və iş materiallarından müəyyən olunur ki, 0* iyul *949cu il təvəllüdlü X3 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil.

Məhkəmə xərcləri

*2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. *3. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

*4. Beləliklə, məhkəmə tərəfləri dinləyib, məhkəmə psixitarik ekspertizasının rəyini nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 0* iyul *949-cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. *5. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,

qət etdi:

Ərizə təmin edilsin. 0* iyul *949-cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş *00 (bir yüz) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar