Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2965/2025 26.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-İ DƏDK-İ və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı ərazi idarəsinə qarşı hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında hazırlıq iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-İ DƏDK-İ və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı ərazi idarəsi olmaqla hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları sahəsi, *75 nömrəli BTKnın nəzdində yerləşən, 0,*2 ha torpaq sahəsi olan *267 “D" 4 nömrəli orderin atası mərhum X* məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə yazılı ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin *70.*-ci maddəsinin tələbinə görə məhkəmə baxışına hazırlıq mərhələsində iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın *70, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Ərizəçi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-İ DƏDK-İ və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən *0 (on) gün müddətində onu qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2965/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2965/2025
26.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver