Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-298/2022 16.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsinin iştirakı ilə 06.12.2021-ci il tarixində keçirilərək məhkəmə hazırlıq iclası 13.12.2022-ci il tarixə təxirə salınmış və bu haqda tərəflərə rəsmi məlumat verilmişdir. 13.12.2022-ci li tarixli məhkəmə hazırlıq iclası tərəflərin nümayəndələrinin iştirakı ilə keçirilərək məhkəmə iclası 25.01.2022-ci il tarixə təyin edilmişdir. 25.01.2022-ci il tarixli məhkəmə iclası mülki işə sədrlik edən hakim müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi səbəbindən həmin məhkəmə iclası 07.02.2022-ci il tarixə təxirə salınmışdır. 07.02.2022-ci il tarixli məhkəmə iclasına tərəflər gəlmədiyindən işə baxılması 16.02.2022-ci il tarixə təxirə salınmışdır. Tərəflər üzrlü səbəb göstərmədən 16.02.2022-ci il tarixdə, saat 11:20-yə keçirilən məhkəmə baxış iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259 və 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-298/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-298/2022
16.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver