Məhkəmə qərarları › İş №2(010)-2992/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2992/2020

03.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2992/2020 03.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı vərəsəlik hüququ üzrə və sair mübahisələr tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı vərəsəlik hüququ üzrə və sair mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Əmircan qəsəbəsi İ.Quliyev küçəsi ev 18-lə bağlı iddiaçı və oğlu Cavabdeh1 Cavabdeh5 tərəfindən verilmiş vərəsəlik şəhadətnamələrinin, iddiaçının xeyrinə miras əmlakdan etdikləri imtinaların, iddiaçı ilə oğlu x1 arasında bağlanmış 15.03.2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlanma müqaviləsi əsasında DƏDRX-dən verilmiş çıxarışın ləğv edilməsi, iddiaçı ilə qızı Cavabdeh3 arasında da 17.05.2018-ci il tarixində bağlanmış bağışlama müqaviləsinin etibarsız edilməsi və həmin həmin müqavilə əsasında DƏDRX-dən 05.07.2018-ci il tarixində verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi, mirasın qəbulu müddətinin uzaldılması, vərəsə kimi tanınmaları, vərəsəlikdə paylarının müəyyən edilməsi, yeni miras əmlakın 60 faizinin iddiaçıya, 10 faizinin qızının Cavabdeh3, 10 faizinin qızı Cavabdeh2, 10 faizinin oğlu Cavabdeh1ə, 10 faizinin işə vəfat etmiş oğlu Mehtiyev Həbibin həyat yoldaşı Cavabdeh4 və iki uşağına verilməsi, həmin paylara müvafiq vərəsəlik şəhadətnamələrinin verilməsinin 10 saylı Notariat kobtoruna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində Cavabdeh4 ünvanı göstərilməmişdir. Məhkəmə qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə görə iddia ərizəsində cavabdehlərin adları və mövcud poçt ünvanları göstərilməlidir. İddia ərizəsi iddiaçı tərəfindən tərtib edildiyi üçün, cavabdehin adı və poçt ünvanı da iddiaçı tərəfindən müəyyən edilərək ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən, hakim çəkişmə prinsipinə əməl etməklə işlərin, məhkəmə iclasında məhkəmə araşdırmaları aparılması, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. Həmin Məcəllənin 152.1 və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin Mülki- Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə - hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddiaərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- ProsessualMəcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı vərəsəlik hüququ üzrə və sair mübahisələr tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar