Məhkəmə qərarları › İş №2(010)-3013/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3013/2023

02.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3013/2023 02.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin verdiyi, ünvan kimi ünvan 1 7 «A», ev *5 kimi, “göstərilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndrilməsinə aid pasporfun mərhum atası Əliqulu Əli oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, *8.*0.*994-cü ildə vəfat etmiş Əliqulu Əli oğlunun oğludur. Belə ki, bütün sənədlərdə, o cümlədən onun ölüm haqqında şəhadətnaməsində, onun doğum haqqında şəhadətnamədə, atasının nikah haqqında şəhadətnaməsində və digər sənədlərdə atası kimi Əliqulu Əli oğlu göstərilmişdir. O cümlədən Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 27* №li, xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, mərhum atası Əliqulu Əli oğlu ölən günə qədər Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi (keçmiş Tramvaynaya) döngə 7, ev *5 ünvanda qeydiyyatda olmuşdur. Göründüyü kimi mərhum atası Əliqulu Əli oğlu, həm də o, ailəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi (keçmiş Tramvaynaya) döngə 7, ev *5 qeydiyyatda olaraq yaşamışlar, hazırda o, ailəsi ilə həmin evdə qeydiyyatdadır və yaşayır. Qeyd edilən ev və yerləşdiyi torpaq sahəsi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin verdiyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndrilməsinə aid pasport” əsasında mərhum atası Əliqulu Əli oğluna verilmişdir. Lakin mərhum atasının adı, ata adı Əliqulu Əli oğlu olduğu halda həmin sənədlərdə “X7” kimi yazılmışdır. Evin ünvanı “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndrilməsinə aid pasport”da “Tramvaynaya küçəsi, döngə 7A, ev *5 göstərilmişdir, hazırda isə Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, döngə 7A, ev *5 adlanır. Belə ki, o, qeyd edilən texniki pasporta əsasən qeyd edilən əmlak üzərində vərəsəlik hüququnun sənədləşdirilməsi və əmlak üzərində hüquqlarının qeydiyyata alınması üçün müraciət etdikdə mərhum atasının adının düz gəlməməsi ilə onun müraciətinin təmin edilməsindən yazılı imtina edilmişdir. Göründüyü kimi mərhum atasına məxsus olması faktının müəyyən edilməsini tələb etdiyi sənəd AR Ədliyyə Nazirliyinin sənədi olmadığından mülkiyyət hüququ haqqında texniki pasportun onun atasına məxsus olması faktı məhkəmə qaydasında müəyyən oluna bilər. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı şəhər Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qaynıdır və X3 isə onun qayınatası olmuşdur. Mərhum qayınatası *8.*0.*994-cü il tarixdə vəfat etmişdir. Ərizəçi qeyd edilən texniki pasporta əsasən qeyd edilən əmlak üzərində vərəsəlik hüququnun sənədləşdirilməsi və əmlak üzərində hüquqlarının qeydiyyata alınması üçün müraciət etmək istəyir, lakin mərhum qayınatasının adının səhv yazıldığı üçün problemlər yaranmışdır. Belə ki, onlar bir həyətdə yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilən X* ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. X3 isə ərizəçinin atası olub. X3 oğlu *8.*0.*994-cü il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 30.0*.20*3-cü il tarixli məktubdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 7, ev *5 ünvanında yerləşən fərdi yaşayış evinə dair müvafiq sənədlərin surətlərinin verilməsi ilə bağlı *9.0*.2023-cü il tarixli müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, X4 (sənəddə olduğu kimi) adı ilə bağlı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə (keçmiş Tramvay) küçəsi, döngə 7, ev *5 ünvanında yerləşən fərdi yaşayış evinə dair idarənin arxiv əsaslarında *962-ci il tarixli texniki pasport mövcuddur. Belə ki, Əliqulu Əli oğlu adı ilə bağlı vərəsəliyin dairəsinin müəyyən edilməsi ilə əlaqədar notariat orqanı tərəfindən təqdim olunmuş sənəd sorğuya əlavə olunduğu təqdirdə müvafiq sənədlərin təsdiq edilmiş surətinin verilməsi mümkündür. İş materiallarında olan Asan 4 tərəfindən verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 7, ev *5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Suraxanı rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi xx.xx.*965-ci il tarixdə anadan olmuş, atası Əliqulu Əli oğlu, anası Fatma Xudaverdi qızıdır. İş materiallarında olan İİ-ЖГ №462385 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Əliqulu Əli oğlu *8.*0.*994-cü ildə ölmüşdür. İş materiallarında olan Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Əliqulu Əli oğlu vəfat edən günə qədər Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 7, ev *5 ünvanında (*8.*0.*994-cü il) qeydiyyatda olmuşdur. İş materiallarında olan Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş *2.06.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X3na məxsus (əsas: Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasport) keçmiş Tramvaynaya küçəsi, döngə 7A, *5 saylı ünvan hal-hazırda dislokasiya üzrə Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 7 A, ev *5 adlanır. İş materiallarında olan Ədliyyə Nazirliyi Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən verilmiş *5.05.2023-cü il tarixli X6 və Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, *5.02.2023-cü il tarixdə 24 saylı notariat ofisinə, *8.*0.*994-cü il tarixdə vəfat etmiş atası Əliqulu Əli oğlundan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 7, ev *5 ünvanında yerləşən fərdi yaşayış evinə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin, təqdim etdiyi sənədlər nəzərdən keçirilmiş, müəyyən edilmişdir ki, mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. Eyni zamanda *962-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarlaşdırma və qiymətləndirilməsinə aid pasportda qeyd edilmiş X7, *8.*0.*994-cü il ölüm haqqında şəhadətnamə isə Əliqulu Əli oğlu göstərilmişdir. Təqdim edilmiş sənədlərdə uyğunsuzluq olduğu üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. İş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportu”n surətindən müəyyən olunur ki, Tramvaynaya küçəsi, döngə 7A, ev *5 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunda ev sahibinin adı, soyadı və atasının adı soyadı “X**” oğlu kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında arayışdan görünür ki, Əliqulu Əli oğlu ilə Fatma Xudaverdi qızı **.04.*947-ci tarixdə nikahlarını bağlamışlar və nikah haqqında akt qeydiləri kitabında *83 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. MPM-nin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən “X**” oğlunun (X*0) adına tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un *8.*0.*994-cü ildə ölmüş “Əliqulu Əli” oğluna məxsus olması faktı təqdim olunmuş sübutlarla təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-3**-ci və 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən “X**” oğlunun (X*0) adına tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un *8.*0.*994-cü ildə ölmüş “Əliqulu Əli” oğluna məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar