Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-302/2020 05.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Suraxanı rayon İcra Hakimiyyətinə və Maraqlı şəxs2 qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair» ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Ərizəçi maraqlı şəxslər Suraxanı rayon İcra Hakimiyyətinə və Maraqlı şəxs2 qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair» ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü il təvəllüdlü qızı X1 psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə yazılı ərizə təqdim edərək, məhkəmədən sənədlərin geri qaytarılaraq ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 işə baxılmasını tələb etməyərək, onun baxılmamış saxlanılmasına etiraz etmədi. Maraqlı şəxs Suraxanı rayon Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyindən işin baxılmamış saxlanılmasına münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259.0.11, 260, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxslər Suraxanı rayon İcra Hakimiyyətinə və Maraqlı şəxs2 qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair» ərizəsi baxılmamış saxlanılsın və işdəki sənədlər ərizçiyə geri qaytarılsın. İzah olunsun ki, ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-302/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-302/2020
05.08.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver