Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3028/2023 01.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçinin tələbi. *. Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qardaşı 25.04.*997-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsini xahiş etmişdir. Tələbin dəlilləri.
2. o və qardaşı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, ev 2\*-də birlikdə yaşayırlar. 25.04.*997-ci il təvəllüdlü qardaşı X7 uşaqlıqdan əlildir. Belə ki, o, uşaqlıqdan “Anadangəlmə hidrosefaliya Amoid kiori sindromu, başı çox böyükdür, daxili çəpgözlük, spastik paraplegiya xəstəliyindən əziyyət çəkir. Əlillik müddətsiz verilmişdir. Onun kənar şəxsin qulluğuna ehtiyacı var. Qardaşına özü baxır, o, öz hərəkətlərinin mənasını anlaya bilmir. Onun sanitariya gigiyena məsələləri ilə də özü məşğul olur.
Tərəflərin izahatları.
3. Maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə verilən şəxs X7 bildirdi ki, bəzən yaddaşını itirir, heç bir işlə məşğul deyil, yazma və oxuma bilmir.
İş materialları.
6. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 25.04.*997-ci il tarixdə anadan olmuşdur. X*, anası X5r.
7. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.2002-ci il tarixdə anadan olmuşdur. X*, anası X5r.
8. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının Ərizəçi ünvanlanan xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, şəxs üzərində qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsi olduqdan sonra təyin edildiyi bildirilmişdir.
8. AR ƏƏSMN Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə *5.05.2023-cü il çap tarixli sənədindən görünür ki, X7 “anadangəlmə hidrosefaliya Amoid kiori sindrom. Başı çox böyükdür. Daxili çəpgözlük. Spastik paraplegiya” diaqnozu ilə müddətsiz birinci dərəcə əlildir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X*2 xx.xx.2023-cü il tarixli, 2366 №-li ekspert rəyində qeyd olunmuşdur ki, yoxlanılan şəxs X3 hazırda hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Bunu mülki iş materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, İ.F.Məmmədov əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Bununla da, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar yoxdur. O, psixi vəziyyətinə görə öz hərəkətlərini idarə etmək iqtidarına malikdir və onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Onun psixi vəziyyəti məhkəmədə iştirak etməsinə imkan verir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür.
İşin faktiki halları.
*0. İş materiallarında olan sənədlərə və rəyə əsasən X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
**. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti 28.8. d nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
*2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 3*7. Ərizənin verilməsi 3*7.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 32*. Məhkəmənin ərizə üzrə qətnaməsi 32*.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
*3. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. *4. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X*2 xx.xx.2023-cü il tarixli, 2366 №-li ekspert rəyindən göründüyü kimi, yoxlanılan şəxs X3 hazırda hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Belə ki, İ.F.Məmmədov əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Bununla da, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar olmadığı müəyyən edilmişdir. Onun psixi vəziyyətinə görə öz hərəkətlərini idarə etmək iqtidarına malik olması və onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilməmişdir. Eyni zamanda onun psixi vəziyyətinin məhkəmədə iştirak etməsinə imkan verməsi müəyyən edilmişdir. Məhkəmə təqdim edilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul edərək qeyd edir ki, mülki qanunvericiliyin maddi hüquq normasının tələbindən göründüyü kimi, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxs məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilər. Lakin hazırki ekspert rəyindən göründüyü kimi, X3 özünü idarə edə bilməmayinə səbəb olan ağıl zəifliyi və ya ruhi xəstəlik aşkar edilməmişdir. X2 özü də, məhkəmə iclasında ona verilən suallara adekvat cavablar vermiş, xüsusi yaddaş zəifliyinin olmadığını bildirmişdir. Qeyd edilməlidir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün onda yalnız fiziki qüsurların olması yox, məhz əqli fəaliyyətini mümkünsüz edən əqli qüsurların olması lazımdır. Qeyd olunan halları rəhbər tutaraq məhkəmə hesab edir ki, hazırki ərizə əsassız olduğundan təmin edilməməlidir.
Məhkəmə xərcləri.
*5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. *6. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
*7. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyib, məhkəmə psixitarik ekspertizasının rəyini nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. *8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi:
Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.