Məhkəmə qərarları › İş №2(010)-303/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-303/2023

25.01.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-303/2023 25.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 03 oktyabr 2003-cü ildə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun X5 üzərində qəyyum təyin olunması barədə müraciətinə Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti özünün N-l-099 saylı 24.0*.2022-ci il tarixli məktubu ilə cavab verərək bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7 və 32*-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarında şəxsin fəaliyyət qabiliyyəti omayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi çıxarıldıqdan sonra təyin olunur. O, bildirmişdir ki, oğlu X8 03.*0.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X8 anadan gəlmə qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, nitq və davranış pozuntusu ilə debillik dərəcəsində olan xəstəlikdən əziyyət çəkir, əmək qabiliyyətsizdir, daim kənar şəxsin qulluğuna ehtiyacı vardır. Bununla bağlı AR ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiya tərəfindən ona 04.*0.202*-ci il tarixdə müddətsiz əlillik təyin edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Mülki iş üzrə maraqlı şəxs Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Doğum haqında şəhadətnamənin surətindən görünür ki, X8 03.*0.2003-cü ildə anadan olmuşdur. X2 ,anası Ərizəçidır. - AR ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, 03 oktyabr 2003-cü ildə anadan olmuş X8 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta kəmağıllıq, imbesillik, kobud nitq və davranış pozuntuları ilə İQ=40, yastı pəncə (pes planus) (qazanılma), ikitərəfli yastıpəncəlik diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. -Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının Ərizəçi müraciətinə cavab olaraq ünvanlanmış 24.0*.2022-ci il tarixli məktubundan görünür ki, hazırki məsələ ilə bağlı məhkəməyə müraciət etməsi məqsədəuyğun hesab edilmişdir. - Nəsimi Rayon Məhkəməsinin *9.02.2020-ci il tarixli, 2(006)-799/2020 saylı qətnaməsindən görünür ki, Ərizəçi ilə X7 arasında 03 iyul 2003-cü il tarixdə bağlanmış nikahın pozulması və 03.*0.2003-cü il təvəllüdlü X8 və *7.**.2004-cü il təvəllüdlü X4 anaları Ərizəçi yanında qalmaları qət edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 24.*2.2022-ci il tarixli 3449 saylı rəyindən görünür ki, X6 Orta dərəcəli kəmağıllıq müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri – asfiksiya ilə anadan olması, yaşıdlarına nəzərən əqli inkişafda geri qalması, nitqi tək bir sözlərdən ibarət olmaqla kasad olması, Bakı şəhər X3, Bakı şəhər 2 saylı X* xx.xx.2020-ci il tarixdən *0.08.2020-ci il tarixə kimi “Orta kəmağıllıq, imbesillik, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları diaqnozu ilə stasionar müalicədə olması, xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, əsəbiliyi, fizioloji ifrazatları ilə natəmiz olması, davranış pozuntularının biruzə verməsi, evdə yersiz hərəkətlərə yol verməsi, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta kəmağıllıq, imbesillik, kobud nitq və davranış pozuntuları ilə İQ=40, yastı pəncə (pes planus) (qazanılma), ikitərəfli yastıpəncəlik diaqnozu ilə müddətsiz birinci dərəcəli əlil olması, davranış pozuntuları və narahatlığı ilə əlaqədar hər hansı bir işi sərbəst yerinə yetirə bilməməsi və hazırki müayinə zamanı aşkar olunan əlamətlər orta dərəcəli əqli gerilik əlamətlərinin müəyyən edilməsi və maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və.s sübut edir. Belə nəticəyə gəlinir ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Bu səbəbdən də onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Hazırki psixi vəziyyət onun məhkəmədə iştirak etməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 3*7.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 32*.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, işə əlavə edilən sənədlərlə müəyyən edilir ki, X5 fəaliyyət qabiliyyəti yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli və 03 oktyabr 2003-cü il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 03 oktyabr 2003-cü il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar