Məhkəmə qərarları › İş №2(010)-304/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(010)-304/2022

10.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-304/2022 10.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən Bakı şəhəri 24 saylı Notariat Ofisinə qarşı miras əmlakda payların müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsinə dair mülki işə Bakı şəhərində Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 10 mart 2022-ci il tarixdə acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən Bakı şəhəri 24 saylı Notariat Ofisinə qarşı miras əmlakda paylarının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X8 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qurbanov Cəlal küçəsi, 12 saylı fərdi yaşayış evinin 1/2 hissəsindən ibarət miras əmlakda iddiaçının payının müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onuna əsaslandırmışdır ki, 1943-cü il təvəllüdlü X11 iddiaçının anasıdır. O, X18 ilə nikahda olmuş və bu nikahdan İddiaçı, qardaşı - Cavabdeh1 və bacısı - Cavabdeh2 anadan olmuşdur. X4 19.01.1997-ci il tarixdə dünyasını dəyişmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qurbanov Cəlal küçəsi, 12 saylı fərdi yaşayış evinin 1/2 hissəsi anası X5 mülkiyyətindədir. Anası dünyasının dəyişməzdən əvvəl iddiaçı bu ünvanda yaşamışdır. X11 15 iyun 2015-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra da iddiaçı anasından miras qalan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qurbanov Cəlal küçəsi, 12 saylı fərdi yaşayış evində yaşayırdı. Anasının vəfatından 3 ay keçməmiş iddiaçı miras qalan fərdi yaşayış evinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri 24 saylı Notariat Ofisinə müraciət etmişdir. Bundan sonra digər vərəsələr bacı və qardaşına təklif etdi ki, notariat ofisinə gedib miras əmlakda paylarını müəyyən edək. Lakin qardaşı evin sənədlərini verməkdən imtina edib, bildirmişdir ki, “anasını ölməyini gözləyirmişsən ki, miras barədə tələb irəli sürəsən”. Bu hadisədən sonra bacısı Türkiyəyə getdi. İddiaçı isə anasına məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qurbanov Cəlal küçəsi, 12 saylı fərdi yaşayış evində yaşayırdı. Bir il bu ünvanda yaşadı. Miras əmlakın qorunması üçün əlindən gələni edirdi. Kommunal xərcləri ödəyirdi. Orada yaşadığı müddətdə qardaşı iddiaçını evdən qovmağa cəhdlər edirdi. Hətta iddiaçını vurub, itələyərək hədə qoxu gəlirdi. Bütün bunlara baxmayaraq iddiaçı orada yaşamağa davam edirdi. Lakin getdikcə qardaşının həyat yoldaşı tərəfindən də iddiaçıya qarşı təzyiqlər təhqirlər artırdı. İddiaçı məcburiyyət qarşısında qalıb, anasının vəfatından bir il sonra miras əmlakdan çıxmalı oldu. 2019-cu ilin sentyabr ayında bacısı Türkiyədən gələndən sonra iddiaçı yenidən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qurbanov Cəlal küçəsi, 12 saylı fərdi yaşayış evinə köçərək orada yaşadı. 2021-ci ilin aprel ayında yenidən qardaşı və onun ailəsinin iddiaçı qarşı olan təzyiqləri sayəsində məcburiyyət qarşısında qalıb anasından miras qalmış evdən çıxdı. Bundan sonra iddiaçı Bakı şəhəri 24 saylı Notariat ofisinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qurbanov Cəlal küçəsi, 12 saylı fərdi yaşayış evinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etdi. Bakı şəhəri 24 saylı Notariat ofisindən aldığı cavab məktubunda iddiaçıya bildirildi ki, vərəsələr arasında mübahisə olduğu üçün qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyil və bununla bağlı məhkəməyə müraciət etməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, mərhum anası X3 miras qalan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qurbanov Cəlal küçəsi, 12 saylı fərdi yaşayış evinin 1/2 hissəsinə paylar müəyyən edilməli və miras əmlak vərəsələr arasında bölünməlidir. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qurbanov Cəlal küçəsi, 12 saylı fərdi yaşayış evinin sənədi qardaşında olduğu və onu iddiaçıya verməkdən imtina etmiş, bu səbəbdən o, sənədi iddia ərizəsinə əlavə edə bilməmişdir. Bununla əlaqədar, İddiaçı anası - X8 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qurbanov Cəlal küçəsi, 12 saylı fərdi yaşayış evinin 1/2 hissəsindən ibarət miras əmlakda iddiaçının payı müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi 12 saylı fərdi yaşayış evinin X8 məxsus 1/2 hissəsindən iddiaçının miras payın müəyyən edilməsi və iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi 12 saylı fərdi yaşayış evinin 1/2 hissəsinə müəyyən olunmuş payına köçürülmə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-304/2022 nömrəli iş üzrə qəbul etdiyi 09.02.2022-cİ il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X5 ölümündən sonra miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qurbanov Cəlal küçəsi, 12 saylı fərdi yaşayış evinin 1/2 hissəsinə dair 1/6 hissədə İddiaçı, 1/6 hissədə Cavabdeh1, 1/6 hissədə Cavabdeh2 vərəsəlik hüququ müəyyən edilməsi və iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı hazırkı mülki iş üzrə əlavə qətnamənin qəbul edilməsi ilə əlaqədar ərizə ilə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi 12 saylı fərdi yaşayış evinin X8 məxsus 1/2 hissəsindən iddiaçının miras payın müəyyən edilməsi və iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi 12 saylı fərdi yaşayış evinin 1/2 hissəsinə müəyyən olunmuş payına köçürülmə tələbi qoyulsa da, araşdırılması təsviri əsaslandırıcı hisssəsində aparılsa da, məhkəmə tərəfindən 09 fevral 2022-ci il tarixli məhkəmə qətnaməsininin nəticəvi hissəsində həmin tələbə münasibət bildirməmişdir. Bunununla əlaqədar məhkəmə bu nəticəyə gəlir ki, öz təşəbbüsü ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi 12 saylı fərdi yaşayış evinin X8 məxsus 1/2 hissəsindən iddiaçının miras payın müəyyən edilməsi və iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi 12 saylı fərdi yaşayış evinin 1/2 hissəsinə müəyyən olunmuş payına köçürülmə barədə barədə iş üzrə əlavə qətnamə qəbul etməlidir. Tərəflər məhkəmə iclasının keçirilməsi barədə xəbərdar olunmuş lakin onlar, məhkəmə iclasında iştrak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər əlavə qətnamə məsələsinin məhkəmə iclasında müzakirə edilməsi məqsədi ilə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamə çıxarılması məsələsinə baxmağa mane olmur. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflərin iştrakı olmadan işə baxılması mümkün hesab edilməlidir. Həmin Məcəllənin 229.1.3-cü maddəsinə əsasən məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə, iş üzrə qətanəmə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə çıxara bilər. Mülki işin materiallarında olan: Bakı şəhəri 24 saylı Notariat Kontorunun məktubuna əsasən İddiaçı 12.09.2015-ci il tarixində notariat ofisinə müraciəti əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 15.06.2016-cı il tarixində vəfat etmiş mərhum anası X6 adından vərəsəlik işi açılmışdır. X9 vərəsəlik işinin açılması üçün yalnız doğum haqqında şəhadətnamə və ölüm haqqında şəhadətnamə təqdim etmiş və bildirmişdir ki, mülkiyyət hüququnu təsdiq edən sənədlər: digər vərəsələr qardaşı və bacısı ona vermir. Odur ki, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Digər vərəsə mərhumun oğlu Cavabdeh1 25.12.2021-ci il tarixində ərizə əsasında mirasın qəbulu ilə bağlı müraciət etmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Nizami rayon Qeydiyyat şöbəsi tərəf indən verilmiş 21 yanvar 2016-cı il tarixli ölüm haqqında şəhadətnaməsinə əsasən X18 19 yanvar 1997-ci il tarixdə kəskin ürək çatmamazlığı nəticəsində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 06.03.2019-cu il tarixdə qeyd edilmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 yanvar 2016-cı il tarixli ölüm haqqında şəhadətnaməsinə əsasən X11 15 iyun 2015-ci il tarixdə kəskin koronar çatmamazlığı nəticəsində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 01.07.2015-ci il tarixdə qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 11 iyun 2021-ci il tarixli məktubuna əsasən X5 adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qurbanov Cəlal küçəsi, 12 saylı fərdi evinin ½ hissəsi qeydiyyatdan keçmişdir və hazırda adındadır. X5 adına Azərbaycan Respublikasının digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. 24 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh2 tərəfindən verilmiş ərizəyə əsasən 29 yanvar 2022-ci il tarixdə 15.06.2015-ci ildə ünvan 2 ünvanında yaşamış anası X11 ölmüşdür. Mirasın tərkibi - fərdi yaşayış evindən ibarət mirası qəbul etmişdir. Ondan başqa digər vərəsələr vardır: İddiaçı – miras qoyanla qohumluğu-qızı, Cavabdeh1 – miras qoyanla qohumluğu - oğlu, ünvan 2, miras tərkibinə daxil ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən qanun üzrə ona düşən paya dair vərəsəlik şəhadətnamənin verilməsini xahiş edir. 24 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh1 tərəfindən verilmiş ərizəyə əsasən 25 dekabr 2021-ci il tarixdə 15.06.2015-ci ildə ünvan 2 ünvanında yaşamış anası X11 ölmüşdür. Mirasın tərkibi - fərdi yaşayış evindən ibarət mirası qəbul etmişdir. Ondan başqa digər vərəsələr vardır: İddiaçı – miras qoyanla qohumluğu-qızı, Cavabdeh2 – miras qoyanla qohumluğu - qızı, ünvan 2, miras tərkibinə daxil ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən qanun üzrə ona düşən paya dair vərəsəlik şəhadətnamənin verilməsini xahiş edir. Bakı şəhəri İcra Hakmiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 173988 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 X8 xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 25 noyabr 1998-ci il tarixdə qeydiyyat aparılmışdır. Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə verilmiş 11 noyabr 2021-ci il tarixli ərizəsinə əsasən İddiaçı polis bölməsinə müraciət edərək, qardaşının yoldaşı X1 Faiq Rəfail oğlu, və X13 və X10 tərəfindən onun və qızının Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal küçəsi, 12 saylı fərdi yaşayış evindən çıxarılmasını xahiş etmişdir. Həmin ərizədə qeyd etmişdir ki, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evindən məcburiyyət şəklində çıxmışdır. Cavabdeh1 öz izahatında bildirmişdir ki, anası X11 bacısı Cavabdeh2 mübahisəli evində yaşamasına ozü çağırıb, icazə vermişdir. 32-ci Polis bölməsi tərəfindən müraciətdə göstərilən xüsusatlar mülki xarakterli ollduğundan, məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunur. İşin araşdırılan halları ilə müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qurbanov Cəlal küçəsi, 12 saylı fərdi yaşayış evinin 1/2 hissəsi X5 mülkiyyətində olmuşdur. 15 iyun 2015-ci il tarixdə X11 vəfat etmişdir. Mülkiyyətçi vəfat etdikdən sonra onun uşaqları İddiaçı, Cavabdeh1, Cavabdeh2 qanun üzrə birinci dərəcəli vərəsələridir. İddiaçı 12 sentyabr 2015-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, 12 saylı fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair ərizə ilə Bakı şəhəri 24 saylı Notariat Ofisinə müraciət etmiş, ərizəsində özündən başqa həmçinin digər vərəsələri X14, X2 göstərmişdir. Həmin halı Bakı şəhəri 24 sayıl Notariat Ofisinin məktubu da təsdiq edir, həmin məktubda bildirilmişdir ki, İddiaçı vərəsəlik işinin açılması üçün yalnız doğum haqqında şəhadətnamə və ölüm haqqında şəhadətnamə təqdim etmiş və bildirmişdir ki, mülkiyyət hüququnu təsdiq edən sənədləri digər vərəsələr qardaşı və bacısı ona vermir. Tərəflər arasında mübahisə olduğuna görə notarius tərəfindən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə araşdırılması zamanı iddiaçı anasının vəfatından sonra miras əmlakda yerləşən evdə yaşamağa başlamış, müəyyən müddət orada yaşadıqdan sonra ailədaxili münaqişə səbəbi ilə həmin evi tərk edib getmişdir. Göründüyü kimi, iddiaçı digər vərəsələrlə birlikdə miras əmlakdan istifadə etmiş, əmlakı idarə etmədə iştirak etmiş, həmçinin miras əmlakın qəbulu ilə bağlı notariat orqanına da müraciət etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, maddi hüquq normalarının göstərişləri baxımından iddiaçı miras əmlakı faktiki qəbul etmiş hesab edilməlidir. Bu xüsusda cavabdeh tərəfin iddiaçının həmin əmlakdan istifadə etməməsi, onlarla birlikdə yaşamaması kimi etirazları işin halları ilə öz təsdiqini tapmır. Məhkəmə hesab etmişdir ki, həm iddiaçı tərəf, həm də cavabdehlər miras əmlakında yaşamaqla və torpaq sahəsindən istifadə etməklə faktiki olaraq qəbul etmişlər və miras əmlak birinci dərəcəli vərəsələr kimi onların arasında bölünməlidir. Məhkəmə bütün vərəsələrin mirası faktiki olaraq qəbul edərək ondan istifadə etməsini və hər üç vərəsənin birinci növbədən olan vərəsə kimi bərabər hüquqlara malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi təmin olunmalı və X5 ölümündən sonra miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qurbanov Cəlal küçəsi, 12 saylı fərdi yaşayış evinin 1/2 hissəsinə dair 1/6 hissədə İddiaçı, 1/6 hissədə Cavabdeh1, 1/6 hissədə Cavabdeh2 vərəsəlik hüququ müəyyən edilməlidir. Lakin İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi 12 saylı fərdi yaşayış evinin X8 məxsus 1/2 hissəsindən 1/6 hissədə miras payına dair vərəsəlik hüququ müəyyən edilsə də və iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi 12 saylı fərdi yaşayış evinin 1/2 hissəsindən müəyyən edilmiş 1/6 hissəsinə payına köçürülmə tələbinə dair iddiasının təmin edilməsi hər iki tərəfin iştirakı ilə keçirilmiş məhkəmə iclasında elan edilsə də, qətnamədə həmin məsələnin müzakirə ediməsi öz əksini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Cavabdehin isə ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçını evdən çıxarması qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Buqdan əlavə “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli, 352 saylı Fərmanı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etsinlər və onu məhkəmə təcrübəsində nəzərə alsınlar. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İddiaçı anası X7 qalmış miras əmlakı olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi 12 saylı fərdi yaşayış evinin 1/2 hissəsinə dair müəyyən edilmiş 1/6 hissəsi olan payına dair vərəsəlik hüququ müəyyən edildiyindən, həmin paya köçürülmə tələbinə dair hissədə iddia təmin edilməsinə dair əlavə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı anası X7 qalmış miras əmlakı olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi 12 saylı fərdi yaşayış evinin 1/2 hissəsinə dair müəyyən edilmiş 1/6 hissəsi olan payına köçürülmə tələbinə dair hissədə iddia təmin edilməsinə dair əlavə qətnamə qəbul edilsin. İddiaçı anası X7 qalmış miras əmlakı olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi 12 saylı fərdi yaşayış evinin 1/2 hissəsinə dair müəyyən edilmiş 1/6 hissəsi olan payına köçürülmə tələbinə dair hissədə iddia təmin edilsin. Əlavə qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əlavə qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar