Məhkəmə qərarları › İş №2(010)-3072/2019

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3072/2019

26.07.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3072/2019 26.07.2019 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə Ərizəçi sənədin həmin şəxsə məxsus olma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 16 iyul 1998-ci il tarixli Bağın icarəyə verilməsi haqqında 3094 N-li müqavilənin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 16 iyul 1998-ci il tarixli Bağın icarəyə verilməsi haqqında 3094 N-li müqavilədə ərizəçinin atasının adı “Qabil” əvəzinə səhvən “Qilas” kimi göstərilmişdir. Həmin bağ sahəsi 1956-cı ildən Ərizəçi anasının adına olmuş və sonradan ərizəçinin adına rəsmiləşdirilmişdir. O, bağ sahəsinin özəlləşdirilməsi ilə əlaqədar AR ƏMDK yanında DDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin müraciətinə imtina edilmişdir. Hal-hazırda müqavilədə ərizəçinin ata adının əvəzinə ana adının səhv yazılması nəticəsində həmin bağ sahəsinin özəlləşdirilməsi qeyri-mümkündür. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş üzrə şahid X9 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, ərizəçi ilə təxminən 40 ildən çoxdur ki, qonşudurlar. Ərizəçi bağ evində çoxdan yaşayır. Sədaqət isə onun həyat yoldaşıdır. Ərizəçi yalnız Gülxar adında bir bacısı var, o da şəhərdə yaşayır. X1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ərizəçi ilə qonşu olmuşlar. Halhazırda isə onunla uzaq qohumdur. Ərizəçi uzun müddətdir ki, Şüvəlanda yerləşən bağ evində yaşayır. Qilas İsabalanın anasının adı olub. İş materiallarında olan Suraxanı RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İE seriyalı 763513 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə anadan olmuş, atası X7, anası Qilas Süleyman qızıdır. İş materiallarına əlavə edilmiş AR ƏMDK yanında DDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, ata adında dəyişiklik edilməsi ilə bağlı ərizəçi AR ƏMDK yanında DDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin müraciətindən imtina edilmişdir. İş materiallarına əlavə olunmuş 135 saylı bağ sahəsinə dair bağın icarəyə verilməsi haqqında 3094 saylı müqavilənin surətindən müəyyən olunur ki, Birlik adlandırılacaq Bağlar Təsərrüfatının inkişafı və istısmarı Birliyi tərəfindən bağ 1952-ci il təvəllüdlü Ərizəçi Qilas oğluna və onun ailə üzvləri 1950-ci il təvəllüdlü Sədaqətə, 1974-cü il təvəllüdlü Tərlana, 1976-cı il təvəllüdlü Kamrana, 1979-cu il təvəllüdlü Seyrana və 1984-cü il təvəllüdlü Sərxana icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Əzizbəyov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Baloğlanov Tərlan İsabala oğlu xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. X2, anası Quliyeva Sədaqət Səlimovnadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Əzizbəyov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Balaoğlanov Kamran İsabala oğlu xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. Atası Ərizəçi, anası X4. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Əzizbəyov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Balaoğlanov Seyran İsabala oğlu xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. Atası Ərizəçi, anası X4. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Əzizbəyov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Balaoğlanov Sərxan İsabala oğlu xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Atası Ərizəçi, anası X4. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. MPM-nin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Bağlar Təsərrüfatının inkişafı və istısmarı Birliyi tərəfindən 16 iyul 1998-ci il tarixli “Bağın icarəyə verilməsi haqqında” 3094 N-li müqavilənin Ərizəçi məxsus olması faktı təqdim olunmuş sübutlarla təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Bağlar Təsərrüfatının inkişafı və istısmarı Birliyi tərəfindən 16 iyul 1998-ci il tarixli “Bağın icarəyə verilməsi haqqında” 3094 N-li müqavilənin Ərizəçi məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar