Məhkəmə qərarları › İş №2(010)-3080/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3080/2023

15.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3080/2023 15.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X17 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. Ərizə onunla əsaslandırılmışdır ki, o, X8 ilə xx.xx.1998-ci il tarixdə nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan xx.xx.1999-cu il tarixdə X5 anadan olmuşdur. Uşaq anadan olandan onda psixi qüsurlar olmuş, 2006-cı ilin axırlarında Bakı şəhəri Xətai rayonun ərazisinə, oradan isə Suraxanı rayonunun ərazisinə köçmüş, hazırda X1 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsindəki 86 saylı evdə yaşayırlar. X1 Bakı şəhəri, Suraxanı rayonunun ərazisində yerləşən 24 saylı Birləşmiş Xəstəxananın poliklinika şöbəsində qeydiyyatdadır və həy ay müayinədən keçir. X1 2017ci ildə Səhiyyə Nazirliyinin 2 nömrəli X7 müalicə almış, ona “ağır kəmağıllıq, kəskin imbesillik dərəcəsində, kobud nitq və davranış pozuntulari” diaqnozu qoyulmuşdur, həmin ildən ona İ qrup əlillik təyin olunmuşdur. Hazırda onun 24 yaşı olsa da, öz hərəkətlərinin mənasını dərk etmir, danışıqlara qulaq asmır, daşıqların mahiyyətini başa düşmür və yadda saxlaya bilmir, yaddaşı olduqca zəifdir, söz ifadə edə, cümlə qura bilmir. Onun müayinə və müalicəsinin müsbət nəticəsi olmur və onun sağalmasına həkimlər də təminat vermirlər. Onu nəzarətsiz qoymaq mümkün deyil, özünə xəsarətlər yetirmə ehtimalı böyükdür, ona kimsə nəzarət etməlidir. xx.xx.1999-cu il tarixdə anadan olmuş qızı X5 özünü idarə edə bilmir və hərəkətlərinə cavab vermək iqtidarında deyildir, onun nəzarətsiz qalması özü və ətrafdakılar üçün təhlükəli olduğundan, o, fəaliyyət qabiliyəti olmayan şəxs hesab edilməli və onun üzərində qəyyum təyin olunmalıdır. xx.xx.1999-cu il tarixdə anadan olmuş qızı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsi ona onun üzərində qəyyum təyin olunması üçün lazımdır. Buna görə də, övladı xx.xx.1999-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyətsiz hesab edilməli və onun üzərində qəyyum təyin olunmalıdır.

Ərizəçinin tələbi.

2. xx.xx.1999-cu il təvəllüdlü qızı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizəsində yazılanlara uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi.

4. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

5. AZE seriyalı 17150808 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1999-cu il tarixdə Rusiya Federasiyası, Sankt- Peterburq şəhərində anadan olmuşdur.

6. AA******* seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə anadan olmuşdur.

7. İ-AK seriyalı 451690 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.1999-cu il tarixdə Rusiya Federasiyası, Sankt- Peterburq şəhərində doğulmuşdur. X4, anası Ərizəçidır.

8. Vİ-ЖГ seriyalı 451062 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və Ərizəçi xx.xx.1998-ci il tarixdə nikaha daxil olmuşlar.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrinin İdarəetmə Birliyi «X16» Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 081 saylı arayışdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X5 İ qrup əlildir, diaqnozu: ağır kəmağıllılıq, kəskin imbesilik dərəcəsində, kobud nitq və davrama pozuntuları ilə kənar şəxslərin köməyinə ehtiyacı var.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2452 saylı rəyindən görünür ki, X3 ağır dərəcəli əqli gerilik müəyyən olunur. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş zədəsi ilə anadan olması, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalması, nitqi inkişaf etməməsi, əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, Bakı Uşaq Nevroloji Xəstəxanasında müalicələrdə olması, hal-hazırda yaşayış yeri üzr poliklinikasında qeydiyyatda olmaqla müalicələr qəbul etməsi, xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 römrəli X9 tərəfindən verilən 2763/17 №-li xəstəlik tarixindən çıxarışına görə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək “Ağır kəmağıllılıq, kəskin nəzərəçarpan imbesillik dərəcəsində, kobud nitq və davranış pozuntuları ilə, kənar şəxslərin himayəsinə ehtiyacı var” diaqnozu ilə müalicədə olması, fizioloji ifrazatları ilə natəmiz olması, narahatlığı, gərginliyi, qeyrimüəyyən səslər çıxarması, xəstəliyi ilə əlaqədar İ qrup əlil olması, hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması və s.) sübut edir. X3 ağır dərəcəli əqli geriliklə müəyyən edilir. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə, X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X5 onda müəyyən ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir.

12. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Maddə 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

Məhkəmənin mövqeyi.

14. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir.

15. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X5 İ dərəcə əlildir, diaqnozu: ağır kəmağıllılıq, kəskin imbesillik dərəcəsində, kobud nitq və davranış pozuntularıdır. Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2452 saylı rəyindən görünür ki, X3 ağır dərəcəli əqli gerilik müəyyən olunur. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş zədəsi ilə anadan olması, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalması, nitqi inkişaf etməməsi, əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, Bakı Uşaq Nevroloji Xəstəxanasında müalicələrdə olması, halhazırda yaşayış yeri üzr poliklinikasında qeydiyyatda olmaqla müalicələr qəbul etməsi, xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 römrəli X9 tərəfindən verilən 2763/17 №-li xəstəlik tarixindən çıxarışına görə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək “Ağır kəmağıllılıq, kəskin nəzərəçarpan imbesillik dərəcəsində, kobud nitq və davranış pozuntuları ilə, kənar şəxslərin himayəsinə ehtiyacı var” diaqnozu ilə müalicədə olması, fizioloji ifrazatları ilə natəmiz olması, narahatlığı, gərginliyi, qeyri-müəyyən səslər çıxarması, xəstəliyi ilə əlaqədar İ qrup əlil olması, hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması və s.) sübut edir. X3 ağır dərəcəli əqli geriliklə müəyyən edilir. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə, X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

16. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir.

17. Beləliklə, X2 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə və iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Buna görə də, məhkəmə hesab edir ki, X5 əqli, psixi və fiziki xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir.

Məhkəmə xərcləri.

18. İş materiallarından görünür ki, ərizəçi məcburi küçkün olduğundan, dövlət rüsumu ödəməkdən azad edilməli, ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

19. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə Ərizəçi qızı xx.xx.1999-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

Ərizə təmin edilsin. xx.xx.1999-cu ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində anadan olmuş və ünvan 1 ünvanında yaşayan (Ağdam şəhəri, Füzuli küçəsi, döngə 5, ev 6 ünvanda qeydiyyatda olan) X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar