Məhkəmə qərarları › İş №2(010)-3083/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3083/2023

16.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3083/2023 16.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Әrizəçi Әrizəçi iştirakı ilə, Әrizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Әrizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2004-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Әrizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirmişdir ki, onun övladı xx.xx.2004-cü il təvəllüdlü X5 “F71.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta kəmağıllıq, imbesillik, kobud nitq və davranış pozuntuları psixotik daxilolmalarla, İQ38” xəstəliyindən əziyyət çəkir, onun kənar şəxsin qulluğuna ehtiyyacı vardır və müddətsiz İİ dərəcəli əlildir. Övladı xx.xx.2004-cü il təvəllüdlü X1 üzərində qəyyum təyin edilməsi ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, lakin Suraxanı Rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli cavabla bildirmişdir ki, qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilməlidir. Odur ki, onun fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, övladı xx.xx.2004-cü il təvəllüdlü X2 fiziki və əqli pozuntu diaqnozu vardır. Onun şəxsi təmizliyinə və şəxsi gigiyenasına o baxır. Eyni zamanda valideyn nəzarətinə və baxımına ehtiyacı vardır. Bundan əlavə övladı xəstəliyi ilə əlaqədar özünü ifadə edə və imza ata bilmir. Bu səbəbdən də Bank vasitəsilə övladının əlilliyinə görə ödənilən təqaüd kartını ala bilməmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq ona qəyyumluq haqqında sənədin Banka təqdim edildikdən sonra təqaüd kartının verilə biləcəyi bildirilmişdir. Məhz bu səbəbdən xx.xx.2004-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanların nəzərə alınmasını və ərizəsinin təmin olunmasını xahiş etmişdir Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Suraxanı rayon İcra Hakimiyyətinin Әrizəçi ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubunda bildirilir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilə bilər. Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məqsədəuyğun hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2004-cü il tarixdə doğulmuşdur, valideynləri Әrizəçi və X6r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari tibbi sığorta üzrə dövlət agentliyi “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” publik hüquqi şəxs 43 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən edilir ki, xx.xx.2004-cü il təvəllüdlü X3 “F71.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta kəmağıllıq, imbesillik, kobud nitq və davranış pozuntuları psixotik daxilolmalarla diaqnozu qoyulmuşdur. İş materiallarında olan Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2004-cü il tarixdə anadan olmuş X1 atası hesab olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Әmək və Әhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2023-cü il tarixli elektron çıxarışa əsasən xx.xx.2004-cü il təvəllüdlü X5 F71.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta kəmağıllıq, imbesillik, kobud nitq və davranış pozuntuları psixotik daxilolmalarla. İQ=38, müddətsiz 2-ci dərəcəli əlildir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-3083/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli 2454 saylı rəyi xx.xx.2023-cü il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X5 onda aşkar edilmiş kəmağıllıq ilə əlaqədar öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X1 onda müəyyən edilən orta kəmağıllıq, davranış pozuntusu əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol verilmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcələsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Normanın məzmunundan müəyyən olunur ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərindən yaxın qohumların valideynlərin, uşaqların, qardaş-bacıların ərizəsi üzrə qaldırıla bilər. Bundan başqa normadan müəyyən olunur ki, həmin ərizə müvafiq icra hakimiyyəti orqanının və psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə də qaldırıla bilər. Beləliklə, iş materiallarından müəyyən edildi ki, Әrizəçi xx.xx.2004-cü il təvəllüdlü X5 üzərində qəyyum təyin olunması üçün Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, məhkəmənin qərarı olduqdan sonra o X5 üzərində qəyyum təyin oluna bilər. Belə ki, X5 öz hərəkətləri üzərində nəzarəti həyata keçirə bilmir. Evdə nəzarətsiz qalması X1 həyatı üçün təhlükəlidir. Tibbi rəyə əsasən kənar şəxsin qulluğuna ehtiyacı vardır. Buna görə də onun üzərində qəyyum təyin olunması zəruridir. Odur ki, ərizəçi X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023cü il tarixli 2454 saylı rəyi ilə X1 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi nəticəsinə gəlmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Әrizəçi Әrizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar