Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3107/2025 11.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, Abdulova Mətanət Nurəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi. *. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – cavabdeh) qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 700 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Qeyd edilən yaşayış evinə cavabdeh tərəfindən işıq xəti çəkilmiş və sayğac quraşdırılmışdır. Bir neçə il bundan öncə cavabdehin Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş və işıq xətti yenilənmişdir. Əvvəlki xətt isə ləğv edilmişdir. Əvvəlki işıq xətti evin betonunun daxilində qaldığından əməkdaşlar onu çıxara bilmədilər. Bir neçə gün bundan əvvəl cavabdehin Suraxanı Rayon Enerji Təchizatı və Satışı idarəsinin əməkdaşları tərəfindən (əməkdaşın bildirdiklərinə əsasən) gecə saat 03:00 radələrində onun sayğacına baxış keçirilmiş və işığın əvvəlki xəttinin işlək olduğu müəyyən edilmişdir. Daha sonra səhər saatlarında idarənin əməkdaşları yenidən sayğaca baxış keçirmişlər. Baxış zamanı guya paylayıcı xəttdən birbaşa mənzilə xətt çəkildiyi aşkar etmişlər. O, cavabdehin əməkdaşlarına dəfələrlə bildirmişdir ki, o, işığın köhnə xəttidir və işlək deyil. Onun bildirdiklərinə məhəl qoymadan 382955 nömrəli akt tərtib edilmişdir. O, aktla razılaşmadığı üçün onu imzalamaqdan imtina etmişdir. Bununla da, ona 700 manat məbləğində cərimə tətbiq olunmuşdur. O, cavabdehin Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinə şifahi müraciət etmiş, ona şifahi olaraq akt əsasında barəsində cərimənin olduğunu, həmin cərimənin silinməsinin onlar tərəfindən mümkün olmadığını və bu cərimənin ancaq məhkəmə tərəfindən ləğv edilə biləcəyini bildirmişlər. Onun adına quraşdırılmış sayğac ona məxsus mənzilin hasarından kənarda, küçədə divarda quraşdırılmışdır. O, hər ay mütəmadi olaraq işlətdikləri işığın dəyərini ödəmiş və cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu olmamışdır. Hesab edir ki, barəsində tərtib edilmiş *4.04.2025-ci il tarixli, 382955 nömrəli aktda qeyd edilmiş pozuntular əsassızdır. Həmçinin qeyd edir ki, həmin əraziyə baxan idarənin əməkdaşları hər ay vaxtı-vaxtında ərazidə sayğaca baxış keçirirlər və sayğacın göstəricilərinin qeydiyyatını aparırlar. Əgər onun mənzilində kənar xətt qoşulması olsa idi, idarənin əməkdaşları əvvəl də bunu aşkar edə bilərdilər.
İddia tələbinin dəqiqləşdirilməsi.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin cavabdehlər sırasından çıxarılmasını məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
6. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 093062 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan prospekti küçəsi, ev 20 ünvanında yerləşən 45 nömrəli mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 329 saylı reyestr kitabının 47650-cı səhifəsində 22.**.200*-ci il tarixdə 30*25037 nömrə ilə qeydiyyat aparılmışdır.
7. *4.04.2025-ci il tarixli, 382955 nömrəli aktdan müəyyən olunur ki, cavabdehin əməkdaşları tərəfindən “X* Qaydaları”na (EEİQ) uyğun olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan prospekti küçəsi, ev 20 ünvanında yerləşən 45 nömrəli mənzilə baxış keçirilən zaman abonentin paylayıcı şitdən mənzilə birbaşa xətt daxil etməsi, abonentin iştirakı ilə şitdən çıxan xəttin divar yarılaraq mənzilə daxil edildiyi aşkar edilmiş və kənar xətt cavabdehin əməkdaşları tərəfindən ləğv edilmişdir.
8. X*yə dair göstəriciləri özündə əks etdirən abunə haqqında elektron çıxarışdan müəyyən olunur ki, ünvan 2 ünvanının abonenti (abonent kodu – **03002********) İddiaçı X*yə görə *4.04.2025-ci il tarixə 700 manat məbləğində borcu yaranmışdır.
Yerində müayinə.
9. İşə baxan məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə iddiaçının xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan prospekti küçəsi, ev 20 ünvanında yerləşən 45 nömrəli mənzilə baxış keçirilmiş və mübahisə predmeti təşkil edən mənzilin nə daxili, nə də xarici hissəsində sökülmə, dağılma və yenidən bərpa işləri aşkar edilməmişdir.
Tətbiq edilən hüquq.
*0. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 405.*. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 425.*. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
**. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, *8 nömrəli qərarı ilə təsdiq edilmiş “X* Qaydaları”
7.*. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.2. Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun *0.3-cü maddəsinə uyğun olaraq aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalıdırlar. 7.*0. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.**. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü * ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 9.*. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.*0. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.
*2. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə *9. Elektrik enerjisinin istehlakı. *9.*6. Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.
*3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 5.*. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
*4. “Dövlət rüsumu haqqında”Azərbaycan Respublikasının Qanunu.
Maddə 9.*. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.*.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar;
Məhkəmənin mövqeyi.
*5. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin faktiki hallarını və işə əlavə edilən sənədləri araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. *6. İşin faktiki hallarından göründüyü kimi, cavabdehin əməkdaşları tərəfindən iddiaçının ünvanında X* qaydalarının pozulmasına görə *4.04.2025-ci il tarixli akt tərtib edilmiş və bu akta əsasən istehlakçıya itirilmiş sərfiyyata görə 700 manat məbləğində borc hesablanmışdır. *7. Yuxarıda istinad edilmiş “X* Qaydaları”nın 7.6-cı bəndində qeyd edilir ki, istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Lakin həmin bəndin davamında qeyd edilir ki, elektrik sayğacının zədələnməsində abonentin təqsirinin müəyyən edilməsinin xüsusi qaydası müəyyən edilmişdir. Belə ki, həmin qaydaya əsasən, ilk növbədə elektrik sayğacının zədələnməsi laboratoriya şəraitində araşdırılmalıdır. Bu zaman məişət abonentinin iştirakı təmin edilməli və bu barədə ikitərəfli akt tərtib edilməlidir. Əgər məişət abonenti araşdırmada iştirakdan imtina edərsə, bu barədə akt tərtib edilməli və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır. *8. Lakin hazırkı iş materiallarından görünür ki, iddiaçıya X* qaydalarının pozulmasına görə borc yazılmasına səbəb olan aktda hər hansı laboratoriya rəyinə istinad edilməmişdir. Əksinə, aktda açıq şəkildə qeyd edilmişdir ki, mövcud olması iddia edilən pozuntular cavabdeh orqanın nümayəndələri tərəfindən sayğaca baxış keçirilərkən müəyyən edilmişdir. Həmçinin həmin pozuntuların texniki vasitələrlə qeydə alınmasını təsdiq edən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. *9. Nəzərə alınmalıdır ki, iddiaçının sayğaca müdaxilə edərək elektrik enerjisindən qeyri-qanuni istifadə etməsi, yəni faktiki olaraq istifadə etdiyi elektrik enerjisini ödəməyərək cavabdeh orqanın hesabına əsassız varlanması nəticəsinə gəlmək üçün sayğaca iddia olunan müdaxilənin məhz istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində meydana gəldiyi sübuta yetirilməlidir. Hazırkı işdə isə cavabdeh orqan məhkəməyə elektrik enerjisi sayğacına məhz iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməli olduğu halda bunu etməmişdir. Xüsusən, qanunvericiliklə müəyyən edilmiş imperativ tələb olmasına baxmayaraq, müvafiq pozuntuya dair istehlakçının iştirakı ilə laborator araşdırma aparıldığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
20. Məhkəmə nəzərə çatdırır ki, sayğaca müdaxilə, qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun *9-cu maddəsinin *6-cı hissəsində təsbit edilmiş və hüquqi nəticə etibarı ilə ötürücü və ya paylayıcı sistem operatoru tərəfindən vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, həmin maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb istehlakçının abonent saldosuna daxil edilməsini istisna edir. 2*. Belə ki, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun *9.*6-cı maddəsinə əsasən,qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.
22. Lakin, cavabdeh tərəfindən *4.04.2025-ci il tarixdə akt tərtib edilərkən qeyd edilən prosedura riayət edilməmiş, o cümlədən tərtib edilmiş aktın bir nüsxəsi nə iddiaçıya, nə də ki, aidiyyəti orqana təqdim edilməmişdir. Belə ki, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun *9-cu maddəsinin *6-cı hissəsinin tələblərinə uyğun olaraq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə ötürücü və ya paylayıcı sistem operatoru tərəfindən akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə ictraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vururlmuş zərərin ödənilməsini tələb edə bilər.
23. İddiaçı tərəfindən cavabdehin elektrik sayğacına ehtimal olunan qanunsuz qoşulması ilə bağlı qanunazidd hərəkəti nəticəsində ona 700 manat məbləğində zərər vurulması, bu zərərlə iddiaçının ehtimal olunduğu qanunazidd hərəkəti arasında səbəbli əlaqənin olması və bu zərərin vurulmasında iddiaçının təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
24. Beləliklə də, hazırki iş üzrə tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə göstərilmiş həcmdə hesablanmış zərər istehlakçı tərəfindən ödənilməməlidir.
Məhkəmə xərcləri.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.*.5-ci maddəsinə əsasəndövlət rüsumu ödəməkdən azad edilmişdir. Belə olan halda, ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə.
27. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanına (abonent kodu – **03002********) hesablanmış 700 manat məbləğində borc əsassız olduğundan iddiaçı tərəfindən silinməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. ünvan 2 ünvanına (abonent kodu – **03002********) hesablanmış 700 (yeddi yüz) manat məbləğində borc əsassız olduğundan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Ödənilməmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.