Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3114/2021 18.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Kreditor “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə “xxxx” MMC) borclu Cavabdeh qarşı “pul” tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh “xxxx” MMC-nin xeyrinə ümumilikdə 436,90 ABŞ dolları borc, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25.10.2016-cı il tarixli, 2(010)- 12738/2016 nömrəli məhkəmə əmri çıxarılaraq ərizə təmin edilmişdir. Borclu Cavabdeh ümumi iddia icraatına keçidlə bağlı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə əmrinin ləğv edilməsi və ümumi qaydalara uyğun olaraq iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 25.10.2016-cı il tarixli, 2(010)-12738/2016 nömrəli məhkəmə əmrinin ləğv edilməsinə və iddia icraatına keçirilməsinə dair 06.05.2021-ci il tarixli, 2(010)-12738/2016 nömrəli qərardad qəbul edərək məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh “xxxx” MMC ilə 03.01.2015-ci il tarixli müqaviləsinə əsasən, Kitab kahve markalı divan, 2 ədəd kitab kahve markalı kreslo, LG LED markalı televizor, sonorous markalı televizor altlığı almış və nəticədə 436,90 ABŞ dolları borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2197,86 ABŞ dolları olan Kitab kahve markalı divan, 2 ədəd kitab kahve markalı kreslo, LG LED markalı televizor, sonorous markalı televizor altlığı üçün ümumilikdə 436,90 ABŞ dolları miqdarında borc yaranmışdır. Müqavilədə məbləğ ABŞ dolları ilə göstərilir, lakin Azərbaycan valyutasına uyğun olaraq Azərbaycan manatı ilə ödəniş edilir. Belə ki, müqavilədə həmin günə qiymət manatla yazılır, lakin malı qəbul edəndə dolların məzənnəsinə uyğun hesablanır. Bundan əlavə, o, 2018-ci ildə cavabdehə zəng edərək borcunun olması barədə məlumat vermişdir. Cavabedehin hazırda 436.90 dollar borcu olsa da, əgər həmin borcunu nəğd şəkildə ödəsə, onun borcunu 1.05 manat ilə hesablamaq mümkündür. Buna görə də qeyd olunanların nəzərə alınmaqla, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, Kontakt Home-dan divan-kreslo, televizor və jurnal stolu almış və bunların hamısı üçün 1724 manat məbləğ hesablanmışdır. Həmin vaxt müqaviləyə imza atanda dolların məzənnəsi qalxarsa ona uyğun manat ilə borcunu ödəyəcəyini bilmirdi və müqavilədə də elə bir bənd olmamışdır. Buna görə də borcu üzrə hər ay üçün müəyyən edilmiş ödənişləri etmişdir və bu barədə qəbzləri də məhkəməyə təqdim etmişdir. Ümumiyyətlə, Azərbaycanda istehsal olan məhsul dollarla satıla bilməz və həmin mebel Saloğlunun istehsalı olmaqla, Azərbaycanda istehsal olunur. O, Azərbaycan manatı ilə müqaviləyə imza atmışdır. O, dolların hansı kursla hesablandığından məlumatsız olmuşdur, çünki o, ödəniş edən zaman ortada dollar məsələsi yox idi. O, ödənişi tam qurtaranda, yəni 2016-cı ilin yanvar ayında 43 manat ödəniş edəndə ona dollarla borcunun qalması barədə məlumat verməmişdilər. Bundan əlavə, o, borcunun olmasından 2021-ci ilin aprel ayında icra məmuru onu çağırdıqdan sonra məlumatlı olmuşdur. İcra məmuru ona 700 manat borcunun olmasını bildirmişdir. İddiaçının nümayəndəsinin bildirdiyi kimi dolların məzənnəsi 1.08 manatla hesablanacağı təqdirdə sentyabr ayının 5də 458 manat ödəyə bilər. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, mülki işin materiallarında olan 03.01.2015-ci il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən alqı-satqı qiyməti 2197,86 ABŞ dolları olan Kitab kahve markalı divan, 2 ədəd kitab kahve markalı kreslo, LG LED markalı televizor, sonorous markalı televizor altlığı almışdır. 03.01.2015-ci il tarixli təhvil-təslim aktından görünür ki, Əliyev X1 markalı divan, 2 ədəd kitab kahve markalı kreslo, LG LED markalı televizor, sonorous markalı televizor altlığını təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə Cavabdehnın Kitab kahve markalı divan, 2 ədəd kitab kahve markalı kreslo, LG LED markalı televizor, sonorous markalı televizor altlığı üçün ümumilikdə 436,90 ABŞ dolları borcu yaranmışdır. 15.03.2016-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur. 15.09.2016-cı il tarixli mədaxil qəbzindən görünür ki, “xxxx” MMC tərəfindən məhkəməyə ərizə verilərkən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən 436,90 ABŞ dolları borcun tutulması barədə tələb əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı “xxxx” MMC Cavabdeh qarşı məhkəmə əmri çıxarılması barədə məhkəməyə müraciət etdiklərindən 20 manat dövlət rüsumu ödəmişdir. Odur ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı, Cavabdeh dövlət nəfinə 10 manat dövlət rüsumu tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 436,90 (dörd yüz otuz altı dollar doxsan sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul Cavabdeh iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh dövlət nəfinə 10 (on) manat dövlət rüsumu tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-3114/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3114/2021
18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver