Məhkəmə qərarları › İş №2(010)-3121/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3121/2024

27.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3121/2024 27.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X2 iclas katibliyi ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1967-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi və maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. AR MPM-nin 317.2-ci maddəsinə görə məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə görə, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Prosessual qanunvericiliyin qeyd edilən göstərişlərindən aydın olur ki, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi üçün ərizə həmin şəxsin yaşayış yeri üzrə onun yaxın ailə üzvləri tərəfindən qaldırıla bilər, eyni zamanda ərizəyə həmin şəxsin psixi pozuntusunun olmasını göstərən tibbi sənədlər də əlavə edilməlidir. Prosessual qanunvericiliyin tələbinə görə, yuxarıda qeyd edilən qaydalara əməl edilməlkə verilən ərizədən şəxsin psixi pozuntusunun olmasına dəlalət edən ilkin sübutlar olduqda iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı ərizə verilərkən yuxarıda qeyd edilmiş prosedurların heç birinə əməl edilməmişdir. Belə ki, ərizəçi ərizəsində xx.xx.1967-ci il təvəllüdlü X1 onun anası olmasını bildirsə də, bunu təsdiq edəcək müvafiq sənədləri, eyni zamanda barəsində ərizə verilən şəxsin yaşayış yeri barədə sənədləri və barəsində ərizə verilən şəxsin psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilməsinə imkan verəcək, şəxsin psixi pozuntusunun olması haqqında sənədləri məhkəməyə təqdim etməmişdir. Ərizəçi ərizəsinə yalnız oxunması mümkün olmayan bir neçə resept nüsxəsini əlavə etmişdir. Eyni zamanda, hazırkı iş icraata qəbul edilərək ilkin məhkəmə hazırlığı təyin edilsə də, ərizəçi məhkəmə hazırlıq iclasına gəlməmiş və işin davam etdirilməsi üçün zəruri olan sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarına dəyişikliklər edilməsi barədə 24 dekabr 2021-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1- 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, hazırkı ərizə baxılmamış saxlanılmalıdır. AR MPM-nin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259.0.6, 260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. İzah olunsun ki, ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, onun surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar