Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3124/2024 31.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X* iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs DƏDKR X6 * saylı Bakı Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxs DƏDKR X6 * saylı Bakı Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış massivi küçəsi ev 30, mənzil *2 ünvanında yerləşən mənzilinə dair Suraxanı rayonu X2 *6 saylı, 20.09.*99*-ci il tarixli qərarının ona, yəni xx.xx.*960-cı ildə anadan olmuş Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli fakt məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış massivi küçəsi ev 30, mənzil *2 ünvanında yerləşən mənzil Suraxanı rayonu X2 *0.*0.*99*-ci il tarixli 039983 saylı orderə əsasən ona və ailə üzvlərinin istifadəsinə verilmişdir. Orderdə adı ƏrizəçiB kimi göstərilmiş, adı və soyadı tam formada qeyd edilməmişdir. Lakin həmin orderin verilməsinə əsas olmuş 20.09.*99*-ci il tarixli *6 saylı qərarda adı "Ərizəçi" əvəzinə "Ərizəçi Belyamin oğlu" kimi göstərilmişdir. O, hal-hazırkı vaxtadək orderlə ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış massivi küçəsi ev 30, mənzil *2 ünvanında yerləşən evdə yaşayır. Hal-hazırda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış massivi küçəsi ev 30, mənzil *2 ünvanında yerləşən evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsi zərurəti yaranmışdır. Hal-hazırda həmin fərdi yaşayış evinə dair onun mülkiyyət hüququm tanınmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini zəruridir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış massivi küçəsi ev 30, mənzil *2 ünvanında yerləşən mənzilin onun adına daşmmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, ona 3*.07.2023-cü il tarixli 3-2*-3-30/2-26966/2023, **********66 saylı imtina məktubu ilə bildirilmişdir ki, qeyd olunan mənzilə dair Suraxanı rayonu X2 indiki (Suraxanı rayon İcra Hakimiyyəti) *6 saylı, 20.09.*99*-ci il tarixli qərarında ata adınız Belyamin (Ərizəçi Belyamin oğlu) kimi qeyd edilmişdir. Həmin sənəddə müvafiq dəyişikliyin edilməsi Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığından, sənədin şəxsə məxsus olması barədə Mülki Prosessual qanunvercilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi.
İş materialları.
5. Doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*960-cı il tarixdə anadan olmuşdur.
6. 40*0*23 nömrəli Hərbi biletin surətindən görünür ki, həmin sənəd xx.xx.*960-cı il tarixdə doğulmuş Ərizəçi məxsusdur.
7. Suraxanı rayonu X2 *6 saylı, 20.09.*99*-ci il tarixli qərarının surətindən görünür ki, ərizədə qeyd olunan mənzil “Ərizəçi Belyamin” oğluna məxsusdur.
8. Suraxanı rayonu X2 *0.*0.*99*-ci il tarixli 039983 saylı orderinin surətindən görünür ki, qeyd olunan mənzil Qurbanəbyov Ç.B-yə məxsus olması qeyd olunmuşdur.
9. AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X6 * saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanlanmış 3*.07.2023-cü il tarixli məktubundan görünür ki, qeyd olunan mənzilə dair Suraxanı rayon XDS İK-nin (indiki Suraxanı RİH) *6 saylı, 20.09.*99*ci il tarixli qərarında ərizəçinin ata adı Belyamin (Ərizəçi Belyamin oğlu) kimi qeyd olunmuşdur. Qeyd olunan uyğunsuzluq aradan qaldırıldıqdan sonra müraciətinə yenidən baxıla bilməsi qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun **.* -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun *5-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. *0. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, Ərizəçi onun dayısı oğludur. Ərizəçinin atasının adı Binyamindir. **. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, Ərizəçi onun dayısı oğludur. Ərizəçinin atasının adı Belyamin yox, Binyamindir. Sənəddə ata adı səhv qeyd edilmişdir.
İşin faktiki halları.
*2. İşin faktiki halları ondan ibarətdir ki, Ərizəçi atasının adının Binyamin olduğunu, lakin hazırki yaşadığı mənzilə dair Suraxanı rayonu X2 *6 saylı, 20.09.*99*-ci il tarixli qərarında atasının adı səhvliklə Belyamin kimi qeyd edildiyini bildirir. Hesab edir ki, məhkəmə qaydasında həmin mənzilə dair hüquq müəyyənedici sənədinin ona - Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir.
Tətbiq edilən hüquq. *3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*4. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı Qərarı.
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.*. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
Məhkəmənin mövqeyi.
*5. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. *6. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ərizəçi atasının adı doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində, hərbi biletdə və s. Binyamin qeyd edilmiş, lakin təkcə Suraxanı rayonu X2 *6 saylı, 20.09.*99*-ci il tarixli qərarında səhvliklə Belyamin kimi qeyd edilmişdir. Eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilən şəxslər də bildirmişdir ki, ərizəçinin atasının adı Belyamin yox, Binyamindir. *7. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normaları baxımdan hesab edir ki, hazırki ərizənin təmin edilməməsi üçün hər hansı əsas mövcud deyil və ərizə təmin edilməklə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" yaşayış massivi küçəsi, ev 30, mənzil *2 ünvanında yerləşən mənzilə dair Suraxanı rayon X2 *6 saylı, 20.09.*99*-ci il tarixli qərarının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Ona görə ki, işə əlavə edilmiş digər sənədlərdən də görünür ki, ərizəçinin ata adı Binyamin olmuş, lakin yuxarıda qeyd edilən sənəddə səhvən Belyamin qeyd edilmişdir.
Məhkəmə xərcləri
*8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. *9. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
2*. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" yaşayış massivi küçəsi, ev 30, mənzil *2 ünvanında yerləşən mənzilə dair Suraxanı rayon X2 *6 saylı, 20.09.*99*ci il tarixli qərarının Ərizəçi məxsus olması faktı müəyyən edilməli və iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
22. Şərh оlunаnlаrа əsаsən və MPM-in 2*6-220, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" yaşayış massivi küçəsi, ev 30, mənzil *2 ünvanında yerləşən mənzilə dair Suraxanı rayon X2 *6 saylı, 20.09.*99*-ci il tarixli qərarının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov