Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3153/2025 30.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizәçinin tәlәbi Ahıl yaşında olan X7 xx.xx.2007-ci ildən vəfat etdiyi xx.xx.2016-cı ilədək qulluq etməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi. Ərizәnin әsaslandırıldığı hallar Ərizəçi 02 aprel 1988-ci ildə X16 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, X10 X5, anası isə X12 olmuşdur. X1 X16 ilə birgə nikahından ərizəçinin həyat yoldaşı X8 başqa övladı olmamışdır. X2 ərizəçi və oğlu ailə qurduğu vaxtdan ölən günədək, xx.xx.2016-cı il tarixinədək onlarla birgə yaşamış və xx.xx.1937-cı il təvəllüdlü olduğundan, 70 yaşına çatanadək, eyni zamanda 70 yaşına çatdıqdan sonra yəni, xx.xx.2007-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək ərizəçi ona qulluq etmişdir. Qaynanasına da ondan başqa qulluq edən hər hansı şəxs olmadığından, 1988-ci ildən rəhmətə getdiyi günədək xx.xx.2016-cı ilədək qaynanası onun himayəsində yaşamışdır. Belə ki, qaynanasına ondan başqa baxan şəxs olmamışdır. Qaynanası xx.xx.1937-cu il təvəllüdlü olmaqla, 70 yaşı xx.xx.2007-ci ildə tamam olmuş və 79 yaşında rəhmətə getmişdir. Hal-hazırda ərizəçiyə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialına müraciət etsə də bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə, habelə ahıllara yaşı 70-ə çatmış şəxslərə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Eyni zamanda, qulluq olunan vəfat etmişdirsə, qeyd edilən sənədlər olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən sosial sığorta stajına daxil edilir. Ərizəçi ahıl qaynanasına 70 yaşına çatdığı vaxtdan və vəfat edənədək, yəni 79 yaşı tamam olanadək qulluq etdiyindən, onun bütün tələbatlarını təkbaşına ödədiyindən, hesab edir ki, ahıl yaşında olan X7 xx.xx.2007-ci ildən vəfat etdiyi xx.xx.2016-cı ilədək qulluq etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Ərizәyә etirazın dәlillәri Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı cəlb edilməklə “öhdədə olma faktı” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Daha sonra ərizəçinin ərizəsinə əsasən tələb “xx.xx.2016cı il tarixdə vəfat etmiş qaynanasına xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək qulluq etmə faktının müəyyən edilməsi” kimi dəqiqləşdirilmişdir. Hesab edirik ki, 2(010)- 3153/2025 nömrəli iş üzrə ərizənin dəqiqləşdirilməsinə dair ərizə əsassızdır və təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4- cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilən iş və digər fəaliyyət müddətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarlarının 1-ci bəndində Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsini qeyd edir. Ali Məhkəmənin qeyd olunan Plenum qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir.Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1 -ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1 ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması, yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü nəzərdə tutulur. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə ki, sözügedən məcəllənin 310-cu maddəsində ərizənin məzmunu və ərizəyə baxılması qaydası qeyd edilmişdir ki, həmin qaydaya əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini,yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasfnın 4.1 -ci bəndinə görə “Ahıllara qulluqetmə müddəti” əmək pensiyasının təyin edilməsi zamanı :patronajın təyin edilməsi barədə qərara əsasən; qulluq etməyə dair qulluqolunanın və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən nəzərə alınır. Ərizəçi tərəfindən sözügedən qaydada hər hansısa sübut təqdim edilməmişdir. Ərizəçinin ahıl qaynanasına qulluq etdiyi vaxtda aidiyyəti orqana müraciət edərək sözüügedən halı rəsmiləşdirməli olduğu müvafiq orqanlara qulluq hərəkətlərini bilavasitə icra etməyə başladığı dövrün sosial sığorta stajına daxil edilməsi üçün heç bir müraciət daxil olmamışdır. Konstitusiyada qeyd edilən ümumi müddəalara əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Yalnız pensiya hüququnun realizəsi üçün stajının çatmadığı qənaətinə gəldikdən sonra müvafiq məhkəməyə müraciət etmişdir. Bu vəziyyətdə ərizənin təmin edilməsi gələcəkdə pensiya hüququ çatmayan istənilən vətəndaşın ahıla qulluq faktını təsdiqlətmə yolu ilə çatışmayan stajlarını tamamlamasına dair yanlış məhkəmə təcrübəsi formalaşacaqdır. Qulluq faktını təsdiq edən akt mövcud olmadan qulluqetmə faktının təsdiqlənməsi konstitusion prinsiplərin pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Tәrәflәrin izahatı Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2007-xx.xx.2016-cı illər ərzində qaynanasına qulluq etmişdir. Yaşa görə pensiya təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edən zaman imtina edilmişdir. Qaynanasının bir oğlu olmuşdur, 1988-ci ildə evlənmişlər və o, evin tək gəlini olmuşdur. 5 övladı var. Əri kamaz sürücüsüdür. 2008-ci ildə 42 yaşı olmuşdur. 17 il işləmiş, lakin sonradan qaynanasına qulluq etməli olmuşdur. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Ərizəçinin müraciəti ətraflı araşdırılmışdır, imtina məktubu göndərilmişdir. Ərizənin təmin edilməməsini məhkəmədən xahiş edir. Şahid ifadәsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində göstərdi ki, Ərizəçi qonşusudur. Ərizəçi qaynanasına yaxşı baxırdı, onunla 1987-ci ildən qonşudurlar. Qaynanası 2008-ci ildən xəstə idi. 5 uşağı var. Həyat yoldaşı sürücü idi. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Ərizəçi X6 tək gəlnidir. X12 xəstə idi. İflic olmuşdu. Şəkər xəstəsi idi. 3 il idi ki, xəstə yatırdı. Arada sırada onlara gəlirdi. Ərizəçinin əri sürücüdür. İş olmayanda evdə olurdu. Sonra daimi işlədi. İş materialları ИЕ №244797 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 və X13 nikaha daxil olmuş, arvada Qasımova soyadı verilmişdir. A3 №0921068 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X5, anası isə X9r. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X18 arasında nikah xx.xx.1988-ci il tarixdə bağlanmışdır. AZ-İ № 789753 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. xx.xx.2025-ci il tarixli №01 saylı arayışdan görünür ki, İlham Qasımovun anası 1957ci ildən vəfat edənədək bu müəssisədə poliklinik qeydiyyatda olub, daim poliklinikanın xidmətlərindən istifadə edib. 2008-ci il mart ayında vəziyyəti ağırlaşıb ağır yataq xəstəsi olmuş, xx.xx.2016-cı ildə vəziyyəti kəskin ağırlaşıb, xx.xx.2016-cı ildə isə vəfat etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 şəxsinin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-Q-90778/2025 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, təqdim etdiyiniz sənədlərin surətlərində olan məlumatlara əsasən xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək övladlarınıza qulluq etdiyiniz müddət də nəzərə alınmaqla cəmi sığorta stajınız 17 il 5 ay 20 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsase 01.01,2006-cı il tarixindən 01,07.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığon hissəsində pensiya kapitalı qeydə alınmayıb.Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa göı əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərc tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təy edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvaf qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilər uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxılacaqdır. Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyə etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və y 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslər; qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, b növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasf’nın 4.1.8-ci maddəsinə əsasə əmək pensiyasının təyin edilməsi zamanı ahıllara qulluq dövrü patronajın təyin edilmə: barədə qərar, qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmi funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisn olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdi ərizələri, qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyə edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosi; sığorta stajına daxil edilir.X7 qulluq etməyinizlə əlaqədar məhkəməni qanuni qüvvəyə minmiş qərarını təqdim etmədiyiniz üçün sözügedən dövrün sığort stajınıza daxil edilməsi mümkün hesab edilmir. Fəridə Qasımovaya qulluq etməyinizlə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarını təqdim etdikdən sonra təkrar müraciətini əsasında yaşa görə əmək pensiyası hüququnuza yenidən baxılacaqdırərizəçinin hüquqi fakt qismində müəyyən etmək istədiyi tələb əsassızdır və təmin edilməməlidir. ИТ-İ №1765521 saylı 11 sentyabr 1985-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, X16 xx.xx.1985-ci il tarixdən hal-hazıradək müxtəlif yerlərdə sürücü vəzifəsində işləmişdir. Tәtbiq edilәn hüquq Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 14.5 Bu Məcəllə ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir 67-1.1 bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. 67-1.2 Birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1 Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.11 Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308 Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1 Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Əmәk pensiyaları haqqında” Azәrbaycan Respublikası Qanunu 21.2.4-cü Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Müvafiq icra hakimiyyəti orqanı dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. “Əmәk pensiyalarının tәyin edilmәsi, hesablanması, yenidәn hesablanması, bir növdәn başqa növә keçirilmәsi vә ödәnilmәsi” Qaydası 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə:
1. patronajın təyin edilməsi barədə qərara əsasən;
2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;
3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən.
Mәhkәmәnin mövqeyi Hazırda ərizəçi, özünün xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək müddət ərzində ahıl qayınanası X7 qulluq etməsi faktının müəyyən edilməsini istəyir. Faktın müəyyən olunması ərizəçiyə təsdiq olunmuş müddətin pensiya stajına daxil olması üçün lazımdır. Ərizəçi bildirir ki, onun qaynanası Fəridə Qasımovanın 2007-ci ildən ölənə qədər qulluğa ehtiyacı olmuş, bu səbəbdən o, onun yanında qalaraq əmək fəaliyyəti ilə məşğul olmaqdan məhrum olmuşdur. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə müəyyən edir ki, ərizəçi 5 uşaq anası olmaqla Fəridə Qasımovanın yeganə övladı olan İlham Qasımovun arvadı olmuş, xx.xx.2007-ci ildən sonra əmək fəaliyyəti ilə məşğul olmamış və qaynanası vəfat edən xx.xx.2016-cı il tarixinədək ona qulluq etmişdir. İş materiallarından məlum olur ki, ərizəçinin əri İlham Qasımov 1985-ci ildən bu günədək müxtəlif yerlərdə sürücü vəzifəsində çalışır. X3 ehtiyacı olan zamanlarda onun yeganə övladı olan İlham Qasımov işləmiş, qulluğa ehtiyacı olan ahıl şəxsə ərizəçi gəlni Ərizəçi qulluq etmişdir. Məhkəmə iş materiallarına (ərizəçinin izahatı, şahid ifadələri, həkim arayışları) əsasən müəyyən edir ki, ərizəçinin X2 ərizədə qeyd edilən dövrlərdə qulluğa və xüsusi nəzarətə ehtiyacı olmuşdur. Bundan başqa, iş materiallarından o da müəyyən edilir ki, ərizəçinin əri mərhum Fəridə Qasımovanın yeganə övladı olmuş və onlar bir evdə yaşamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçinin qulluğa ehtiyacı olan ahıl qayınanasına qulluq etmək üçün işləmək imkanından məhrum olması ağlabatan və labüd olmuşdur. Məhkəmə xatırladır ki, iş üzrə maraqlı şəxs ərizəyə etirazının dəlillərində bildirmişdir ki, “hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsəsən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Maraqlı şəxsin qeyd edilən dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, ərizəçi müvafiq quruma müraciət edərək, qaynanasının 70 yaşının tamam olduğu 2007-ci ildən vəfat etdiyi günədək onun himayəsində olduğunu və qulluq etdiyini nəzərə alaraq həmin dövrün sığorta stajına daxil edilməklə ona əmək pensiyası təyin edilməsini istəmiş, müraciətinə yuxarıda adı çəkilən arayışı əlavə etmişdir. Lakin, maraqlı şəxs bundan imtina etmiş, imtina məktubunda ərizəçinin ümumi sığorta stajının övladlarına qulluq etdiyi dövr də nəzərə alınmaqla 17 il 5 ay 20 gün təşkil etdiyini bildirmiş və qaynanasına qulluq dövrünün təsdiqini tapmadığı üçün həmin dövrü sığorta stajına daxil etməkdən imtina etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki icraat çərçivəsində aparılmış tədqiqata əsasən ərizəçinin ahıl qaynanası Fəridə Qasımovaya xx.xx.2007-ci ildən vəfat etdiyi xx.xx.2016-cı ilədək qulluq etməsi faktı müəyyən edildiyindən və eləcə də bunun başqa qaydada müəyyən edilməsi mümkün olmadığından ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuş Ərizəçi xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək olan müddət ərzində ahıl X2na qulluq etməsi faktı müəyyən edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova