Məhkəmə qərarları › İş №2(010)-319/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-319/2022

26.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-319/2022 26.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Cəltənət Ələsgər qızının katibliyi, İddiaçı, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “ aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı ünvanına cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız yazılmış 1270,17 manat borcun və yeni quraşdırılmış sayğacın dəyərinə görə hesablanmış pul vəsaitinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Qeyd olunmuş yaşayış sahəsinə quraşdırılmış qaz sayğacı, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sökülüb dəyişdirilmiş və vəzinəndə digə syğac quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plomb üzərində olmuşdur. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçının köhnə qaz sayğacın apaldıqdan bir müddət sonra məlumat vermişdirlər ki, sayğacda problem olub və iddiaçı bununla bağlı sayğacın pulunu ödəməli dir. Qaz idarəsinin əməkdaşları iddiaçıya qaz sayğacının zədələndiyini və bu səbəbdəndə 1270,17 manat sayğacın dəyəri və manat əlavə sərfiyyat haqqı kimi borcun ödənilməsini tələb etmişlər. İddiaçı istehlakçı olaraq öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və istifadə etdiyi təbii qaza görə dövlətə olan borcu ödəmişdir. İddiaçı tərəfindən sayğaca müdaxilə edilməmişdir. Odur ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı əsassız olaraq hesablanmış 1270,17 manat borcun və quraşdırılmış sayğacın pulunun silinməsinə dair qətnamə qəbiul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verdi. Həmcinin əlavə etmişdir ki, yeni sayğac qoyulandan sonra ona məlum olmuşdur ki, sökülən qaz sayğacı ekspertizaya aparılmışdır və yararsız hesab olunmuşdur. Onun köhnə qaz sayğacını apardıqdan bir müddət keçdikdən sonra “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən ona sayğacda problem olduğunu və buna görə də 1270,17 manat məbləğində borcun ödənilməsini tələb etmişlər. Akt təqdim edilməmiş və aktda soyadının “imtina” qeydi aparılmışdır. Qaz sayğacına tərəfindən hec bir müdaxiləsi olmamışdır. Həmçinin qeyd edir ki, evindən yanğın baş vermiş, uzun müddət heç kəs yaşamamış, yanğın aktını da iş materiallarına əlavə etmişdir. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirərək İddiaçı iddia tələbi əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş edir. Borcun açıqlaması - 9/2016 tarix üçün 203.20 manat - mexaniki sayğac sərfiyyat borcunun olduğunu, 2/2017 tarix üçün 97.20 manat – laboratoriya rəyi əsasında itirilmiş qaz sərfiyyatıın hesablanması nəticəsində yaranan borc, 10/2017 tarix üçün – laboratoriya rəyi əsasında itirilmiş qaz sərfiyyatıın hesablanması nəticəsində yaranan borc, 11/2017 tarix üçün 417.20 manat – laboratoriya rəyi əsasında itirilmiş qaz sərfiyyatıın hesablnması nəticəsində yaranan borc, 2/2018 trix üçün 4.20 manat çıxarıan sayğac üzərində göstəriciyə örə borc, 8/2017-ci il tarix üçün 1.1 manat çıxarılan sayğac üzərində olan göstəriyə olan borc, ümumilikdə 1270,18 manat borcun olduğunu qeyd etmişdir. Həmçinin qaz sayğacına müdaxilənin bu qədər çox olmasını adi təsadüf deyil, iddiaçının qərəzli hərəkətlərlə bağlı olduğunu qeyd etmişdir. 2016-cı ildə olan borcu qaz sərfiyyatı ilə əlaqəli olduğunu bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilə ilə istehlakçı X1 məxsus ünvan 2 ünvanı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qazla təchiz edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən İddiaçı Rüstəm qızı 1602AZ**********42 nömrəli Smartkart tipli qaz saygacı 13 mart 2017ci il tarixli labortaoriyanın 29/1710-00071-1 saylı MSK-ya əsasən G-4 saylı 1602AZ**********48 sayğacın çıxış plastmas borusu knar təsiri nəticəsində deşilmişdir. Dəymiş ziyanın hesablanmasına dair göstəriş verilmişdir. 08 avqust 2017-ci ildə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib olunaraq, smart itron tipli G-4 markalı 1602AZ**********42 nömrəli sayğac yenisi ilə əvəzlənərək Dövlət yoxlamasına göndərilmişdir. “Azəriqaz” İstehsalat Birliyinin SOKAR**********30991710X00946 saylı, 14 avqust 2017-ci il tarixli məktubuna əsasən SOCAR Qaz sayğaclarına nəzarət komissiyası tərəfindən Bakı RQÖQX Departamentinin xidməti ərazisində əhali sektorunda istismarda olan qaz sayğaclarına 16 avqust 2017-ci il tarixdə ərzində aparılmış təftiş işləri nəticəsində 1602AZ**********42 nömrəli Smartkart tipli qaz saygacı 15 sentyabr 2017-ci tarixli yoxlama aktı nəticəsində yararsız hesab olunmuşdur. Həmin rəyə əsasən **********00060 abonentin kodu olan smart itron tipli G-4 markalı 11602AZ**********42 nömrəli sayğacın yararsızlığın səbəbi “ kənar təsiri nəticəsindən saygacın çıxış platsmas borusu deşilmişdir” kimi qeyd edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 29 sentyabr 2017-ci il tarixli akta əsasən İddiaçı Rüstəm qızı 1402AZ**********888 nömrəli Smartkart tipli qaz saygacı xx.xx.2017-ci il tarixli laboratoriyanın 29/1710-00946-1 saylı MSK-ya əsasən G-4 1602AZ**********42 xətaları normadan artıq olduğuna görə kənar əstir nəticəsndə çıxış plastmas borusu deşilməklə, dəymiş ziyan hesablanmışdır. 13 dekabr 2019-cu ildə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib olunaraq, smart itron tipli G-4 markalı sayğacın oğlurlanması müəyyən edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 16 fevral 2017-ci il tarixli akta əsasən İddiaçı Rüstəm qızı 1402AZ**********888 nömrəli Smartkart tipli qaz saygacı hesablama mexanizmi işləmədiyinə, sərfiyyatın qeydə alınmasına görə yenisi ilə əvəz edilmişdir. 16 fevral 2017-ci il tarixli laboratoriyanın 29/1710-00071-1 saylı MSK-ya əsasən G-4 saylı 1602AZ**********48 sayğacın çıxış plastmas borusu kənar təsiri nəticəsində deşilmişdir. Dəymiş ziyanın hesablanması müəyyən edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 26 aprel 2018-ci il tarixli akta əsasən 12 aprel 2018-ci il tarixli laboratoriyanın 29/1710-00118-1 saylı MSK-ya əsasən G-4 saylı 1402AZ**********88 sayğacın çıxış plastmas boru deşilmiş və dəymiş ziyan hesablanmışdır. “Azəriqaz” İstehsalat Birliyinin SOKAR**********30991710X00071 saylı, 23 yanvar 2017-ci il tarixli məktubuna əsasən SOCAR Qaz sayğaclarına nəzarət komissiyası tərəfindən Bakı RQÖQX Departamentinin xidməti ərazisində əhali sektorunda istismarda olan qaz sayğaclarına 02 fevral 2017-ci il tarixdə ərzində aparılmış təftiş işləri nəticəsində 1602AZ**********42 nömrəli Smartkart tipli qaz saygacı 30 mart 2017-ci tarixli yoxlama aktı nəticəsində yararsız hesab olunmuşdur. Həmin rəyə əsasən **********00060 abonentin kodu olan smart itron tipli G-4 markalı 11602AZ**********42 nömrəli sayğacın yararsızlığın səbəbi “ kənar təsiri nəticəsindən saygacın çıxış platsmas borusu deşilmişdir” kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 21 iyun 2018-ci il tarixli “Yanğın haqqında akt” a əsasən komissiya üzvləri olan Azərbaycan Respulikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 4-cü, Ərazi Dövlət Yanğın Nəzarəti, İdarəsinpn baş inspektoru d/x mayoru, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kalinin küçəsi, ev 1 sahibi X3 ilə birlikdə 15 iyun 2018-ci il tarixdə Suraxanı rayonu, Yeni Surxanı qəsəbəsi, Kalinin küçəsi, ev 1-də baş vermiş yanğın haqqında akt tərtib etmişlər. Həmin akta əsasən həmin ünvanda yanğın baş verib evin sahibi İddiaçı ailə üzvləri ilə birlikdə evi tərk etmişdir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Biliyi tərəfindən verilmiş 13 dekabr 2019cu il tarixli abonentin saldosundan görünür ki, **********00060 saylı abonent X2 1270,18 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 1270,17 manat məbləğində borc hesablanmış və istehlakçı isə cavabdehin hesablamış olduğu həmin borc məbləği ilə razılaşmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı tərəfindən - istehlakçının müvafiq müraciəti olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, qaz paylayıcısı ilə müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə qazın verilməsini dayandıra bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin həyətində deyil, ondan kənarda yolda yerləşdirilmişdir. İddiaçının mənzilində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı qanunsuz və əsassız tələb irəli sürmüş, yəni istehlakçıdan itirilmiş qaz sərfiyyatına görə pul tələb etmişdir. Cavabdehin öz etirazında qeyd etdiyi 2016-cı ilin sentyabr ayı üçün 203.20 manat olan sərfiyyat borcunun tutulmasına dair dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, öhdəliklərin xitamı üçün müddətləri nəzərdə tutan Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, hazırkı tələbə kəsici müddət tətbiq etməklə işdə olan abonent kartı üzrə 2016-cı ilin sentyabr ayı iddiaçının elektrik enerji sərfiyyatına görə yaranan borcu 203,20 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və İddiaçı, yaşadığı ünvan 1 ünvanına (abonent kodu: **********00060) hesablanmış 1270,17 manat məbləğində borc “Azəriqaz” İstehsalat Birliyi tərəfindən silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvanına (abonent kodu: **********00060) hesablanmış 1270,17 (min iki yüz yetmiş manat on yeddi qəpik) manat məbləğində borc “Azəriqaz” İstehsalat Birliyi tərəfindən silinsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar