Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3203/2025 18.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə və Dövlət Sosial Müdafiə Fonduna qarşı “ahıl şəxsə qulluq etmə faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1944-cü ildə anadan olmuş anası X3 70 yaşı tamam olduğundan xx.xx.2014-cü ildən ona qulluq etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu işə cəlb olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3486/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə və Dövlət Sosial Müdafiə Fonduna qarşı “ahıl şəxsə qulluq etmə faktının müəyyən edilməsi”nə dair ərizəsi baxılmamış saxlanılmış və Ərizəçi ümumi əsaslarla iddia ərizəsi ilə ərazi aidiyyati üzrə müvafiq rayon məhkəməsinə müraciət etmək hüquqları izah edilməsi qərara alınmışdır. Ərizəçi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3486/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından xx.xx.2025-ci il tarixdə şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2499/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2486/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş və ərizənin icraata götürülməsi üçün mülki iş məhkəməyə göndərilmişdir. Ərizəçi ərizəyə uyğun izahat verərək bildirmişdir ki, anası X6 xx.xx.1944-cü ildə anadan olmuşdur. Onun anası uzun müddətdir ki, urəyin işemik xəstəliyi, ateroskreloz, kartioskreloz, hipertaniya xəstəliyi İİ tip, şəkərli diabet İİ tip xəstəliklərindən əziyyət cəkmiş və vəfat etmişdir. Ona uzun illər ərzində qulluq etmiş və ona patronaj təyin olunması barədə notarial qaydada ərizə vermişdir. 2024-cü ilin əvvəlində o ahıl şəxsə qulluq etməsi ilə bağlı Suraxanı RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, lakin onun xahişinə uyğun olmayan başqa şəkildə imtina vermişlər. Hazırda onun ərizəsi patron təyin olunması ilə bağlı deyil, iş stajı faktının müəyyən edilməsi ilə bağlıdır. O, pensiya yaşına 2044-cü ildə çatacağından ahıl şəxsə qulluq etməsi faktının müəyyən edilməsi çətin olacaqdır. Onun ərizəsi iş stajının müəyyən edilməsi ilə bağlıdır. Maraqlı şəxs Suraxanı İcra Hakimiyyəti bundan imtina etdiyinə görə onun ahıl şəxsə 2014-cü ildən başlayaraq qulluq etmə faktını təsdiq edə bilən sənədləri başqa qaydada əldə edə bilmək imkanı yoxdur. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə rəsmi etiraz təqdim edərək bildirmişdir ki, ərizəçi valideyni X4 qulluqetmə faktının müəyyən edilməsini xahiş etmiş və bildirmişdir ki, o, pensiya yaşına 2044-cü il tarixdə çatacaqdır. Bu səbəbdən də hal-hazırda onun qulluq faktının təsdiqlənməsi heç bir hüquqi nəticə yaratmır. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə görə “Ahıllara qulluqetmə müddəti” əmək pensiyasının təyin edilməsi zamanı : 1.patronajın təyin edilməsi barədə qərara əsasən; 2.qulluq etməyə dair qulluqolunanın və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən, 3.qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən nəzərə alınır. Ərizəçi qulluq dövrünü təsdiq edən akt, qərar və ərizə mövcud deyildir. Qulluq faktını təsdiq edən akt mövcud olmadan qulluqetmə faktının təsdiqlənməsi konstitusion prinsiplərin pozulmasına gətirib çıxarır. Bundan əlavə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarını 14-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Qeyd olunanlara əsasən ərizənin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən qaldırılan hazırkı məsələ xəstəyə və ahıl şəxsə qulluq edilməsi faktı ilə bağlıdır. Məhkəmə hesab edir ki, ərizəçinin ahıla və xəstə şəxsə qulluq etmə müddətinin müəyyən edilməsi barədə xahişə hüquqi əhəmiyyəti olan fakt kimi mülki məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür. Belə ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 21.1.-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.-ci maddəsinə əsasən sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3.-cü bəndinə əsasən həmin Qanunun 1.0.2-ci, 11.1-ci, 18.6-cı, 21.2.2-ci, 21.2.4-cü, 23.1-ci, 25-ci, 28-ci, 29.1-ci (ikinci halda), 29.3-cü, 30.1-ci (birinci və ikinci cümlələrində), 30.1-1-ci, 31.1-ci, 31.1-1ci, 31.2-ci və 32.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Qeyd olunan qanunvericiliyin tələbinə əsasən habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddətinin müəyyən edilməsi səlahiyyəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyindən hazırkı ərizəyə məhkəmə tərəfindən baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.3.-cü bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.
14. Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki, ahıl və xəstə şəxsə qulluq etmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməz olduğundan Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə və Dövlət Sosial Müdafiə Fonduna qarşı “ahıl şəxsə qulluq etmə faktının müəyyən edilməsi”nə dair mülki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam veriməlidir.
Beləliklə, Suraxanı rayon məhkəməsinin 2(010)-3203/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə və Dövlət Sosial Müdafiə Fonduna qarşı “ahıl şəxsə qulluq etmə faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə icraata xitam verilməsini nəzərə alıb, məhkəmə hesab edir ki,məhkəmə qərardadı qanuni qüvvəsini almadan ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Ərizəçi büdcədən geri qaytarılması mümkündür. Qeyd olunan qanunların tələbinə görə məhkəmə hesab edir ki, ərizəçi tərəfindən irəli sürülmüş tələb üzrə hazırkı işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməli və həmin orqanın hərəkət və hərəkətsiziliyindən inzibati qaydada inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 279, 263-264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı : Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə və Dövlət Sosial Müdafiə Fonduna qarşı “ahıl şəxsə qulluq etmə faktının müəyyən edilməsi”nə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçiyə hazırkı tələblə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, **********42-li qəbz) dövlət büdcəsindən Ərizəçi geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Leyla Talıbova