Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-321/2022 21.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 10.03.1982-ci ildə Bakı şəhərində anadan olmuş oğlu X1 əziyyət çəkdiyi psixi xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizə tələbini müdafiə edib izahatında bildirdi ki, X6 onun doğma oğludur. 10.03.1982-ci il təvəllüdlü oğlu Afiz Hüseynov anadangəlmə xəstə doğulmuş və uşaqlıqdan ruhi xəstədir. Ona “ağır dərəcəli əqli gerilik” diaqnozu qoyulmuşdur. Anadangəlmə ruhi xəstə olduğuna görə 16 yaşına kimi ona xəstəliyi ilə bağlı müavinət təyin olunmuşdur. 18 yaşına kimi oğlu A.Hüseynov Bakı şəhəri Yasamal rayonu Nərimanov prospektindəki Ruhi-Əsəb dispanserində qeydiyyatda olmuş, 18 yaşı tamam olandan sonra oğlu Bakı şəhəri Nərimanov rayonu Montin qəsəbəsində yerləşən Ruhi- Əsəb Dispanserində qeydiyyata götürülmüşdür. 2011-ci ildə Montin qəsəbəsində yerləşən Ruhi-Əsəb Dispanseri bağlanandan sonra orada qeydiyyatda olan xəstələrin tibbi sənədləri yaşadıqları ərazilərdəki poliklinika və ya xəstəxanalara göndərilmişdir. Oğlunun tibbi kartoçkası da yaşadığı və qeydiyyatda olduğu əraziyə baxan Suraxanı rayonu 24 saylı Birləşmiş Şəhər Xəstəxanasına göndərilmişdir. 2011-ci ildə oğlu “ağır dərəcəli əqli gerilik F 72” diaqnozu ilə ruhi xəstə kimi 24 saylı Birləşmiş Şəhər Xəstəxanasının psixatriya kabinetində dispanser qeydiyyatına götürülmüş və indiyə kimi də bu diaqnozla həmin xəstəxanada qeydiyyatdadır. Oğlu uşaqlıqdan indiyə kimi əziyyət çəkdiyi psixi xəstəliklə əlaqədar mütəmadi olaraq müalicələr alır. 16 yaşı tamam olandan sonra oğluna əziyyət çəkdiyi psixi xəstəliyi ilə əlaqədar ömürlük 1-ci qrup əlillik dərəcəsi verilmiş və ona görə pensiya alır. Anadan olandan indiyə kimi oğlu onunla və ailə üzvləri ilə birgə yaşayır. X14 hər an, hər dəqiqə kənar şəxslərin yardımına və köməyinə ehtiyacı vardır, sərbəst olaraq müstəqil hərəkət edə bilmir. 1-ci qrup əlil olmaqla daima onun kənar şəxsin köməyinə ehtiyacı vardır. Oğlu psixi cəhətdən xəstə olması ilə əlaqədar öz hərəkətlərinin faktiki xarakterini, mənasını dərk etmir və onları idarə edə bilmir. Oğlunun üzərində qəyyum təyin edilməsi ilə bağlı 2021-ci ilin sentyabr ayında Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmiş, müraciətinə Suraxanı rayon İcra Hakimiyyətində baxılmış və təmin edilməmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Oktyabr rayon VVAQ şöbəsi tərəfində 03.İV.1982-ci il tarixdə verilmmş doğum haqqında şəhadətnamədən görünür ki, X6 10.03.1982-ci ildə doğulmuş və valideynləri Ərizəçi və X7r. Şəxsiyyət vəsiqəsindən görünür ki, X6 10.03.1982-ci ildə Bakı şəhərində doğulmuşdur. 137744 saylı vəsiqədən müəyyən olunur ki, X8 uşaqlıqdan birinci qrup əlildir. «X13» X15 1023 saylı 21.10.2021-ci i ltarixli arayışından görünür ki, 10.03.1982-ci ildə Bakı şəhərində anadan olmuş X8 psixiatriya kabinetində qeydiyyatdadır. İ qrup əlildir və Dz: «ağır dərəcəli fərqli gerilik». «Psixi sağlamlıq Mərkəzi» Publik Hüquqt şəxsin 9295 saylı 20.10.2021-ci il tarixli arayışından müəyyən olunur ki, 10.03.1982-ci il təvəllüdlü X8 20.10.2021-ci ildə tibbelmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş və diaqnozu: «ağır dərəcəli əqli gerilik F72. Azərbaycan Respublikası 031602 saylı arayışdan müəyyən olunur ki. 1982-ci il təvəllüdlü X8 uşaqlıqdan birinci qrup əlildir. Suraxanı rayon İcra Hakimiyyətinin 11.10.2021-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan müəyyən olunur ki, 10.03.1982-ci ildə Bakı şəhərində anadan olmuş övladı X2 üzərində qəyyum təyin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 07.01.2022-ci il tarixli 09 saylı rəyindən görünür ki, X3 Ağır dərəcəli əqli gerilik müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş zədəsi ilə anadan olması, erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalması, nitqinin inkişaf etməməsi, əqli geriliklə əlaqədar Bakı şəhər X5 müalicədə olması, ona müvafiq müalicələr təyin edilməsi, həmçinin əqli geriliklə əlaqədar məktəbdə oxumaması, 1998-ci ildən “Ağır dərəcəli əqli gerilik" diaqnozu ilə X9 psixiatriya kabinetində qeydiyyatda olması, hərbi xidmətdən azad edilməsi, psixi vəziyyəti ilə əlaqədar İ qrup əlil hesab edilməsi, 20.10.2021-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə edilərək “Ağır dərəcəli əqli gerilik F72” diaqnozunun müəyyən edilməsi, əqli geriliyi, fizioloji ifrazatları ilə natəmiz olması, stereotip olaraq qeyri-müəyyən hərəkətlər etməsi, səslər çıxarması, hal-hazırada yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə sakitləşdiciri müalicəni qəbul etməsi, göstərilənlərlə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı yoxlanılan şəxsdə ağır dərəcəli əqli gerilik və s.) sübut edir. X6 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X1 onda müəyyən edilən Ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, 10.03.1982-ci ildə Bakı şəhərində anadan olmuş X6 Ərizəçi oğludur. Ərizəçinin oğlu X4 Ağır dərəcəli əqli gerilik müəyyən edilir. O, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və 10.03.1982-ci ildə Bakı şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10.03.1982-ci ildə Bakı şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-321/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-321/2022
21.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver