Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-321/2025 07.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X7 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti) “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirmişdir ki, oğlu X6 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. Oğlu anadangəlmə ruhi xəstədir və “ağır kəmağıllıq, uşaq autizmi kanner sindromu” diaqnozu ilə müddətsiz birinci dərəcə əlildir. X1 öz hərəkətlərini ölçüb-biçə bilməsi, özünü idarə etməsi üçün ailə üzvlərinin köməyinə ehtiyacı vardır. Oğlu psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu şəkildə idarə etmək iqtidarında deyildir. X1 üzərində qəyyum təyin edilməsinə dair müraciətinə Suraxanı rayon İcra Hakimiyyətində bildirildi ki, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra baxıla bilər. Ona görə də o, məhkəməyə müraciət edir. Qeyd olunanların nəzərə alınmasını və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X13 izahat verərək bildirmişdir ki, ekspertiza rəyinə əsasən X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün əsaslar vardır və buna görə də ərizənin təmin olunmasına etiraz etmir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2006-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X8 Xəstəxanasının 1/2667 saylı xx.xx.2024-cu il məktubundan müəyyən olunur ki, X9 tərəfindən verilmiş 2284 saylı xx.xx.2024-cü il tarixli Rəy ilə, xx.xx.2006-cı il təvəllüdlü X4 uşaq autizmi-F84O diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Suraxanı rayon İcra Hakimiyyətinin Ərizəçi ünvanlandığı məktubunda bildirilir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317-ci və 321- ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin olunur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2006-cı il tarixdə doğulmuşdur, valideynləri X5 və Ərizəçidır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatından görünür ki, X4 “ağır kəmağıllıq, uşaq autizmi kanner sindromu” diaqnozu” ilə Birinci dərəcəli əlillik verilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-4853/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli 3801 saylı rəyi xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olmuşdur. Rəyin yekun hissəsində X3 Autizm spektrli şəxsdə dərin ağıl zəifliyi, davranış pozuntularının ilə müəyyən edildiyi, həmçinin X6 hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək iqtidarında olmadığı müəyyən edilmişdir. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X3 müəyyən edilən Autizm spektrli şəxsdə dərin ağıl zəifliyi, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol verilmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcələsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Normanın məzmunundan müəyyən olunur ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərindən yaxın qohumların valideynlərin, uşaqların, qardaş-bacıların ərizəsi üzrə qaldırıla bilər. Bundan başqa normadan müəyyən olunur ki, həmin ərizə müvafiq icra hakimiyyəti orqanının və psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə də qaldırıla bilər. Beləliklə, iş materiallarından müəyyən edildi ki, Ərizəçi xx.xx.2006-cı il təvəllüdlü X6 üzərində qəyyum təyin olunması üçün Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Suraxanı rayon İcra Hakimiyyətinin məktubu ilə ərizəçiyə bildirilmişdir ki, məhkəmənin qərarı olduqdan sonra o üzərində qəyyum təyin oluna bilər. Belə ki, X6 öz hərəkətləri üzərində nəzarəti həyata keçirə bilmir. Evdə nəzarətsiz qalması X2 həyatı üçün təhlükəlidir. Tibbi rəyə əsasən kənar şəxsin qulluğuna ehtiyacı vardır. Buna görə də onun üzərində qəyyum təyin olunması zəruridir. Odur ki, ərizəçi X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə X2 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi nəticəsinə gəlmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-321/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-321/2025
07.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver