Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3234/2023 11.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçinin tələbi. *. Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, bina *4, mənzil *9-da yaşayan, *96*-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etmişdir. Tələbin dəlilləri.
2. *96*-ci il təvəllüdlü anası bir neçə ildir ki, “Demensiya (Altsheymer)” xəstəliyindən əziyyət çəkir. Altsheymer xəstəliyi baş beynin əsasən gicgah və parental payın atrafıyası nəticəsində beynin “Neyri-degenerativ” xəstəliyidir. Həmin xəstəlik əqli geriliklə müşahidə olunur və nəticədə yaddaş zəifləməsi, qavrama və təfəkkür prosesləri ləngiyir. Həmin xəstəliyin tam müalicəsi yoxdur. Belə xəstələr özlərindən asılı olmadan xəta törədə bilərlər. Anası da bu xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını dərk edə bilmir və ona görə də o, onunla bir evdə yaşamaqla, ona özü qulluq edir. Anası bu xəstəliyi ilə bağlı öz hərəkətlərinin mənasını tam anlaya bilmədiyindən müəyyən hüquqi hərəkətlər edə bilmir. Ona görə də o, maraqlı şəxs Suraxanı rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək anasının onun qəyyumluğuna verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin oradan ona rəsmi olaraq bildirilmişdir ki, yalnız məhkəmənin anasının fəaliyyət qabilliyyəti olmayan hesab edilməsinə dair qətnaməsi olduğu halda bu məsələyə baxıla bilər. Qeyd edir ki, anasına ondan başqa baxan şəxs yoxdur. O xəstəliyi ilə əlaqədar faktiki olaraq fəaliyyət qabiliyyətsizdir. Kənar şəxsin qulluğuna ehtiyacı vardır.
Tərəflərin izahatları.
3. Maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi.
İş materialları.
5. AZE seriyalı, 08*05459 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 **.02.*96*-ci il tarixdə anadan olmuşdur.
6. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*985-ci il tarixdə anadan olmuşdur. X7, anası X3r.
7. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının Ərizəçi ünvanlanan *7.04.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi AR MPM-nin 3*7-ci və 32*-ci maddələrinə əsasən qəyyumun psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilməsi və bu səbəbdən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinin məqsədəmüvafiq olması bildirilmişdir.
8. AR Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, X5 F032 diaqnozu ilə qocalıq, ağıl zəifliyi xəstəliyindən çəkir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2023-cü il tarixli, 2747 №-li ekspert rəyində qeyd olunmuşdur ki, X* xəstəliyi nəticəsində demensiya, davranış pozuntuları ilə xroniki psixi xəstəlik müəyyən edilir. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə dörd il əvvəl yoxlanılan şəxsin psixi vəziyyətində dəyişikliklər biruzə verməsi, yaddaşında proqressiv artan zəifləmə, narahatlığı, nitqində pozuntu, qeyriadekvat davranışı, yerinə düşməyən hərəkətlə etməsi, son illər fizioloji ifrazatları ilə natəmizliyi, yuxusunun pozulmasının biruzə verməsi, AR SN Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2023-cü il tarixdən *3.03.2023-cü il tarixədək “Qocalıq. Ağıl zəifliyi” diaqnozu ilə stasionar müalicədə olması, həmçinin hazırki müayinə zamanı yuxarıda göstərilən psixi statusu və s.) sübut edir. X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün kifayət qədər əsaslar vardır. X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. X2 psixi vəziyyəti məhkəmədə iştirak etməsinə imkan vermir.
İşin faktiki halları.
*0. İş materiallarında olan sənədlərə və rəyə əsasən **.02.*96*-ci il təvəllüdlü X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
**. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
*2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 3*7. Ərizənin verilməsi 3*7.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 32*. Məhkəmənin ərizə üzrə qətnaməsi 32*.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
*3. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. *4. Belə ki, tərəfin izahatından və iş materiallarından müəyyən olunur ki, **.02.*96*-ci il təvəllüdlü X5 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. Qanunvericiliyin tələblərinə görə bu hal şəxsin fəaliyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasdır.
Məhkəmə xərcləri.
*5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. *6. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
*7. Beləliklə, məhkəmə ərizəçini dinləyib, məhkəmə psixitarik ekspertizasının rəyini nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, **.02.*96*-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. *8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi:
Ərizə təmin edilsin. **.02.*96*-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məmmədov