Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3237/2023 13.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X4, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə və “Azəriqaz” İstehsalat Birliyinin Bakı X*0 Departamentinə qarşı tələb olunan borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin Bakı X*0 Departamentinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabadehin ondan tələb etdiyi 2592,00 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, “Azəriqaz” İB-nin və “Azəriqaz” İB-nin Bakı X*0 Departamenti cavabdeh qismində tanımaqla ondan tələb etdiyi 2592,00 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişlər vaxtında ödənilmiş və tərəfindən qaz sayğacına heç bir zaman müdaxilə olunmamışdır. *4 aprel 2023-cü il tarixdə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin Bakı X*0 Departamenti əməkdaşları tərəfindən mülkiyyətində olan mənzilin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 6960*73 nömrəli və *9 aprel 2023-cü ildə cavabdehin əməkdaşları tərəfindən mülkiyyətində olan mənzilin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib etmişdir. “Azəriqaz” İstehsalat Birliyinin Bakı X*0 Departamentinin əməkdaşları tərəfindən 07 iyun 2023-cü il tarixdə məktub göndərərk göstərilib ki, onun ünvanında olan G-4 markalı 28255*6* nömrəli məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və metrologiya departamentinin verdiyi rəyə əsasən çıxarılmış sayğacın hesablama mexanizminin plasmast qapağının alt hissəsinin deşici alətlə deşilmiş olduğu rəyi verilmişdir. Məktubdan belə başa düşülür ki, guya 4 gün ərzində 2*600,0 kub metr (2592,00 manat) itirilmiş qaz həcmi müəyyənləşdirilmişdir. Sayğacın yararsız olması barədə isə heç nə yazılmamışdır. Həmin sayğac onun iştirakı olmadan küçədən, yəni yaşayış yerindən kənarda, heç bir qutu və qoruyucusu olmadan quraşdırılmış və sonradan isə onun iştirakı olmadan açılıb aparılmışdır. Ona yalnız bundan 4-5 gün sonra məlumat verilmişdir. Belə ki, *4 aprel 2023cü ilə qədər mənzilində əvvəlki qaz sayğacı olub və həmin tarixə qədər həmin sayğac işləyib, sayğacın göstəriciləri əsasında o, təbii qaza görə haqq ödəmişdir. Sayğacın nə səbəbdən dəyişdirildiyini isə bilmir. Həmin sayğac işlək vəziyyətə olmuşdur. Təzə qoyulmuş sayğac isə ona məlum olmayan qaz idarəsinin əməkdaşları tərəfindən açılaraq aparılmışdır. Ödəniş cədvəlindən görünür ki, o, hər ay orta hesabla 27-32 manat dəyərində qaz işlətdiyi halda 4 gün müddətində 2592,00 manat dəyərində qaz istifadə etməsi mümkün deyildir. Yazılmış akt qərəzlidir və 2592,00 manat pul tələb edilməsi tamamilə qanunsuzdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də əsassız olaraq hesablanmaqla ondan (iddiaçıdan) tələb olunan qaz sərfiyyatına görə 2592,00 manatın silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi X8 iddiaçının dediklərini təsdiq edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X9 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, həmin ünvanda *4 aprel 2023-cü ildə qaz xəttini açmışlar və köhnə saygacı açıb yenidən həmin ünvanda quraşdırmışlar. Lakin *8.04.2023-cü il tarixdə həmin ünvanda yeni sayğac quraşdırılmışdır. Köhnə saygaca laboratoriya rəyinə əsasən müdaxilə olunmuşdur. Ona görə də iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş X* əməkdaşları tərəfindən tərtib olunmuş *8 aprel 2023-cü il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında aktından müəyyən olunur ki, sayğac əvəzlənmişdir, sayğacın ekran hissəsində açıq gözlə görünən zədə və müdaxilə ehtimalı vardır. İş materiallarına əlavə edilmiş X5 tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı tərtib olunan aktlar üzrə qaz sərfiyyatına görə borcu 2592, 00 manat təşkil edir. İş materiallarına əlavə edilmiş X* əməkdaşları tərəfindən tərtib olunmuş *4 aprel 2023-cü il tarixli 6960*73 saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında aktından müəyyən olunur ki, sayğacın (plombun) çıxarılma səbəbi xəttdə köçürülmədir. Əvvəlki saygac cıxarılmış və yenidən quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş Saatlı RPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Bünyatov X3 rayonu, Soltanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AA seriyalı 259752 nömrəli məcburi köçgün vəsiqənin surətindən görünür ki, İddiaçı Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş dəymiş ziyanın bərpasına dair 30 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, *0x24x90=2*600 kv.m dəymiş ziyan həcmi hesablanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən ondan qaz sərfiyyatına görə dəyən ziyanı tələb edir. Məhkəmə qeyd edir ki, Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 28.**.20*6-cı il tarixli *8 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, həmin əlavənin cədvəl bölməsinin 4.*.*-ci və 4.*.2-ci şərtlərində illik istehlak həcmi dedikdə təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmi nəzərdə tutulur və həmin tariflər 0*.0*.20*7-ci il tarixdən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında *2.05.20**-ci il tarixli 80 saylı qərarının *.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvanda *4 aprel 2023-cü il tarixdə qaz xətti köçürüldüyündən köhnə saygac X* əməkdaşları tərəfindən çıxarılmış və həmin ünvanda yenidən köhnə saygac quraşdırılmışdır. *8.04.2023-cü il tarixdə həmin ünvanda olan qaz saygacı X* əməkdaşları tərəfindən çıxarılmış və yeni qaz saygacı quraşdırılmışdır. Bununla bağlı olaraq X* əməkdaşları tərəfindən iki dəfə akt tərtib olunmuşdur. Birinci dəfə tərtib olunmuş aktda qaz saygacına müdaxilə ilə bağlı heç nə qeyd olunmamış, dörd gün sonra tərtib olunmuş aktda isə saygacda gözlə görünən zədə və müdaxilə ehtimalı olması qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz tələb irəli sürmüşdür. “Azəriqaz” İstehsalat Birliyinin Bakı X*0 Departamenti “Azəriqaz” İstehsalat Birliyinə tabe olan təşkilat olduğundan məhkəmə iddia ərizəsini əsaslı hesab edib qismən təmin edir. Azərbaycan Respublikası MPM-nin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyinin İddiaçı (kod *0*225500*30000) itirilmiş təbii qazın dəyərinin hesablanması üzrə tələb etdiyi 2592 (iki min beş yüz doxsan iki) manat pul vəsaiti silinsin. İş üzrə ödənilməli olan 45,92 (qırx beş manat, doxsan iki qəpik) dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3237/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3237/2023
13.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver