Məhkəmə qərarları › İş №2(010)-324/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-324/2024

16.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-324/2024 16.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh* ASC-yə və "xxxx" ASC-nin Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı “elektrik enerjisindən istifadəyə görə qanunsuz yazılmış aktların etibarsız hesab edilməsi və hesablanmış enerji sərfiyyatı borcunun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh* ASC-yə və "xxxx" ASC-nin Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdeh Bakı Elektrik şəbəkəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 20**-ci il tarixli, *99646 №-li və 7577,26 manat məbləğində iddiaçıya məlum olmayan, iştirakı olmadan tərtib edilmiş aktların etibarsız hesab edilməsi və əsassız hesablanmış *9500 borcun atası Ağabəy Dardail oğlunun **05002060d00 saylı abonet kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizə verərək işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.**-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh* ASC-yə və "xxxx" ASC-nin Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı “elektrik enerjisindən istifadəyə görə qanunsuz yazılmış Aktların etibarsız hesab edilməsi və hesablanmış enerji sərfiyyatı borcunun silinməsi” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.**-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.**, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh* ASC-yə və "xxxx" ASC-nin Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı “elektrik enerjisindən istifadəyə görə qanunsuz yazılmış Aktların etibarsız hesab edilməsi və hesablanmış enerji sərfiyyatı borcunun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar