Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-325/2025 09.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.
1. Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2006-cı il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, keçmiş həyat yoldaşı X12 ilə xx.xx.1999-cu il tarixli rəsmi nikahlarından xx.xx.2006-cı il tarixdə X8 anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4828/2018 nömrəli qətnaməsi ilə X12 ilə aralarında olan nikah pozulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-472/2021 nömrəli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X11 atası Ərizəçi himayəsinə verilməsi qət edilmişdir. X8 anadangəlmə ruhi xəstədir. Onun xəstəlik diaqnozu “Autizm spektr pozuntusu, Kanner sindromu F84.0” xəstəliyidir. Oğlu 43 nömrəli Şəhər Poliklinikasının psixiatriya kabinetində dispanser qeydiyyatındadır. Quluzadə Emil 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsdir. 25 avqust tarixində 18 yaşına çatdığına görə qanunvericiliyə müvafiq olaraq əlillik dərəcəsi verilməsi üçün ərazi səhiyyə müəssisəsinə müraciət etmişdir. X8 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu şəkildə idarə etmək iqtidarında deyildir. Onun daim kənar şəxsin köməyinə ehtiyacı vardır. Anası ona baxmadığına və ondan imtina etdiyinə görə oğluna həmişə o baxmışdır. X3 üzərində qəyyum təyin edilməsinə dair müraciətinə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətindən bildirilmişdir ki, X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra baxıla bilər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
4. Məhkəmənin hazırlıq iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X18 bildirmişdir ki, ərizəçinin fəaliyyət qabiliyyətsizliyi ekspert rəyi ilə təsdiqlənəcəyi halda ərizənin təmin edilməsinə etirazları yoxdur.
5. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
6. Bakı şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 861175 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 (atası Ərizəçi, anası X12) xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyası, Moskva şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 2018 nömrə ilə qeyd edilmişdir.
7. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 43 nömrəli Şəhər Poliklinikası tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 1170 nömrəli arayışdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X17 “Uşaq autizmi, Kanner sindromu F84.0” diaqnozu ilə müəssisənin psixiatriya kabinetində dispanser qeydiyyatındadır.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X24 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2848 nömrəli cavab məktubunun surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X17 xx.xx.2022-ci il tarixdə direktor müavini, t.ü.f.d Gülnarə Musabəyova tərəfindən müayinə olunmuş və “Uşaq autizmi, Kanner sindromu F84.0” diaqnozu təyin edilmişdir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 8 nömrəli X15 tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan 1 ünvanlanmış xx.xx.2020-ci il tarixli, 243 nömrəli cavab məktubunun surətindən görünür ki, ünvan 2 ünvanında yaşayan xx.xx.2006-cı il təvəllüdlü X11 xx.xx.2011-ci il tarixdən 8 nömrəli X6 poliklinika şöbəsinin psixiatr kabinetində dispanser qeydiyyatında olduğu bildirilmiş, uşağın vəziyyəti ilə əlaqədar olaraq mütəmadi müalicə və psixopedoqoji məşğələlərin aparılması məsləhət görülmüşdür.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 4828/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X12 ilə cavabdeh X9 arasında xx.xx.1999-cu il tarixdə Sabunçu rayon qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, akt qeydləri kitabındakı 438 saylı nikah qeydinin ləğv edilməsi, xx.xx.2000-ci il təvəllüdlü X10 və xx.xx.2006-cı il təvəllüdlü X13 anaları X4 himayəsində saxlanılması, cavabdeh X2 xx.xx.2000-ci il təvəllüdlü X10 və xx.xx.2006-cı il təvəllüdlü X13 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin iddiaçı X5 xeyrinə tutulması qət edilmişdir.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 472/2021 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2006-cı il təvəllüdlü X11 atası Ərizəçi himayəsinə verilməsi qət edilmişdir.
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 141 nömrəli ekspert rəyindən görünür ki, X14 “autizm spektrli şəxsdə orta dərəcəli əqli geriliklə” müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə erkən psixofiziki inkişafda yaşıdlarına nəzərən geri qalması, nitqinin qeyri-aydın olmaqla kasad zəif inkişaf etməsi, autik şəxs kimi Bakı şəhər X7 müalicələrdə olması, “Uşaq autizmi, Kanner sindromu F84.0” diaqnozu ilə 43 nömrəli şəhər poliklinikasının psixiatriya kabinetində dispanser qeydiyyatında olması, ona müvafiq müalicələr təyin edilməsi, Psixi Sağlamlıq Mərkəzinə xx.xx.2022-ci il tarixdə direktor müavini t.ü.f.d Gülnarə Musabəyova tərəfindən müayinə olunaraq onda “Uşaq autizmi, Kanner Sindromu F84” diaqnozunun müəyyən edilməsi, əqli geriliyi, 3 saylı xüsusi məktəbdə formal olaraq təhsil alması, ara-sıra narahatlığı, qeyri adekvat gülməsi, hərdən fizioloji ifrazatları ilə natəmiz olması, psixi pozuntularla əlaqədar hər hansı işi müstəqil yerinə yetirə bilməməsi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırkı müayinə zamanı mimikasında laqeydlik biruzə verməsi, verbal kontakta praktiki olaraq daxil olmaması və s.) sübut edir. X17 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X17 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X14 müəyyən edilmiş Autizm spektrli şəxsdə orta dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir.
İşin faktiki halları.
13. xx.xx.2006-cı il təvəllüdlü X17 Ərizəçi oğludur.
14. Uşağın anası Gülzar Quliyeva və atası Elşən Qulizadə arasında bağlanmış nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşaqların (biri xx.xx.2006-cı il təvəllüdlü X17 olmaqla) anaları Gülzar Quliyevanın yanında qalması müəyyən edilmişdir.
15. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X11 atası Ərizəçi himayəsinə verilməsi qət edilmişdir.
16. xx.xx.2006-cı il təvəllüdlü Emil Quluzadə “uşaq autizmi, Kanner sindromu F84.0” diaqnozu ilə 43 nömrəli şəhər poliklinikasının psixiatriya kabinetində dispanser qeydiyyatındadır.
Tətbiq edilən hüquq.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317. Ərizənin verilməsi. 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi. 321.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Məhkəmənin mövqeyi.
19. Psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmayan X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş onun atasının ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün keçirilmiş psixiatrik ekspertiza nəticəsində fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsi üşün əsaslar olduğuna dair müvafiq rəy verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır.
Məhkəmənin gəldiyi nəticə.
20. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X17 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
21. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X17 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva