Məhkəmə qərarları › İş №2(010)-3263/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3263/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3263/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsiüzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-ti Cavabdeh qarşı “pul tələbi” barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 113,00 manat, hesablanmış cərimə borcuna görə 300,0 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla cəmi 433,00 manat pulun alınaraq İddiaçı MMC-nə verilinəsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, İddiaçı MMC, "MKT- Sabirabad” filialı və cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 17 *** **** saylı müqaviləyə əsəsən cavabdeh 1,5 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 3,0 ton xam-pambıq məhsulu istehsal edib İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh İddiaçıdan 113,00 manat məbləğində avans vəsait götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin nəticədə isə cavabdeh tərəfindən nəməlum səbəblərdən filiala xam-pambıq təhvil verilməyərək müqavilə şərtləri pozulmuşdur. Son nəticədə cavabdehin avans vəsaitə görə İddiaçıya 113,00 manat borcu qalmışdır. Cavabdehin borclu qalması İddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT-Sabirabad” filialı ilə Cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xampambığın 1 tonunun qiyməti 500 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 300,0 manat təşkil edir. Müqavilə üzrə təhvil verilməli idi: 3,0 ton; Verilib: 0,0 t Verilməmişdir: (3,0 t -0,0t) x 500manat = 1500.0 manat x 20% = 300,0 manat. Cavabdeh tərəfindən İddiaçının pretenziyasına cavab verilməmişdir. Cavabdeh 113,00 manat əsas borcdan əlavə 300,0 manat cərimə ödəməlidir ki, ümumi ödəniləcək borcun məbləği 413.00 manat təşkil edir. Odur ki, məhkəmədən cavabdehdən əsas borca görə 113,00 manat, hesablanmış cərimə borcuna görə 300,0 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla cəmi 433,00 manat pulun alınaraq İddiaçı MMC-nə verilinəsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izaһatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC-nin “MKT-Sabirabad” filialı və Cavabdeh arasında bağlanmış 17 *** **** saylı müqaviləyə əsəsən cavabdeh 1,5 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 3 ton xam-pambıq məhsulu istehsal edib İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Cavabdehin iddiaçıya müqavilənin icrası ilə əlaqədar təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə 113 manat 00 qəpik dəyərində əsas borcu yaranmışdır. Bundan əlavə müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyindən yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə 20% həcmində İddiaçıya cərimə ödəməlidir. Cavabdeh müqavilənin 4.2,-ci bəndinin tələbinə əməl etməmişdir. Odur ki, müqavilənin 4.2,-ci bəndinə əsasən cərimə məbləği hesablanmalıdır. Cərimənin hesablanması: Müqavilə üzrə təhvil verilməli idi: 3 ton; Verilib: 0 kq; verilməmişdir: 3 ton; müqavilə üzrə 1-ci növ xam pambığın 1 tonun satınalma qiyməti-500 manat 3t-0kq = 3tx 500 manat = 1500 manat x 20% = 300 manat. Beləliklə, xx.xx.2020-ci il tarixinə Cavabdeh İddiaçı MMC-nə 113 manat 00 qəpik əsas borc, 300 manat 00 qəpik cərimə borcu olmaqla cəmi 413 manat 00 qəpik borcu vardır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 17 *** **** saylı 2017-ci ilin mövsümü üzrə xam-pambığın alqı-satqısına dair İddiaçı MMC "MKT-Sabirabad” filialı və Cavabdeh arasında bağlanmış müqaviləyə əsəsən cavabdeh 1,5 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 3,0 ton xam-pambıq məhsulu istehsal edib İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar Babayev X1 113,00 manat məbləğində avans vəsait götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən”Alıcı” bu müqavilədə qeyd olunmuş son hesablaşma tarixinə əməl etmədiyi hallarda gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,01% miqdarında, lakin ödənilməyən məbləğin 0,5 faizindən artıq olmmaq şərtilə cərimə ödəməlidir. İş materiallarından görünür ki, cavabdehə borcun vaxtında ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Beləliklə də məhkəmə iclasında müəyyən olunmuş hallar ondan ibarətdir ki, İddiaçı MMC-nin “MKT-Sabirabad” filialı və Cavabdeh arasında bağlanmış 17 *** **** saylı müqaviləyə əsəsən cavabdeh 1,5 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 3 ton xam-pambıq məhsulu istehsal edib İddiaçıya satmağı öhdəsinə götürmüş və həmin müqavilənin icrası ilə əlaqədar cavabdehə 113,00 manat məbləğində avans vəsait ödənilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin icra edilməsi barədə sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 599.3.-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 599.4.-cü maddəsinə əsasən satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehdən əsas borca görə 113,00 manat, hesablanmış cərimə borcuna görə 300,0 manat pulun tutulması hissəsində iddia tələbi əsaslıdır və iddia tam təmin olunmalıdır. Bununla belə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə dəbbə borcunun 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Həmçinin, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh əsas borca görə 113,00 manat, hesablanmış cərimə borcuna görə 10 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla cəmi 433,00 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 113,00 manat, hesablanmış cərimə borcuna görə 10 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla cəmi 143 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar