Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3269/2020 25.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İddiaçı, İddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 24 saylı Dövlət Notariat ofisinə, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 24 saylı Dövlət Notariat ofisinə, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 şəxsi pul vəsaitlərini başqa şəxslərə faizə verməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, lakin bu fəaliyyətini həyata keçirərkən cox ehtiyyatla davranmış, faizə verdiyi pulların təminatı kimi ona borclu şəxslərin daşınmaz əmlakını bir qayda olaraq öz adına rəsmiləşdirmişdir. ünvan 1 mənzil 1 ünvanda yerləşən mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2018-ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 tanışları olan X13 və X11 əvvəlcədən əlbir olan cinayətkar qrup halında iddiaçının əmlakını dələduzluq yolu ilə talamaq məqsədilə, etibarından sui-istifadə edərək Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi ev 21 mənzil 1 ünvanda yerləşən mənzilini qirov müqaviləsi bağlamaq adı ilə iddiaçını aldadaraq alqı-satqı müqaviləsinə əsasən mənzili cəmi 26 000 manata Cavabdeh1 Yüsif oğlunun adına keçirmişlər və daşınmaz əmlakın dövlət reyestrindən cavabdehin adına çıxarış almışlar. Halbuki satılan mənzilin real bazar dəyəri üç qat artıq olmuşdur, 70 000 - 80 000 manat təşkil etmişdir. Alqı-satqı müqaviləsi üzrə notariusun bank depozitinə ödənilmiş 26 000 manat puldan cinayətkar qrupun üzvləri iddiaçıya kredit adı ilə cəmi 7 000 manat qaytarmışlar, qalan 19 000 manatı isə dələduzcasına mənimsəmişlər. Aldadıldığını bilən kimi iddiaçı polisə müraciət etmiş, dələduzların cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmuşdur. Lakin, Cavabdeh1 vicdanlı alıcı olduğu üçün ona qarşı şikayəti olmayıb, bunun müqabilində cavabdeh itirilmiş pullarını qismən xilas etmək üçün iddiaçıya kömək göstərmiş və cavabdehlə belə razılığa gəlmişlər ki, cavabdeh adına “Çıxarış” aldığı Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Mədən küçəsi ev 21 mənzil 1 ünvanda yerləşən iddiaçıya məxsus mənzili real bazar qiymətinə başqa şəxsə satır, əldə etdiyi pul vəsaitindən özünün borc və faiz pullarını götürür, yerdə qalan məbləği iddiaçıya qaytarır. Bundan sonra tərəflər müştəri tapıb mənzili 70 000 manata satmış, həmin pulun 31 000 manatını cavabdeh özünə götürmüş, qalan 29 000 manatını isə iddiaçıya qaytarmışdır. Ailəsinin yeganə yaşayış yeri olan Qaraçuxur qəsəbəsi, Mədən küçəsi ev 21 mənzil 1 ünvanında yerləşən mənzilini itirdikdən sonra, iddiaçı başqa mənzil almaq qərarına gəlmiş və bu məqsədlə 42 000 ABŞ dolları məbləğində pul toplayıb ev axtarışına başlamışdır. Əmircan qəsəbəsi, İlham Şükürov küşəsi yerləşən 0.15 sot torpaq üzərində inşa edilmiş fərdi yaşayış evini bəyənib onu almaq fikrinə gəlmişdir. Evin mülkiyyətçisi olan Cavabdeh2 ilə söhbət edən zaman o bildirmişdir ki, evini 60 000 ABŞ dollarına satır, lakin evin sənədləri yoxdur, yalnız evin yerləşdiyi 0.015 ha torpaq sahəsinə mülkiyyət barədə sənədləri vardır. İddiaçı həmin əmlakı almaq istəmiş, lakin pulu çatışmadığı üçün Cavabdeh1 müraciət edib ondan faiz ödəmək şərti ilə 18 000 ABŞ dollar məbləğində borca pul istəmişdir. Cavabdeh iddiaçıya borca pul verməyə bu şərtlə razılaşdı kı, almaq istədiyi mənzili onun adına rəsmiləşdirsin, nə vaxt pullarını qaytarsa əmlakı geri adına keçirəcəkdir. Carəsız qalaraq iddiaçı cavabdehin irəli surduyu bu əlverişsiz şərtlə razılaşmışdır. Bundan sonra tərəflər Cavabdeh3nə gedib xx xxxxx 2011-ci il tarixli 4Ə/1- 107 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinə mülkiyyət hüququnu cavabdehin adına keçirmiş (əslində isə torpağın üzərində olan evin alqı-satqısını həyata keçirmiş). Bu zaman müqavilədə yalnız torpağın satış qiyməti (13447 manat) göstərilmişdir, qalan pullar isə Cavabdeh2 nəğd şəkildə şəxsən ödəmiş, ona görə də evin əsl alıcısının kim olduğunu cavabdeh yaxşı bilir. Alqı-satqı müqaviləsi təsdiq edildikdən sonra Əmircan qəsəbəsi, İlham Şükürov küçəsində yerləşən 0.015 ha torpaq sahəsi DƏDRX-nin Bakı Şəhəri Ərazi İdarəsinin MA seriyalı, ******* nömrəli, 05. 10. 2011-ci il tarixli dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Elə həmin tarixdən iddiaçı və ailə üzvləri həmin evə köçüb bu günə kimi fasiləsiz orada yaşayırlar. Alqı-satqı müqaviləsi bağlanandan sonra iddiaçı cavabdeh ilə razılaşdırılmış şərtlərə müvafiq olaraq, borclu olduğu pulları bir hissəsinin təcridən cavabdehə qaytarmış, lakin sonradan yarandığı maddi problemlər üzündən borcun qalan hissəsini ödəyə bilməmiş, cavabdeh iddiaçıya əlavə vaxt versə də yenə borcu tam məbləğdə qaytara bilməmişdir. Bundan sonra cavabdeh T. Mirzəyev adına dövlət reyestrindən verilən çıxarışı əsas tutaraq iddiaçıya qarşı məhkəmədə iddia qaldırıb, iddiaçının və ailə üzvlərinin torpaq sahəsində və evdən çıxarılmasını tələb etmişdir. İşə kassasiya məhkəməsində baxılan zaman (xx xxxxxx 2020-ci il tarixdə) iddiaçı borclu olduğu pulları düzəldib cavabdehə qaytarmaq istərkən, o pulları qəbul etməkdən imtina etdi və bildirdi ki evini qaytarmaq niyyətində deyil, bütün əmlak (torpaq və ev) onun adınadır, iddiaçını mənzildən çıxarıb başqa şəxsə satacaqdır. Bundan sonra iddiaçı dəfələrlə cavabdeh ilə ələqə saxlayıb, onun borcunu qaytarmaq istəsə də, cavabdeh pulları qəbul etməkdən imtina etmişdir - niyyəti mülkü bütövlüklə ələ keçirməkdir. Cavabdehin T. Mirzəyevin iddiaçının pulları hesabına əldə edilmiş əmlakı ələ keçirmək niyyətində olduğunu və bu hərəkətləri aralarında olan sazişi pozduğuna görə, iddiaçı pozulmuş hüququları bərpa etmək üçün Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış, Cavabdeh3ndə təstiq edilmiş, xx xxxxx 2011-ci il tarixli 4Ə/1-107 reyestr nömrəli müqavilənin etibarsız sayılması barədə məhkəmədə iddia qaldirmışdır. Yuxarıda qeyd edilənlərdən müəyyən olunur ki, cavabdehlər arasında bağlanmış müqavilə əslində alqı-satqı müqaviləsi olmamışdır. Bu alqı-satqı müqaviləsini bağlanmaqla tərəflər başqa bir müqavilənin (kredit və ipoteka müqaviləsini) bağlanmasını pərdələmişlər. Fiziki şəxslərə kredit və ipoteka müqaviləsinin bağlanmasına qanunla qadağa qoyulduğu üçün, tərəflər yalançı alqı- satqı müqaviləsi bağlayıb, bu hərəkətləri ilə əsl niyyət və iradələrini pərdələmişlər. Bu faktı tərəflər məhkəmələrdə dəfələrlə təstiq etmişlər, bu faktı həm də ikinci cavabdeh etiraf etməlidir, çünki alqı-satqı ərəfəsində onunla bütün danışıqları iddiaçı aparmış, müqavilənin bütün şərtlərini iddiaçı razılaşdırmışdır, alqısatqı üzrə pulları satıcıya şəxsən özü nəğd şəkildə ödəmişdir. Cavabdeh3ndə cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış xx xxxxx 2011 -ci il tarixli 4Ə/1- 107 saylı alqı-satqı müqaviləsinin etibarsiz sayılması və müqavilənin etibarsızlığı ilə bağlı DƏDRX aparılmış qeydiyyatın ləğv edilərək Mülki Məcəllənin 337.5-ci maddəsində göstərilən nəticələrinin tətbiq edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 iddia ərizəsinə göstərilənlərə uyğun olaraq izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X8 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə iclasınadək hazırki mülki iş üzrə iddia müddətinin tətbiqinə dair ərizə göndərərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsini, işə onun iştirakı olmadan baxılmasını və iddia müddətinin keçməsi səbəbindən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasınadək ərizə ilə müraciət edərək, işin onun nümayəndəsinin iştirak olmadan baxılması xahiş etmişdir. Cavabdeh2 Baryarmpaşa qızı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının, iddiaçının etibaranmə nümayəndəsinin və vəkilinin izahatlarını və çıxışlarını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. AN seriyalı ******* saylı, xx xxxxx 2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 ünvan 3 ünvanda yerləşən 0,015 ha torpaq sahəsini Cavabdeh1 satmışdır. (Satılan torpaq Azəbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə 245 nömrəil reyestr kitabının 22801 nömrəli vərəqində qeydə alınmış, qeydiyyat nömrəsi **********-lə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və xx.xx.2011-ci il tarixdə verilmiş 11/2082 saylı arayışa əsasən satıcıya məxsus olması müəyyən edilmişdir) Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-7472/2017 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Elçin Ağayev) iddiaçı Cavabdeh1 cavabdeh İsgəndərov Nurəli Məhərrəm oğluna qarşı “cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmasına” dair iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3732/2018 nömrəli mülki iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim A.İmanov) birinci instansiya məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-7472/2017 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçının iddia tələbinin təmin edilməsi, Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 3, Yeni məhəllədə sahəsi 0,015 ha torpaq sahəsində yerləşən tikilidən cavabdeh İsgəndərov Nurəli Məhərrəm oğlunun ailə üzvləri ilə birlikdə çıxarılması, mütəxəssis rəyinin alınmasına görə cavabdeh İsgəndərov Nurəli Məhərrəm oğlundan 60 (altmış) manatın alınaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına tutulması və ekspertiza rəyinə görə cavabdeh İsgəndərov Nurəli Məhərrəm oğlundan 100 (yüz) manatın alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 (102)-5947/18 saylı, xx xxxxxxxx 2018-ci il tarixli Qərarı ilə (sədrlik edən hakim Ə.Rüstəmov) cavabdeh İsgəndərov Nurəli Məhərrəm oğlunun kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3732/2018 nömrəli mülki iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün onun Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1788/2019 nömrəli mülki iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim M.Məmmədov) iddiaçı Cavabdeh1 apellyasiya yasiya şikayətinin təmin edilməməsi, Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-7472/2017 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 (102)-4480/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim S.Hacıyev) iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-l 788/2019 nömrəli mülki iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün onun Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11178/2019 nömrəli mülki iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim T.Səmədov) iddiaçı Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi, Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-7472/2017 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün onun Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4410/2020 nömrəli mülki iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim F.Babayev) iddiaçı Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsi və Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-7472/2017 nömrəli qətnaməsinin ləğv edilərək yeni qətnamənin qəbul edilməsi qət edilmişdir. İddiaçı Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 3ndə 0,015 ha torpaq sahəsində yerləşən tikilidən cavabdeh İsgəndərov Nurəli Məhərrəm oğlunun (ailə üzvləri olan - X3, X5, X6, X7 və X4 ilə birlikdə) çıxarılması qərara alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirimliş X17 iddiaçının və cavabdehin birgə tanışı olduğunu qeyd edərək, müqavilənin bağlanmasını, cavabdehin iddiaçıya pulunu verilməsini təsdiq etmişdir. Cavabdeh ona dəfələrlə müraciət etmişdir ki, iddiaçı ona pul qaytarsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 (bir) il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilibverilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, əqdi bağlamış şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən 1 (bir) il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. İddiaçı qeyd olunan iddia ərizəsi ilə xx xxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddia müddətinin axımı bu tarixdən hesablanarsa iddia müddəti 9 (doqquz) il 3 (üç ay) keçmiş olur. Bundan əlavə iddiaçı Cavabdeh1 cavabdeh İsgəndərov Nurəli Məhərrəm oğluna qarşı xx xxxx 2017-ci il tarixdə iddia ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək “cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmasına ” dair qətnamə çıxarılmasını xahiş etmişdir və qeyd olunan iş üzrə Suraxanı rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixli, 2(010)-7472/2017 nömrəli qətnamə (sədrlik edən hakim Elçin Ağayev) qəbul edilmişdir. Göstərilən bu iş üzrə məhkəmə çəkişməsi o vaxtdan bəri hazırkı vaxtadək davam etməkdədir və göstərilən iş üzrə xx.xx.2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir. Beləliklə, iddia müddətinin axımı xx.xx.2017-ci il tarixdən hesablanarsa iddia müddəti 2 (iki) il 07 (yeddi) ay keçmiş olur. Göründüyü kimi, İddiaçı hər bir halda məhkəməyə müraciət etmək üçün iddia müddətini keçirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı işi üzrə x xxxx 2009-cu il tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001 -ci il tarixli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx xxxx 2013-cü il tarixli Qərarlarında əks olunmuşdur. Bundan əlavə, iddiaçının iddia ərizəsinin mahhiyətini təşkil edən və müqavilənin etibarsızlığının yeganə əsas kimi irəli sürülən dəlili ondan ibarətdir ki, müqavilə bağlanarkən cavabdehin əsl niyyəti pulun alınması deyil, iddiaçının evinin ələ keçirilməsi niyyəti olmuş, iddiaçı bu barədə yalnız iddiaçının evdən çıxarılması ilə bağlı mülki işin sonuncu dəfə kassasiya instansiyası məhkəməsində baxıldığı zaman pulun qaytarılmasını təklif edərkən cavabdehin imtina etməsindən sonra bilmiş və dərk etmişdir. Lakin iddiaçı həmin dəlilin təsdiq edilməsi üçün hər hansı sübut məhkəmənin nəzərinə və araşdırılmasına təqdim etməmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən qanun müddəalarına əsasən əhəmiyyətsiz əqdi yalnız onu bağlamış və bundan zərərçəkmiş şəxs mübahisələndirilə bilər. Lakin İddiaçı mübahisənin predmeti olan əqdi bağlayan tərəf deyil və həmin əqdi mübahisələndirmək də subyektiv hüququna malik deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 24 saylı Dövlət Notariat ofisinə, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 24 saylı Dövlət Notariat ofisinə, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-3269/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3269/2020
25.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver