Məhkəmə qərarları › İş №2(010)-3278/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3278/2020

28.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3278/2020 28.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehlakçı hüququnun müdafiəsi və borcunun silinməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında ba-xaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehlakçı hüququnun müdafiəsi və borcunun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda “xxxxxxxx” ASC tərəfindən hesablanmış 345,09 manat borcun “xxxxxxxx” ASC tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsindəyazılanlara uyğun izahat verərək bildirdi ki, 2005-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, 98M saylı evdə ailəsi ilə birlikdə “xxxxxxxx” ASC tərəfindən quraşdırılmış sayğacdan elektrik enerjisinin istehlakçısı kimi istifadə etmiş, xx.xx.2020-ci il tarixdə “xxxxxxxx” ASC nümayəndələri tərəfindən köhnə sayğac sökülərək yerində yeni sayğac quraşdırılmışdır. Köhnə sayğac dəyişdirərkən sayğacda heç bir zədə olmamış, plombu üzərində olmuşdur. “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən onun köhnə elektrik sayğacı aparıldıqdan bir müddət sonra ona məlumat vermişlər ki, onun sayğacında problem olub, elektrik sayğacı zədələnib və o, bununla bağlı əlavə sərfıyyat kimi 345.09 manat ödəniş etməlidir. O, bu barədə qərarı tələb etsə də ona yalnız xx.xx.2020-ci il tarixli NDM-018601 saylı aktın surəti xx.xx.2020-ci il tarixdə verilmişdir. O, istehlakçı kimi pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ünvan 1 ünvanda “xxxxxxxx” ASC tərəfindən hesablanmış 345,09 manat borcun “xxxxxxxx” ASC tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələblərini qəbul etməyərək iddianın əsassız olduğuna görə rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndərinin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş RX seriyalı ******* sayl xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsbəsi, Rövşən Göyüşov küçəsi, ev 98M xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 414 nömrəli reyestr kitabının 38834 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan “Abunə haqqında” çıxarışdan görünür ki, ünvan 2 ünvanında yaşayan **********10002 kodlu abonent İddiaçı xx xxx 2020-ci il tarixdən 01iyun 2020-ci il tarixə elektrik enerjisindən istifadə ilə bağlı “xxxxxxxx” ASC-yə 345,09 manat məbləğində 018601 saylı borcu yaranmışdır. Həmin abonent saldosundan görünür ki, qeyd olunan borc «xxxxxxxx» ASC-nin “Elektrik Enerjisindən istifadə Qaydaları"na riayət olunmasının yoxlanılması haqqında 018601 saylı xx xxx 2020-ci il tarixli akta əsasən hesablanmışdır. İddiaçı tərəfindən təqdim olunmuş və müvafiq qaydada təsdiq olunmamış «sayğacların və cərəyan transformatorlarının yoxlanması xx xxx 2020-ci il tarixli 018601 saylı akt və bu akt əsasında tərtib olunmuş xx xxx 2020-ci 8.05.2020-ci il tarixli hesabatdan müəyyən olunur ki, abonent kodu olan **********10002 kodlu abonent İddiaçıBakı şəhəri, Suraxanı rayonu, Zığ qəsbəsi, Rövşən Göyüşov küçəsində yerləşən98M saylı evinə quraşdırılmış sayğacın dəişdirilməsi qərara alınmış və aktda “qüsur nəticəsində işləmir,çıxış faza yuvası əriyib, istismara yararsızdır” qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları nın 7.11-ci bəndinə əsasən, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludurlar. «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşıma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, elektrik sayğacının, üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş elektrik sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 345,09 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 4 ünvanına (abonent kodu: **********10002) xx xxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixinə qədər hesablanmış 345,09 (üç yüz qırx beş anat doqquz qəpik) manat məbləğində borc “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədənrəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar