Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3284/2023 22.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçinin tələbi. *. Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 29.**.2004-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəlilləri.
2. Onun övladı X7 29 noyabr 2004-cü il də anadan olmuşdur. Bu barədə ona doğum haqqında şəhadətnamədə verilmişdir. Lakin övladı X7 psixi pozuntulardan əziyyət çəkir. O, öz hərəkətlərinin mənasını anlamır və öz hərəkətlərini idarə edə bilimir. X4 ünvan 1 ünvanda onlarla yaşayır və ambulator müalicə alır.
Tərəflərin izahatları.
3. Maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında Ərizəçi bildirdi ki, 29.**.2004-cü il təvəllüdlü X5 xəstəliyi vardır, o, öz hərəkətlərinin mənasını dərk edə bilmir. Hesab edir ki, ərizə təmin edilməlidir. İş materialları.
5. AZ-İ seriyalı, 554205 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 29.**.2004-cü il tarixdə anadan olmuşdur. X3, anası Ərizəçidır.
6. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının Ərizəçi ünvanlanan 3*.05.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi AR MPM-nin 3*7-ci və 32*-ci maddələrinə əsasən qəyyumun psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilməsi və bu səbəbdən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinin məqsədəmüvafiq olması bildirilmişdir.
7. AR ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X7 2*-ci xromosomun trisomiyası, meyotik ayrılmama, AĞİR KƏMAĞİLLİLİQ, KƏSKİN İMBESİLLİK, KOBUD NİTQ və DAVRANİŞ POZUNTULARİ diaqnozu ilə müddətsiz birinci qrup əlildir.
8. AR Səhiyyə Nazirliyi 2 nömrəli X* 23.**.2022-ci il tarixli, */2*86 nömrəli Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, X7 2*-ci xromosomun trisomiyası, meyotik ayrılmama, AĞİR KƏMAĞİLLİLİQ, KƏSKİN İMBESİLLİK, KOBUD NİTQ və DAVRANİŞ POZUNTULARİ diaqnozu müşahidə edilir və daima kənar şəxslərin qulluq və himayəsinə ehtiyacı var.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X*2 xx.xx.2023-cü il tarixli, 235* №-li ekspert rəyində qeyd olunmuşdur ki, X6 “DAUN SİNDROMU nəticəsində yaranan X*3 Gerilik (İmbesillik dərəcəsində) (F72) müəyyən edilir. Bunu anamnestik məlumatlar (erkən yaşlarından psixofiziki inkişafda xeyli geri qalması, əqli geriliklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X2 həkimpsixitar komissiyasından keçirilməsi və ona ‘Ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları. Daima kənar şəxslərin qulluq və himayəsinə ehtiyacı var. Daun sindrom” diaqnozunun təyin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən “Ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları. Daima kənar şəxslərin qulluq və himayəsinə ehtiyacı var. Daun sindrom” diaqnozu ilə İ dərəcəli əlil olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən passiv olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualların əksəriyyətini anlamaması, anlaşılmaz sözlər deməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün kifayət qədər əsaslar vardır. X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. X5 psixi vəziyyəti məhkəmədə iştirak etməsinə imkan vermir.
İşin faktiki halları.
*0. İş materiallarında olan sənədlərə və rəyə əsasən X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
**. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
*2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 3*7. Ərizənin verilməsi 3*7.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 32*. Məhkəmənin ərizə üzrə qətnaməsi 32*.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
*3. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. *4. Belə ki, tərəfin izahatından və iş materiallarından müəyyən olunur ki, 29.**.2004cü il təvəllüdlü X7 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil.
Məhkəmə xərcləri.
*5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. *6. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
*7. Beləliklə, məhkəmə ərizəçini dinləyib, məhkəmə psixitarik ekspertizasının rəyini nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 29.**.2004-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. *8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi:
Ərizə təmin edilsin. 29.**.2004-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.