Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3290/2024 27.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, *6.02.2006-cı il təvəllüdlü oğlu – X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o – Ərizəçi ilə X5 arasında xx.xx.2004-cü il tarixində nikah bağlanmış, bu nikahdan *6.02.2006-cı ildə X7 anadan olmuş və məlum fakt Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin təqdim etdiyi AZ-İ seriyalı 75*747 saylı xx.xx.2006-cı il tarixli doğum haqqında şəhadətnamə ilə təsdiqlənir. AR SN TƏBİB-in Bakı şəhəri 43 saylı Şəhər Poliklinikası X*0-in xəstənin ambulator kitabçadan təqdim etdiyi 3*.05.2024-cü il tarixli *2557*58 saylı çıxarışına əsasən, oğlu - X7 həmin poliklinikada 2006-cı il tarixdən İ qrup əlil kimi “serebtial iflic, spesifik tetraplegiya, oynaqların kontrakturası” diaqnozu ilə qeydiyyatda olması faktı təsdiqlənir. Oğlu - X7 ruhi xəstədir, bu əsasdan o, öz hərəkətlərinin mənasını anlamır və onları idarə etmək iqtidarında deyildir. AR ƏƏSMN-nin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə görə Bakı şəhərinin 3 saylı “DOST” xidmətinə müraciət etmiş, həmin xidmət tərəfindən 2024-cü ilin may ayında oğlu-X6 “serebtial iflic, spesifik tetraplegiya, oynaqların kontrakturası” diaqnozuna əsasən İ qrup əlillik dərəcəsi verildi, lakin həmin arayışın ona təqdim edilməsindən imtina edildi. Bu imtinanın səbəbi kimi onun oğlu-X3 qəyyumu olmamağı göstərildi. Həmin arayışın ona təqdim edilməsi üçün xx.xx.2024-cü il tarixində təkrar Bakı şəhərinin 3 saylı “DOST” xidmətinə müraciət etmiş və eyni əsasla oğlu barəsində qəbul edilmiş İ qrup əlillik dərəcəsi haqqında arayışın təqdim edilməsindən təkrar imtina edildi. Məlum faktları nəzərə alaraq, onun oğlu-X6 qəyyum təyim edilməsi barədə müvafiq ərizə ilə Bakı şəhərinin Suraxanı rayonun İHB-ə müraciət etmiş və həmin idarənin Qəyyumluq və Himayəçilik Komissiyası 5-20/2-B- 54-099/2024 saylı xx.xx.2024-cü il tarixli məktubu ilə xahişini təmin etməmişdir. Beləliklə, oğlu-X7 ruhi xəstə olduğuna görə, sərbəst surətdə mülki hüquqlarını həyata keçirə bilmir və bu səbəbdən onun üzərinə qəyyum təyin edilməsi zəruridir. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi bildirmişdir ki, uşaq ağır xəstədir. Ona o baxır. Maddi imkanları da çatmır. Ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komisiyyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Cəbrayıl rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş, AZ-İ seriyalı, *02563 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və Ərizəçi arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2*5 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 3*.05.2024-cü il tarixli, 6**47 nömrəli arayışına əsasən, Ağdam rayonundan məcburi köçkün olan Bağırova X* rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, ev 2, mənzil 32 ünvanda müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) 3*.05.2024-cü il tarixli, *2557*58 nömrəli çıxarışdan görünür ki, X7 həmin poliklinikada 2006-cı il tarixdən etibarən İ qrup əlil kimi “serebral iflic, “serebtial iflic, spesifik tetraplegiya, oynaqların kontrakturası” diaqnozu ilə qeydiyyatdadır. X7 danışa bilmir, əqli inkişafdan geri qalıb, məcburi uzanıqlı vəziyyətdədir. Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə Ərizəçi ünvanlanmış 5-20/2-B-54-099/2024 nömrəli məktubdan görünür ki, Ərizəçi ərizəsinə baxılmış və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3*7-ci və 32*-ci maddələrinə əsasən, qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilməsi bildirilmişdir. Həmçinin, ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən AA № 22*397 seriya nömrəli 26.05.20*0-cu il tarixdə verilmiş məcburi köçkün vəsiqəsinə əsasən Ərizəçi *993-cü il tarixdə Cəbrayıl rayonundan məcburi köçkün kimi dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri, Suraxanı rayon VVADQ şöbəsi tərəfindən verilmiş, xx.xx.2006-cı il tarixli, AZ-İ seriyalı, 75*747 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (atası X5, anası Ərizəçi) *6 fevral 2006-cı ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 04.04. 2006-cı il tarixdə 687 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X*0 tərəfindən (ekspert həkim-psixiatr Qəmərlinski R.C.) verilmiş *8.07.2024-cü il tarixli, 208* saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, X4 dərin əqli gerilik aşkar olunur, o, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir, onda əqli gerilik ağır dərəcədə təzahür edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. 28.*. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 28.9. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.... Maddə 33. Qəyyumluq və himayəçilik 33.*. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir.... 33.4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. 33.5. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Maddə 34. Qəyyumluq və himayəçilik orqanları 34.*. Qəyyumluq və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir. 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. 34.3. Qəyyumluqda olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı onların qəyyumlarının və himayəçilərinin fəaliyyətinə nəzarət edir... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.*. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.*.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında... Maddə 3*7. Ərizənin verilməsi. 3*7.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.... Maddə 3*8. Ərizənin məzmunu ...3*8.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Maddə 3*9. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün ekspertizanın təyin edilməsi Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Maddə 320. Ərizəyə baxılması 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. 320.3. Məhkəmə, ərizə vermiş şəxslərin bilə-bilə əsassız olaraq şəxsin fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq və ya şəxsi fəaliyyət qabiliyyətindən məhrum etmək üçün vicdansız hərəkətlərini müəyyən etdikdə, məhkəmə xərclərini onlardan tutur və yüz on manatadək cərimə edir. Maddə 32*. Məhkəmənin ərizə üzrə qətnaməsi ...32*.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - *00 manat. 9.*. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: ...9.*.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Ərizəçi oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, X7 Ərizəçi oğludur, uşaqlıqdan xəstədir, nə etdiyinin mənasını və məsuliyyətini dərk etmir. X3 hər hansı psixi xəstəliyinin olub-olmamasının, eləcə də onun öz hərəkətlərini dərk etmək və idarə etmək imkanının müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X*0 tərəfindən verilmiş müvafiq rəylə təsdiq olunur ki, X4 dərin əqli gerilik aşkar olunur və o, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Bununla da, iş materialları ilə X3 əqli geriliyi və davranış pozuntuları nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxs olması tam sübut olunur. Eyni zamanda, məhkəmə qeyd edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi həmin şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *6.02.2006-cı il təvəllüdlü X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə xərcləri Ərizəçi hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən məcburi köçkün olduğu üçün dövlət rüsumunun ödənilməsindən azad olunmuşdur. Bununla da, xərcləri aid etməyə şəxsin olmadığı görünür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233, 3**, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *6.02.2006-cı il təvəllüdlü X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-3290/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3290/2024
27.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver