Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3291/2023 09.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi) hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ə.Əsgərov küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndrilməsinə aid Pasport”-un 04.04.*959-cu il tarixdə ölmüş X4na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdırdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ə.Əsgərov küçəsində yerləşən 2 saylı fərdi yaşayış evi X9 məxsus olub. X*2 onun X3 anası, yəni onun qaynanasıdır. O, X*3 ilə 2* aprel *963-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. X3 anası X*2 isə 04 aprel *959-cu ildə ölmüş, əri X*3 onun anasından miras qalan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ə.Əsgərov küçəsində yerləşən 2 saylı fərdi yaşayış evini miras qismində faktiki qəbul etmiş və əri 29 oktyabr 20**-ci ildə ölmüşdür. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ə.Əsgərov küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport” tərtib edilmiş, həmin pasportda X7 atasının adı səhvən Əlican kimi göstərilmişdir. Onlar bu sənəddə qaynanasının atasının adının səhv olmasını heç bir zaman bilməmiş, lakin qeyd edilən əmlaka dair vərəsəlik işi açılan zaman onlar sənədləşmə işlərində bu səhvlər barədə məlumatları olmuşdur. Belə ki, onun əri X*3 öldüyündən onun anasından miras qalmış əmlaka dair vərəsəlik işi açılmış və *2 saylı notariat ofisi tərəfindən 07 aprel 2023-cü il tarixli 460 saylı məktubla Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi * saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək, həmin evə dair Çıxarış verilməsi xahiş edilmişdir. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi * saylı Bakı Ərazi İdarəsinin *2 may 2023cü il tarixli məktubu ilə müraciətindən imtina edilərək, hüquq sahibinin ata adının *962-ci il tarixli Texniki pasportda Əlican kimi göstərilməsi qeyd edilmişdir. X* atasının adı Əmircan olmuş, onun atasının adının Əmircan olması onun ərinin doğum haqqında şəhadətnaməsi ilə öz təsdiqni tapmışdır. Belə olduqda isə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ə.Əsgərov küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”da X7 atasının adı səhv göstərildiyi üçün həmin sənədin məhz X9 məxsus olması faktı müəyyən edilməlidir. Göründüyü kimi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ə.Əsgərov küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən “Şəxsi mülkiyyət hüququilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”da X7 atasının adı “Əlican” kimi göstərilmişdir. Halbuki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ə.Əsgərov küçəsində yerləşən 2 saylı fərdi yaşayış evi onun ərinin anası X9 məxsus olmuşdur. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərmişdir ki, X4 onun atasının qohumudur, ərizəçi isə mərhumun gəlini olmuşdur. X*2 04.04.*959-cu il tarixdə vəfat etmiş və onun mülkiyyətində olan mübahisəli fərdi yaşayış evi oğlu X*0 miras olaraq qalmışdır. Daha sonra ərizəçinin həyat yoldaşı X*3 vəfat etmişdir və hazırda həmin mübahisəli evdə Ərizəçi yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilən X*4 ifadəsində göstərmişdir ki, Ərizəçi onun atasının xalası gəlinidir. X4 isə ərizəçinin qayınanası olub. X2 atası iki qardaş olmuşlar və onlardan birinin adı Vəlican, digəri adı isə Əlican olmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış *2.05.2023cü il tarixli Daşınmaz Əmlakın üzərində Hüquqların Dövlət Qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən müəyyən olunur ki, elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun baş planı ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında konfiqurasiya və perimetrik ölçü fərqi mövcuddur. Bundan əlavə, təqdim etdilmiş notariat ofisinin xx.xx.2023-cü il tarixli, 460 nömrəli məktubunda hüquq sahibinin ata adı “Əmircan” göstərilsə də, idarənin arxivində mövcud olan *962-ci il tarixli pasportda “Əlican’’ kimi qeyd olunmuşdur. İş materiallarında olan Ədliyyə Nazirliyi Əmlak Xidmətləri Məkanında *2 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış məktubdan müəyyən olunur ki, Ərizəçi müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında 04 aprel *959-cu ildə ölmüş-X7 adına vərəsəlik işi açılmışdır. Qeyd olunanlarla bağlı ünvan 3 ünvanında yerləşən əmlaka dair mərhum- X7 adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı və texniki pasportu (torpaq sahəsinin plan və ölçüsü) verilməsini xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportu”n surətindən müəyyən olunur ki, Bülbülə qəsəbəsi, Ə.Əsgərov (köhnə Lenina) küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunda ev sahibinin adı, soyadı və atasının adı soyadı “X2*” qızı kimi qeyd edilmişdir. İş materiallarında olan Suraxanı RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 0*.09.2023-cü il tarixli arxiv arayışından müəyyən olunur ki, *4.02.*940-ci il təvəllüdlü X5 atası X26 və anası X**r. İş materiallarında olan 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışdan müəyyən olunur ki, X*3 29.*0.20**-ci ildə ölmüşdür. İş materiallarında olan 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışdan müəyyən olunur ki, X*2 04.04.*959-cu ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X*3 ilə Fatma İdris qızı 2*.04.*963-cü tarixdə nikahlarını bağlamışlar və nikah haqqında akt qeydiləri kitabında 285 nömrə ilə qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09.*0.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Bülbülə qəsəbəsi, keçmiş Lenin küçəsi indiki dislokasiyaya əsasən Əli Əsgərov küçəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. MPM-nin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən “X2*” qızının (Lenin küçəsi ev 2) adına tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un 04.04.*959-cu ildə ölmüş “X*7” qızına məxsus olması faktı təqdim olunmuş sübutlarla təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-3**-ci və 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən “X2*” qızının (Lenin küçəsi ev 2) adına tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un 04.04.*959-cu ildə ölmüş “X*7” qızına məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3291/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3291/2023
09.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver