Məhkəmə qərarları › İş №2(010)-330/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-330/2022

23.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-330/2022 23.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X11 Məmmədovun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qızı 17.08.1982-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 17.08.1982-ci il təvəllüdlü X1 Federasiyasının Tolyatti şəhərində anadan olmuşdur. 18 yaşma kimi tam sağlam olmuş, 18 yaşından sonra ailə həyatı qurmuş və hamilə olarkən psixi xəstələliyə tutulmuşdur. 19 yaşından indiyə kimi şizofreniya xəstəliyindən əziyyət çəkir. Ona “şizofreniya,paronoid forma fasiləsiz gedişli” diaqnozu qoyulmuşdur. Xəstəliyə tutulandan sonra qızı Bakı şəhəri Nərimanov rayonu Montin qəsəbəsində yerləşən Ruhi-Əsəb Dispanserində qeydiyyata götürülmüş və həmin dispanserdə mütəmadi olaraq müayinə və müalicələrdə olmuşdur. Ruhi xəstə olduğuna görə qızı Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə müddətsiz 1-ci dərəcəli əlillik qrupu verilməklə ona pensiya təyin olunmuşdur. Qızı 2011-ci ilə kimi Bakı şəhəri Nərimanov rayonu Montin qəsəbəsində yerləşən Ruhi-Əsəb Dispanserində qeydiyyata olmuşdur. 2011-ci ildə Montin qəsəbəsində yerləşən Ruhi-Əsəb Dispanseri bağlanandan sonra orada qeydiyyatda olan xəstələrin tibbi sənədləri yaşadıqları ərazilərdəki poliklinika və ya xəstəxanalara göndərilmişdir. Qızının xəstəliyi ilə bağlı tibbi sənədlər yaşadıqları və qeydiyyatda olduqları əraziyə baxan 15 saylı poliklinikaya göndərilmişdir. 2011-ci ildən X14 ruhi xəstə kimi 15 saylı poliklinikada qeydiyyatdadır. 19 yaşından indiyə kimi əziyyət çəkdiyi psixi xəstəliklə əlaqədar mütəmadi olaraq müalicələr alır. Montin qəsəbəsindəki Ruhi-Əsəb Dispanseri bağlanandan sonra qızım Vüsalə Nəcəfova dəfələrlə 2 saylı X5 və Maştağa qəsəbəsindəki 1 saylı X2 stasionar müalicələrdə olmuşdur. Hər dəfə həmin xəstəxanalarda “şizofreniya,paronoid forma fasiləsiz gedişli”diaqnozu ilə 1 ay,l ay yarım və 2 ay müddətində stasionar müalicələrdə olmuşdur.Bunlardan başqa 3 saylı Şəhər Klinik Xəstəxanasında da müayinə və müalicələrdə olmuşdur. Sonuncu dəfə 06.07.2021-ci ildən 03.08.2021-ci ilə kimi 2 saylı X5 stasionar müalicədə olmuşdur.X14 əziyyət çəkdiyi psixi xəstəliklə əlaqədar hər gün həkimlərin təyin etdiyi dərmanları qəbul edir. Ruhi Xəstəliyə tutulandan sonra onunla birgə yaşayır. Onun hər an, hər dəqiqə kənar şəxslərin yardımına və köməyinə ehtiyacı vardır. O,sərbəst olaraq müstəqil hərəkət edə bilmir. Qızının üzərində qəyyum təyin edilməklə bağlı 2021-ci ilin sentyabr ayında Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmiş, müraciətinə Suraxanı rayon İcra Hakimiyyətində baxılmış və təmin edilməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 17.08.1982-ci ildə anadan olmuşdur, atası X8,anası Ərizəçidır. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının arayışından görünür ki, X6 birinci qrup müddətsiz əlildir. şizofreniya xəstəliyi nəticəsində baş verən ağır gedişli psixi qüsur halı. -İş materiallarında olan “tibbi kartanın” çıxarışından görünür ki, 17.08.1982-ci il təvəllüdlü X6 23 №-li şəhər poliklinikasında qeydiyyatdadır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 03.02.2022-ci il tarixli 325 saylı rəyindən görünür ki, X4 X13 Halı (F20.5) xroniki psixi xəstəliyi aşkar olunur. Bunu yeniyetmə yaşlarından psixi vəziyyətin dəyişməsi, hamiləlik vaxtı psixi vəziyyətin kəskinləşməsi, şübhələrinin olması, evdən qaçması, sayıqlama fikirlərinin təsiri altında bacısını öldürməsi, dəfələrlə psixiatrik xəstəxanalarda stasionar müalicədə olması, 2 saylı Klinik psixiatriya xəstəxanasında “X9” diaqnozu ilə müalicədə olması, AR Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi”ndə müayinə zamanı “X9, epizodik artan qüsur ilə” diaqnozu təyin edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər- ünsiyyətə həvəssiz daxil olması, təfəkkürünün paroloji və autik olması, eşitmə hallüsinasiyaları haqqında məlumat verməsi, maraq dairəsinin dar olması və öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Belə nəticəyə gəlinir ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Bütün bu əlamətlər onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, işə əlavə edilən sənədlərlə müəyyən edilir ki, X3 fəaliyyət qabiliyyəti yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli və 17.08.1982-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 17.08.1982-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar